Milli Məclis ilə Mətbuat Şurası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb
16.07.2015 [09:52]
İyulun 15-də Azərbaycan Respublikası Milli Məclisi ilə Mətbuat Şurası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
AZƏRTAC xəbər verir ki, sənədi Milli Məclisin mədəniyyət komitəsinin sədri Nizami Cəfərov və Mətbuat Şurasının sədri Əflatun Amaşov imzalayıblar.
N.Cəfərov mərasimdə çıxış edərək Milli Məclis ilə mətbuat arasındakı münasibətlərdən danışıb. O, Azərbaycanda söz, fikir və mətbuat azadlığının təmin edilməsində jurnalistlərin yaxın dostu Ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərinin olduğunu bildirib. Qeyd edilib ki, ölkəmizdə kütləvi informasiya vasitələrinin normal fəaliyyət göstərməsi üçün zəruri qanunvericilik bazası yaradılıb. Mətbuata dövlət tərəfindən böyük qayğı göstərilir, jurnalistlərin əməyi yüksək qiymətləndirilir. 1998-ci ildə mətbuat üzərində senzuranın ləğv edilməsi kütləvi informasiya vasitələrinin qarşısında geniş perspektivlər açıb. Vurğulanıb ki, Ulu öndərin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyev də mətbuatın inkişafını daim diqqət mərkəzində saxlayır, ölkəmizdə bununla bağlı mühüm addımlar atılır.
Mətbuat Şurasının sədri Əflatun Amaşov Həsən bəy Zərdabi ideyalarını və “Əkinçi” ənənələrini yaşadan Azərbaycan mətbuatının uzun və şərəfli bir yol keçdiyini bildirib. O, “Əkinçi” qəzetinin xalqımızın milli oyanışında, milli birliyinin möhkəmlənməsində böyük rol oynadığını, ölkəmizdə siyasi düşüncənin intibahının məhz milli mətbuatın yaranması ilə bağlı olduğunu söyləyib.
Şura sədri Azərbaycan Prezidentinin imzaladığı sərəncamlarla ölkəmizdə milli mətbuatın yubileylərinin təntənəli şəkildə qeyd olunduğunu diqqətə çatdırıb. O, Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında” Sərəncama əsasən Bakıda və regionlarda keçirilən çoxsaylı tədbirlərdən bəhs edib.
Diqqətə çatdırılıb ki, Anlaşma Memorandumunun məqsədi Milli Məclis ilə jurnalistlər arasında münasibətləri daha da möhkəmləndirmək, Azərbaycan xalqına parlamentarizm ənənələrini aşılamaq, təbliğ etmək və parlamentin ölkənin həyatında oynadığı rolu göstərməkdir.
Milli Məclisin deputatı Məlahət İbrahimqızı milli mətbuatın 140 illik yubileyi münasibətilə jurnalistləri təbrik edib. O, mətbuata, jurnalistlərə göstərilən dövlət qayğısından söhbət açıb. Qeyd edilib ki, Anlaşma Memorandumu parlamentlə jurnalistlər arasında münasibətlərin daha da möhkəmlənməsinə töhfəsini verəcək.
“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib ki, parlamentin fəaliyyəti Azərbaycan mətbuatında kifayət qədər işıqlandırılır. Bu sənəd parlamentin fəaliyyətinin daha dərindən öyrənilməsi, media orqanları tərəfindən işıqlandırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49

