/ / Azərbaycan milli mətbuatının yaranmasının 140 illik yubileyinə həsr olunan təntənəli mərasim keçirilib
Azərbaycan milli mətbuatının yaranmasının 140 illik yubileyinə həsr olunan təntənəli mərasim keçirilib
23.07.2015 [09:32]
İyulun 22-də Gülüstan sarayında Azərbaycan milli mətbuatının yaranmasının 140 illik yubileyinə həsr olunan təntənəli mərasim keçirilib.
AZƏRTAC xəbər verir ki, dövlət və hökumət nümayəndələrinin, Milli Məclisin deputatlarının, tanınmış media təmsilçilərinin iştirak etdikləri mərasim dövlət himninin səslənməsi ilə başlayıb.
Sonra Azərbaycan milli mətbuatının inkişaf tarixi ilə bağlı film nümayiş olunub.
Daha sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamlarına əsasən təltif edilmiş kütləvi informasiya vasitələrinin nümayəndələrinə dövlət mükafatları təqdim olunub.
Mükafatları Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov təqdim edib.
Mərasimdə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun kütləvi informasiya vasitələri arasında “Birinci Avropa Oyunlarını ən geniş və dolğun işıqlandıran KİV” mövzusunda keçirdiyi müsabiqənin qalibləri mükafatlandırılıb.
Fondun ekspertlərinin apardıqları monitorinqin nəticələrinə görə, müsabiqədə birinci yerə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti layiq görülüb. Azərbaycan Dövlət İnformasiya Agentliyi - AZƏRTAC müsabiqədə ikinci yeri tutub. “Azad Azərbaycan” Teleradio Kompaniyası da müsabiqədə ikinci yerə layiq görülüb. Müsabiqədə üçüncü yerləri isə “Azərbaycan” qəzeti, “Trend” İnformasiya Agentliyi və “APA Holdinq” tutublar.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun “Birinci Avropa Oyunları dövründə Azərbaycanın milli maraqlarının təbliği sahəsində səmərəli fəaliyyətə” görə xüsusi mükafatına isə “Lider TV və Radio Azərbaycan” MMC, “Xəzər TV” MMC və “Səs” media qrupu layiq görülüblər.
Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənova “UBM Group” şirkətinin “Birinci Avropa Oyunlarına xüsusi informasiya dəstəyinə görə” mükafatı təqdim olundu. Prezidentin köməkçisinə, həmçinin, “Azərbaycanın milli maraqlarının təbliği sahəsində əldə edilmiş nailiyyətlərə görə” “Paşabank”ın və “Bakcell” şirkətinin xüsusi mükafatları təqdim edilib.
Birinci Avropa Oyunlarının informasiya təminatı sahəsində səmərəli fəaliyyətlərinə görə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyevə və şöbənin baş məsləhətçisi Ceyran Əmiraslanovaya “UBM Group” şirkətinin mükafatları təqdim olunub.
Sonra Azərbaycan Mətbuat Şurasının Ali Media Mükafatının təqdimatı olub. Üç dərəcə üzrə təqdim edilən mükafatlar milli mətbuatımızın inkişafında xidmətləri olan şəxslərə və KİV-lərə verilib. Ali Media Mükafatının birinci dərəcəsinə “Kaspi” qəzeti layiq görülüb.
Daha sonra Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 22 iyul - Milli Mətbuat Günü münasibətilə elan etdiyi fərdi jurnalist yazı müsabiqəsində birinci yeri tutmuş jurnalistlərə mükafatlar təqdim edilib.
Dövlət orqanlarının xüsusi fəallığı ilə seçilən mətbuat xidmətlərinin və KİV-lərin rəhbərləri üçün “Bakcell” şirkəti tərəfindən hazırlanmış mükafatların mərasimdə təqdimatı olub.
Sonda xatirə şəkili çəkdirilib.
Mərasim konsert proqramı ilə davam edib.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24

