Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Hulusi Kılıç: Türkiyə Azərbaycanın maraqlarına zidd addım atmayacaq

Hulusi Kılıç: Türkiyə Azərbaycanın maraqlarına zidd addım atmayacaq

19.03.2009 [10:41]

Son vaxtlar Türkiyə ilə Ermənistan arasındakı sərhədlərin açılacağına dair məlumatlar yayılıb. Bu yaxınlarda isə Türkiyənin “Sabah” qəzeti Amerikada qondarma “erməni soyqırımı” məsələsi ilə bağlı aparılan danışıqlarda iştirak edən nümayəndə heyətinin tərkibindəki Cümhuriyyət Xalq Partiyasından millət vəkili, keçmiş səfir Şükrü Ələkdağa istinadən bir xəbər yayıb. Həmin xəbərdə hakim AKP-dən olan millət vəkillərinin ABŞ-da martın 29-dan sonra Ermənistan-Türkiyə sərhəddinin açılacağına söz verdikləri bildirilir.
Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç isə dünən jurnalistlərə açıqlamasında deyib ki, ölkəsinin Azərbaycanla bağlı siyasəti dəyişməyib: “Türkiyənin Azərbaycan siyasəti dəyişməyib. Biz Ermənistanla aparılan bütün danışıqlar barədə Azərbaycan tərəfini məlumatlandırırıq”.
Səfir bildirib ki, Türkiyənin Ermənistanla sərhədləri açacağı barədə xəbərlər yalnız mətbuatda yer alır: “Türkiyə Azərbaycanın maraqlarına zidd addım atmayacaq. Ermənistanla aparılan bütün danışıqlar barədə Azərbaycan məlumatlandırılır. Türkiyə hökuməti də bununla bağlı öz mövqeyini bəyan edib”.

Paylaş:
Baxılıb: 1233 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30