Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Ankara və İstanbulda referendum yüksək səviyyədə keçib

Ankara və İstanbulda referendum yüksək səviyyədə keçib

19.03.2009 [10:28]

Azərbaycanın Türkiyədəki səfirliyində yaradılmış seçki məntəqəsində Azərbaycan Konstitusiyasına əlavələr və dəyişikliklərlə bağlı ümumxalq səsverməsi (referendum) Bakı vaxtı ilə saat 10-da başlanıb və 19-da başa çatıb. Məntəqədə Türkiyə paytaxtı və ətraf vilayətlərdə  müvəqqəti yaşayan və səfirlikdə konsul qeydiyyatına alınmış seçki hüququna malik vətəndaşların yüksək fəallığı müşahidə olunub. 598 seçicidən 488-i (75 faizi) vətəndaşlıq borcunu yerinə yetirib. İstanbuldakı Baş Konsulluqda yaradılmış seçki məntəqəsində də vətəndaşlarımız yüksək fəallıq nümayiş etdiriblər. Konsulluqda müvəqqəti qeydiyyatda olan 542 Azərbaycan vətəndaşından 488-i (88 faizi) səs verib. Seçki məntəqələrində protokollar imzalanaraq, Bakıdakı müvafiq seçki dairəsinə göndərilib.
Səsvermənin gedişini izləyən müşahidəçilər və Türkiyənin mətbuat nümayəndələri referendumun ən yüksək dünya standartları səviyyəsində və şəffaf keçdiyini bildiriblər.

Paylaş:
Baxılıb: 1369 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

Siyasət

Analitik

Dünya

Analitik

İranda gərginlik

13 Yanvar 09:11  

Sosial

Yeni ilin “köhnəsi”

13 Yanvar 08:38  

YAP xəbərləri

Enerji siyasəti

12 Yanvar 22:32

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31