Avropa İttifaqı Azərbaycanla tərəfdaşlığın inkişaf etdirilməsində maraqlı və israrlıdır
24.07.2015 [09:32]
Qurum Azərbaycanın siyasi əhəmiyyətini yüksək qiymətləndirir, ölkəmizin Cənubi Qafqaz və Xəzər dənizi regionunda əvəzolunmaz tərəfdaş kimi böyük dəyərə malik olduğunu qəbul edir
Dinamik inkişaf tempinə malik olan Azərbaycan müasir dünya siyasətində etibarlı tərəfdaş kimi tanınır. Regional və beynəlxalq təhlükəsizliyə mühüm töhfələr verən ölkəmizlə tərəfdaşlıq əhəmiyyətli strateji dividendlər vəd edir və çoxşaxəli tərəfdaşlıq nöqteyi-nəzərindən yüksək qiymətləndirilir. Bu baxımdan, Azərbaycanla münasibətlərə xüsusi əhəmiyyət verən subyektlər sırasında Avropanın müvafiq təşkilatları xüsusi yer tutur.
Aİ Azərbaycanın beynəlxalq münasibətlər sistemində rolunu yüksək qiymətləndirir
Yeri gəlmişkən, Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun Azərbaycana səfəri göstərdi ki, Avropa İttifaqı (Aİ) Azərbaycanla tərəfdaşlığın inkişaf etdirilməsində olduqca maraqlı və israrlıdır. Aİ Azərbaycanı yüksək potensiala malik ölkə hesab edir, onun beynəlxalq münasibətlər sistemində rolunu yüksək qiymətləndirir. Təsadüfi deyil ki, bu gün Azərbaycanla qarşılıqlı-faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərinin davam və inkişaf etdirilməsi, ilk növbədə, Aİ üçün xüsusi əhəmiyyət daşıyır. Çünki Cənubi Qafqaz regionunun güc mərkəzi kimi çıxış edən, mühüm geostrateji üstünlüklərə sahib olan Azərbaycanla əməkdaşlıq siyasi və iqtisadi perspektivlər nöqteyi-nəzərindən əhəmiyyətli dividendlər vəd edir: Birincisi, Azərbaycanın praqmatik enerji siyasəti regional və qlobal miqyasda enerji təhlükəsizliyinə xüsusi əhəmiyyət verən Avropa İttifaqı üçün mühüm önəm daşıyır. Sirr deyil ki, ölkəmiz tərəfindən reallaşdırılan müstəqil və balanslaşdırılmış enerji siyasəti regionun və regionətrafı coğrafiyanın enerji təhlükəsizliyini təmin etməklə yanaşı, Azərbaycanı dünyanın enerji bazarında aparıcı ixracatçılardan birinə çevirib. Belə ki, bu gün Xəzər hövzəsinin bayraqdarı hesab edilən Azərbaycan sahib olduğu zəngin enerji ehtiyatlarından səmərəli şəkildə istifadə etməklə, beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan başlıca aktorlardan biridir. Ölkəmiz milli dövlətçilik prinsiplərinə müvafiq olaraq həyata keçirilən praqmatik və rasional əsaslara söykənən siyasət nəticəsində miqyasına görə regional, əhəmiyyətinə görə isə qlobal xarakterli transmilli layihələrin mərkəzi oyunçusu qismində çıxış etməkdədir. Təsadüfi deyil ki, Azərbaycanın iştirakı olmadan bu gün regionda heç bir layihə gerçəkləşdirilə bilməz. Bu da Azərbaycanın dünya dövlətlərinin, o cümlədən, Avropanın enerji strateji əməkdaşlıqlar perspektivində kəsb etdiyi önəmi aydın şəkildə əks etdirir. Hazırda Azərbaycan sahib olduğu bütün bu üstünlüklərlə Avropa dövlətlərinin uzunmüddətli perspektivdə əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə can atdığı tərəfdaş ölkələrdəndir. Belə olan halda, Avropa İttifaqı Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolunu və rəsmi Bakının müəllifi olduğu enerji layihələrinin əhəmiyyətini yüksək qiymətləndirir. Heç də təsadüfi deyil ki, Donald Tusk Bakıda verdiyi bəyanatında bu məsələyə xüsusi toxunub. O, deyib: “Azərbaycan enerji sahəsində bizim etibarlı və strateji tərəfdaşımızdır. Biz bu tərəfdaşlığı daha da genişləndirmək istəyirik. Avropa Enerji Birliyinin məqsədlərindən biri də qazdan təhdid kimi istifadə olunması imkanının istisna edilməsidir. Ukraynada baş verən münaqişə bunu göstərir ki, bu cür təhdidlər hələ də mümkündür. Buna görə də Avropa İttifaqı öz təchizatının şaxələndirilməsinə sadiqdir və bu məsələdə Azərbaycan əsas tərəfdaşdır”.
Azərbaycanın iqtisadi potensialı da ölkəmizin Avropa İttifaqı üçün önəmini daha da artırır. Donald Tusk bununla bağlı vurğulayıb: “Azərbaycanın regionda Avropa İttifaqının ən əsas kommersiya tərəfdaşlarından biri olmaq potensialı var. Avropa İttifaqı artıq Azərbaycanın əsas ticarət tərəfdaşıdır və onun önəmli sərmayədarlarından biridir. Biz növbəti illərdə bu kommersiya münasibətlərini daha da genişləndirəcəyik”.
İkincisi, Azərbaycanın balanslaşdırılmış xarici siyasət strategiyası regionun hərbi-siyasi və iqtisadi təhlükəsizliyinin təmin olunmasına birbaşa töhfələr verməkdədir. Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı və inkişaf mənbəyi adlandırırlar. Eyni zamanda, məhz bu cür layihələr ölkəmizin milli maraqlarına adekvat olmaqla bərabər, Azərbaycanın suverenlik səviyyəsini, heç kimdən asılı olmadığını da təsdiq edir. Məhz bu amil də Avropa İttifaqının Azərbaycanla əməkdaşlığa xüsusi əhəmiyyət verməsini şərtləndirir.
Avropa İttifaqı Azərbaycanın gücünü etiraf edir
Beləliklə, Avropa İttifaqı Azərbaycanın siyasi əhəmiyyətini yüksək qiymətləndirir, ölkəmizin Cənubi Qafqaz və Xəzər dənizi regionunda əvəzolunmaz tərəfdaş kimi böyük dəyərə malik olduğunu qəbul edir. Digər tərəfdən, Aİ Azərbaycanın güclü iqtisadi potensiala malik olduğunu, qarşılıqlı ticarət əlaqələrinin inkişafından Avropanın yüksək dividend əldə edəcəyini görür. Eyni zamanda, Azərbaycan Avropa İttifaqı ilə tərəfdaşlıq əlaqələrini inkişaf etdirməkdə maraqlıdır. Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskla birgə mətbuat konfransında əməkdaşlığın əsas istiqamətlərini göstərmişdir. Azərbaycan siyasi, iqtisadi və humanitar sahələr üzrə qarşılıqlı-səmərəli əməkdaşlıq əlaqələrini inkişaf etdirməyə hazırdır. Qısacası, D.Tuskun səfəri Avropa İttifaqı ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi üçün böyük potensial və yaxşı zəmin olduğunu göstərdi.
Əsas məqamlardan biri də budur ki, Avropa İttifaqı Azərbaycanın gücünü etiraf edir, onunla təzyiq, təhdid və ya bu kimi başqa vasitələrlə davranmağın heç bir nəticə verməyəcəyini başa düşür. Çünki Azərbaycan müstəqil siyasət həyata keçirir, başqa sözlə, öz iradəsi əsasında rasional siyasətini davam etdirir. Odur ki, Azərbaycana qarşı təzyiq cəhdləri əvəzinə, rasional yanaşaraq əməkdaşlıq əlaqələrini qarşılıqlı hörmət əsasında davam etdirmək daha uğurlu seçimdir.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37

