YAP Mərkəzi Seçki Qərargahı parlament seçkilərinə hazırlıqla əlaqədar Şirvanda müşavirə keçirib
21.08.2015 [10:02]
Avqustun 20-də Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Seçki Qərargahının Mil-Muğan bölgəsi üzrə rayon şöbələrinin növbəti parlament seçkilərinə hazırlıq işləri ilə əlaqədar müşavirəsi keçirilib.
Şirvan şəhərində keçirilən müşavirədə YAP Mərkəzi Seçki Qərargahının Şirvan şəhər, Salyan, Neftçala, Hacıqabul, Sabirabad, İmişli, Saatlı, Beyləqan, Füzuli, Xocavənd və Cəbrayıl rayon şöbələrinin üzvləri iştirak ediblər.
Tədbirdə Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi, Baş nazirin müavini Əli Əhmədov çıxış edərək YAP-ın Milli Məclisə keçiriləcək növbəti seçkilərə ciddi hazırlaşdığını bildirib.
Əli Əhmədov deyib ki, YAP əvvəlki seçkilərdə olduğu kimi, bu dəfə də bütün gücünü və resurslarını səfərbər edib. Partiyanın bütün yerli strukturları, fəalları seçkilərə hazırlıq prosesinə cəlb olunub.
Son parlament seçkilərindən keçən müddət ərzində ölkəmizdə həyatın bütün sahələrində böyük inkişaf baş verdiyini söyləyən YAP Sədrinin müavini qazanılan möhtəşəm uğurların əsasında Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin dayandığını vurğulayıb.
Diqqətə çatdırılıb ki, seçkilərdə inamlı qələbə qazanılmasının əsas şərtlərindən biri də səmərəli seçki kampaniyasının təşkil olunmasıdır. Partiyanın bu prinsipə daim sadiq qaldığını bildirən Əli Əhmədov YAP-ın böyük insan potensialının seçkilərdə uğur qazanılmasında mühüm rol oynadığını diqqətə çatdırıb. “Partiyanın yerli strukturlarında fəaliyyət göstərən seçki qərargahları üzvlərinin mütləq əksəriyyəti böyük seçki təcrübəsinə malik insanlardır. Hesab edirəm ki, qarşıdakı parlament seçkilərində də siz üzərinizə düşən vəzifələri layiqincə yerinə yetirəcəksiniz. Təbii ki, partiyamızın bu resursundan, yəni insan potensialından hər zaman səmərəli istifadə etməyə çalışmışıq. Qələbələrimizin əldə olunmasında partiya üzvlərinin fədakarlığı, əzmkarlığı mühüm rol oynayır”, - deyə Əli Əhmədov qeyd edib.
Müşavirədə, həmçinin, bir sıra rayon təşkilatları sədrlərinin hesabat xarakterli çıxışları dinlənilib və müzakirələr aparılıb.
Sonda Əli Əhmədov qarşıdakı dövrdə görüləcək işlərlə bağlı tədbir iştirakçılarına tövsiyə və tapşırıqlarını verib.
Müşavirədə YAP Siyasi Şurasının üzvü, Milli Məclisin komitə sədri Hadı Rəcəbli iştirak edib.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10

