Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Leyla və Arif Yunusovların dövlətimizə və xalqımıza xəyanətləri haqqında yeni faktlar

Leyla və Arif Yunusovların dövlətimizə və xalqımıza xəyanətləri haqqında yeni faktlar

15.08.2015 [11:06]

Azərbaycan dövlətinin qanunlarına və xalqımızın milli-mənəvi dəyərlərinə qarşı hörmətsizlik, vətənə xəyanət, ermənilərə xidmət Leyla və Arif Yunusovların fəaliyyətindən “qırmızı xətt” kimi keçir
Məlum olduğu kimi, avqustun 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə “Sülh və Demokratiya İnstitutu” adlı qurumun həbsdə olan direktoru Leyla Yunusovaya və həyat yoldaşı Arif Yunusova hökm oxunub. Məhkəmənin qərarı ilə Leyla Yunusova 8 il 6 ay, Arif Yunusov isə 7 il müddətinə azadlıqdan məhrum ediliblər. Qeyd edək ki, Leyla Yunusova Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət), 178.3.2-ci (Dələduzluq (külli miqdarda ziyan vurmaqla törədildikdə), 192.2.2-ci (Qanunsuz sahibkarlıq (külli miqdarda gəlir əldə etməklə törədildikdə), 213.2.2-ci (Vergi ödəməkdən yayınma) külli miqdarda törədildikdə), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri, Arif Yunusov isə 178.3.2-ci (dələduzluq) və 274-cü (Dövlətə xəyanət) maddələri ilə təqsirli biliniblər.
Hər iki şəxsin barəsində olan Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi üzrə cinayət işi ayrı icraata verilib.
Leyla Yunusova həmişə anti-Azərbaycan mövqeyi ilə tanınıb
Ümumiyyətlə, Azərbaycan dövlətinin qanunlarına və xalqımızın milli-mənəvi dəyərlərinə qarşı hörmətsizlik, o cümlədən, vətənə xəyanət, ermənilərə xidmət Leyla və Arif Yunusovların fəaliyyətindən “qırmızı xətt” kimi keçir. Leyla Yunusova daima Azərbaycanı hədəf götürüb və onun əsas mübarizə obyekti Azərbaycandır. O, fəaliyyətinin bütün dövrlərində antimilli, anti-Azərbaycan mövqeyi ilə tanınıb, Azərbaycan dövlətini, Azərbaycan xalqını və Azərbaycan dilini aşağılamağa cəhd göstərib, Azərbaycana nifrət edir. Azərbaycan dilini yalnız söyüş vasitəsi kimi gördüyünü, “bu dildə ancaq söyüş söydüyünü” söyləyən bu antimilli ünsür 2012-ci ildə Azərbaycanda “Eurovision” mahnı müsabiqəsinin keçirilməsinə qarşı erməni diasporunun və onların təsiri altında fəaliyyət göstərən anti-azərbaycançı mərkəzlərin kampaniyasında da fəal rol almışdı. “Hüquq müdafiəçisi” adı altında pərdələnmiş L.Yunusova həmişə xarici maraq qruplarına donoslar yazıb, ölkəmizi qaralamağa, ləkələməyə çalışıb, Azərbaycanda baş verən hər hansı hadisəni qərəzli şəkildə qabardaraq beynəlxalq təşkilatların və xarici medianın diqqətini bura cəlb etmək, ölkəmizi qara rəngdə göstərmək üçün əlindən gələni əsirgəməyib. Təbii ki, Leyla Yunusovanın Azərbaycan dövlətinə qarşı bu düşmən münasibəti heç də təəccüblü deyil. Bu, onun milli kimliyi ilə bağlı məsələdir.
Erməni qayınananın erməni qarışığı olan gəlini...
L.Yunusova və onun əri Arif Yunusovun ermənilərlə qohumluğu haqqında mətbuatda və sosial şəbəkələrdə çoxsaylı materiallar yer alıb, faktlar açıqlanıb. Əldə etdiyimiz məlumatlara görə, Leyla Yunusovanın anası alman, atası isə erməni qarışığı olan şəxsdir. Həyat yoldaşı Arif Yunusov da erməni mənşəlidir və o, bunu heç vaxt inkar etməyib. Onun anası erməni, atası isə qarışıq dağıstanlıdır. Qayınanasının erməni olması faktını vaxtilə erməni mətbuatına müsahibəsində L.Yunusova da etiraf edib. Leyla Yunusovanın qaynı Ramiz Yunusov isə hazırda ABŞ-da yaşayır və erməni lobbisinin Azərbaycana qarşı fəaliyyətində aktiv iştirak edir. Bundan başqa, Leyla Yunusovanın və onun əri Arif Yunusovun Ermənistanda, Rusiyanın Krasnodar vilayətində çoxlu erməni qohumları var. Belə ki, L.Yunusova, əri Arif Yunusov və qaynı Ramiz Yunusov Moskvada yaşayan milliyyətcə erməni, Rusiya dövlət strukturlarında Qafqaz problemləri ilə məşğul olan və analitik informasiya mərkəzlərində çalışan dayıları ilə müxtəlif vaxtlarda əlaqə saxlayaraq onlardan təlimat alıblar.
Yunusovların ermənilərə sədaqətlə xidmətinin faktlarla təsdiqi
Heç də təsadüfi deyil ki, məhz ermənilərlə qan qohumluğu Yunusovların fəaliyyətini yönləndirən əsas meyardır. Çox yaxın keçmişə nəzər yetirmək bu ailə tandeminin ermənilərə necə sədaqətlə xidmət etdiyini aydın şəkildə ortaya qoyur. Xatırlatmaq yerinə düşər ki, hələ AXC-”Müsavat” hakimiyyəti dövründə Leyla Yunusovanın casusluq fəaliyyəti ilə məşğul olması haqqında müxtəlif məlumatlar var idi. Vaxtilə Rəhim Qazıyevin məşuqəsi kimi “toxunulmazlıq immuniteti” qazanmış L.Yunusova Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri işlədiyi müddətdə ordumuzun əməliyyat planlarını, cəbhə bölgəsində lentə alınmış foto və videomaterialları erməni tərəfinə ötürüb. Bunun müqabilində də külli miqdarda pul əldə edib. Daha sonra nazirliyin qida təchizatı ilə məşğul olan L.Yunusova cəbhəyə göndəriləcək məhsulları bazara çıxararaq, bundan əldə etdiyi vəsaitləri Almaniyadakı bank hesabına köçürüb. Həmin vaxt Prezident Aparatının analitik şöbəsində çalışan həyat yoldaşı Arif Yunusov və Nazirlər Kabinetində işləyən qaynı Ramiz Yunusov da Azərbaycan haqqında məxfi materialları erməni tərəfinə ötürüblər.
Lakin Müdafiə Nazirliyindəki vəzifəsini itirmək də Yunusovanı erməni sevdasından döndərməyib. Əksinə, o, daha da azğınlaşıb və qohumları ilə əlaqələrini bir az da irəli aparıb. L.Yunusovanın erməni xüsusi kəşfiyyat orqanları, xüsusilə də 1994-1995-ci illərdə Ermənistanın milli təhlükəsizlik naziri ilə xüsusi münasibətləri olduğu yönündə mətbuatda məlumatlar işıq üzü görüb. Həmçinin, L.Yunusova erməni dostu Yunus Davidin vasitəsilə 2004-cü ildə Ermənistanın Tədqiqatçı Jurnalistlər Təşkilatından 50000 avro məbləğində iki dəfə qrant alıb. Başqa bir məlumata görə, Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşı Nikolas Danilyansın təlimatına əsasən Leyla Yunusova Azərbaycanda milli zəmində nifaq salmaq, etnik qarşıdurmalar yaratmaq layihəsini həyata keçirib. Eyni zamanda, Leyla Yunusovanın Rusiya Dumasının erməni deputatı Marina Salyan və ermənipərəst hüquq müdafiəçisi Qalina Staravoytova ilə yaxın münasibəti olub. O, Fransanın erməni lobbisi tərəfindən idarə olunan “Artelis Servis” və “Hayqrov Konstaltinq Servis” kimi QHT-lərin əməkdaşları Laura Qumaşyan və Tomas Ledikalsın da sifarişləri əsasında davamlı şəkildə Azərbaycandan casus materialları yayıb. Onun müxtəlif beynəlxalq tədbirlərdə çıxışı zamanı məhz ermənilərin maraqlarını müdafiə etməsi və hadisələrə bu prizmadan yanaşması da sirr deyil. Həmçinin, L.Yunusovanın da fəal iştirakı və dəstəyi ilə Ermənistandakı “Region” Araşdırmalar mərkəzi və “Sülh və Demokratiya İnstitutu” tərəfindən “ictimai dialoqlar” (www.publicdialogues.info) saytı yaradılıb. İlk günlərdə saytda İrs Partiyasının sədri Raffi Ovannisyanın müsahibəsi dərc edilib. Ovannisyan işğal edilmiş ərazilərimizi “Dağlıq Qarabağ Respublikası” kimi təqdim edib. L.Yunusova isə bunu bəh-bəhlə ictimailəşdirərək təbliğ edib.
“Hüquq müdafiəçisi” çətiri ona, sadəcə, əməllərini örtmək üçün lazımdır
Əlbəttə ki, bütün bu faktlar Leyla Yunusovanın Azərbaycan dövlətçiliyinə və xalqımıza qarşı xəyanətkar fəaliyyətinin səbəblərini ortaya qoyur. Adi bir fakta diqqət yetirək. Məlumdur ki, L.Yunusova bir neçə dəfə, guya, Azərbaycanda “siyasi məhbus”larla bağlı hesabat hazırlayıb və onu Qərbin bir sıra təşkilatlarına göndərib. Həmin təşkilatlar isə “siyasi məhbus” məsələsindən Azərbaycana qarşı təzyiq kimi istifadə etməyə çalışıblar. Nə qədər qəribə görünsə də, L.Yunusova hətta terrorçuları, konkret cinayət törətmiş məhbusları belə “siyasi məhbus”, “repressiya qurbanı” kimi təqdim etməklə bu mövzu ətrafında yersiz və zərərli manipulyasiyaya girişib, Azərbaycan xalqına qarşı terror həyata keçirən insanların azadlığa çıxmasına çalışıb, onların əməllərinə bəraət qazandırıb. Bu da, təbii ki, yenə də onun ermənipərəst mövqeyindən irəli gəlir.
Beləliklə, bir daha aydın olur ki, Leyla Yunusova və onun həyat yoldaşı Arif Yunusov bütün fəaliyyətləri dövründə Azərbaycan dövlətinə və xalqımıza qarşı düşmən mövqedə dayanıb, ölkəmizin uğurlarına kölgə salmaq, Azərbaycanla bağlı dünyada mənfi rəy yaratmaq üçün dəridən-qabıqdan çıxıb, hər fürsətdə bu yöndə cəhdlər göstəriblər. Azərbaycan dövlətinin qanunlarını heçə sayan bu cütlük xalqımızın mənəvi dəyərlərini də təhqir etməkdən çəkinməyib. Bu gün isə onlar öz antimilli və cinayətkar fəaliyyətlərinin acı nəticələrini yaşayırlar.
Aqşin ŞAHİNOĞLU

 
Paylaş:
Baxılıb: 563 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31