Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilib
16.07.2015 [09:56]
İyulun 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində Naxçıvan Muxtar Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyasının 2015-ci ilin 6 ayında gördüyü işlər barədə müşavirə keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, müşavirədə Naxçıvan Muxtar Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Komissiyasının sədri Azər Zeynalov məruzə edib.
Müzakirə olunan məsələ ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri Əhməd Əhmədov, Naxçıvan Muxtar Respublikasının milli təhlükəsizlik naziri Vəli Ələsgərov, Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri Suliddin Əliyev, Naxçıvan Muxtar Respublikasının prokuroru Səbuhi Şahverdiyev, Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri Asəf Məmmədov, Naxçıvan Sərhəd Diviziyasının komandiri Asəf Quliyev, Naxçıvan Muxtar Respublikasının hərbi prokuroru Yaşar Həsənov və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Ramiz Süleymanov məlumat veriblər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirədə çıxış edərək deyib: “Narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq mənəvi və əxlaqi dəyərlərə böyük zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir edən, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan amildir. Ona görə də bu məsələ bu gün bütün dünyanı düşündürür, təsirli tədbirlər görülməsini tələb edir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1996-cı il 30 avqust tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Komissiyası yaradılmışdır. Komissiyanın vəzifəsi narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etməkdən və bu sahədə fəaliyyəti əlaqələndirməkdən ibarətdir. 2006-cı ildə Komissiyanın fəaliyyətinə yenidən baxılmış və Ali Məclis Sədri yanında müşavirə keçirilərək narkotiklərlə mübarizəni daha da gücləndirmək məqsədilə hər bir orqan qarşısında konkret vəzifələr qoyulmuşdur. Bu tədbirlər öz nəticəsini vermiş, muxtar respublikada narkotiklərin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə sahəsində sistemli iş aparılmışdır. Lakin bu sahədə işin səmərəliliyinin artırılması, narkomanlığa düçar olmuş şəxslərin sağlam həyata qaytarılması və mübarizə metodlarının təkmilləşdirilməsi üçün əlavə tədbirlərə də ehtiyac vardır”.
Ali Məclisin Sədri narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi barədə aidiyyəti orqanlara konkret tapşırıqlar verib.
Naxçıvan Muxtar Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyasının yeni tərkibi təsdiq edilib, müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını məhvetmə komissiyasının yeni tərkibdə yaradılması haqqında qərar qəbul olunub.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22

