/ / “Kütləvi informasiya vasitələrində qadın və uşaq problemləri” mövzusunda “dəyirmi masa” keçirilib
“Kütləvi informasiya vasitələrində qadın və uşaq problemləri” mövzusunda “dəyirmi masa” keçirilib
29.07.2015 [09:57]
İyulun 28-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində (AQUPDK) Azərbaycan milli mətbuatının yaranmasının 140 illiyinə həsr olunan “Kütləvi informasiya vasitələrində qadın və uşaq problemləri” mövzusunda “dəyirmi masa” keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən komitənin sədr müavini Sədaqət Qəhrəmanova mətbuat nümayəndələrini yubiley münasibətilə təbrik edib, Azərbaycan milli mətbuatının yaranma tarixindən, keçdiyi şərəfli yoldan danışıb. Qeyd edilib ki, görkəmli ziyalı Həsən bəy Zərdabinin 1875-ci il iyulun 22-də nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə əsası qoyulmuş milli mətbuat bütün dövrlərdə həqiqət carçısı olub, cəmiyyəti düşündürən problemləri, dövrün mütərəqqi ideyalarını əks etdirib, xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynayıb.
Bildirilib ki, müstəqilliyimiz bərpa ediləndən sonra Azərbaycanda KİV-lərin sayında xeyli artım baş verib. Azərbaycan dövləti, xüsusilə Ümummilli lider Heydər Əliyev hər zaman medianın inkişafına xüsusi diqqət göstərib. 1999-cu ildə “Kütləvi İnformasiya Vasitələri haqqında” Qanun qəbul olunub, 2003-cü ildə Mətbuat Şurası yaradılıb.
Ümummilli liderin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayan S.Qəhrəmanova dövlətimizin başçısının imzaladığı Sərəncamla 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun yaradıldığını və Fond tərəfindən KİV-lərə davamlı olaraq yardımın göstərildiyini bildirib.
Komitə sədrinin müavini kütləvi informasiya vasitələrinin ailə məsələlərinin təbliğindəki rolundan danışaraq bu sahədə əməkdaşlığın vacibliyini vurğulayıb. Bildirib ki, Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biri də ailə siyasətidir. Ailə dəyərlərinin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, ailədə sülh və dözümlülük mədəniyyətinin, sağlam həyat tərzinin təbliği istiqamətində AQUPDK tərəfindən mütəmadi olaraq tədbirlər keçirilir. Komitə, həmçinin KİV-lər üçün mütəmadi olaraq müxtəlif mövzularda müsabiqələr təşkil edir.
Milli Televiziya və Radio Şurasının sədr müavini Qafar Cəbiyev, Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu, “Xalq qəzeti”nin əməkdaşı Tahir Aydınoğlu və digər çıxış edənlər Azərbaycanda medianın inkişafına dövlət dəstəyi haqqında danışıblar. Onlar jurnalistlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində dövlət qayğısından söz açıb, mətbuat nümayəndələrinin mənzillərlə təmin olunduğunu vurğulayıblar. Cəmiyyətdə sağlam ailə, dövlətə, Vətənə sədaqətli insan nümunələrinin mətbuatda işıqlandırılmasının önəmi qeyd edilib. Ailə dəyərlərinin təbliğində milli mətbuatımızın oynadığı rol diqqətə çatdırılıb. Çıxış edənlər KİV-ə göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
“Dəyirmi masa”da ölkəmizdə uğurla icra olunan dövlət-ailə siyasəti, ailə məsələləri ilə bağlı mövcud qanunvericilik bazası, maarifləndirmə və komitənin bu istiqamətdə həyata keçirdiyi müxtəlif tədbirlər haqqında məlumat verilib, cəmiyyətin inkişafında qadın və uşaqların rolu, qadınların dövlət strukturlarında təmsil olunması, mətbuatda qadın və uşaq hüquqları, qadın və uşaq problemlərinin həllində KİV-in rolu, gələcəkdə uşaq televiziya kanalının yaranması və digər məsələlər müzakirə olunub.
Sonda dövlət ailə, qadın və uşaq siyasətinin həyata keçirilməsində aktiv fəaliyyətinə görə və milli mətbuatın yaranmasının 140 illiyi münasibətilə bir sıra jurnalistlər komitə tərəfindən təltif ediliblər.
Xəbər lenti
Hamısına baxGündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23

