Azərbaycan milli mətbuatının 140 illiyi ilə əlaqədar Zərdabda regional konfrans keçirilib
02.07.2015 [10:01]
Azərbaycan milli mətbuatının 140 illiyi ilə əlaqədar iyulun 1-də Zərdabda regional konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, 17 rayondan yerli qəzetlərin redaktorlarının və rayon icra hakimiyyətlərinin məsul işçilərinin də dəvət olunduqları konfransın iştirakçıları əvvəlcə müasir Azərbaycan mətbuatının inkişafında böyük xidmətləri olan Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyublar.
Sonra milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin xatirəsi anılıb, abidəsi önünə gül-çiçək dəstələri düzülüb.
Daha sonra konfrans iştirakçıları Həsən bəy Zərdabi muzeyində olublar. Qonaqlar muzeyin xatirə kitabına ürək sözlərini yazıblar. Burada onlara nümayiş etdirilən eksponatlar barədə ətraflı məlumat verilib.
Heydər Əliyev Mərkəzində keçirilən regional konfransı Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev açaraq, milli mətbuatımızın 140 illiyi münasibətilə iştirakçıları təbrik edib.
Zərdab rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev çıxış edərək, qonaqları Zərdabi yurdunda salamlamaqdan məmnunluğunu bildirib. İcra hakimiyyətinin başçısı konfransın “Bakı-2015” ilk Avropa Oyunlarında ölkəmizin qazandığı uğurların doğurduğu xoş təəssüratların təsiri altında keçirildiyini vurğulayıb.
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev konfransda çıxış edib. O, son illər ölkəmizin digər bölgələri kimi, Zərdabın da sürətlə inkişaf etdiyini vurğulayıb. Diqqətə çatdırılıb ki, bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin Zərdabi yurduna göstərdiyi diqqət və qayğının nəticəsidir.
Prezident Administrasiyasının rəsmisi dövlətimizin başçısının son dövrlərdə Zərdaba iki dəfə səfər etməsindən danışaraq, Zərdabi muzeyinin əsaslı təmiri və eksponatlarla zənginləşdirilməsi məqsədilə 300 min manat vəsaitin ayrılması barədə Sərəncamın və bu işlərin həyata keçirilməsinin zərdablılar tərəfindən böyük minnətdarlıqla qarşılandığını diqqətə çatdırıb.
Xalqımızın milli şüurunun oyanmasında, milli birliyin formalaşmasında misilsiz xidmətlər göstərən “Əkinçi” qəzeti ilə təməli qoyulan Azərbaycan mətbuatının tarixindən, müstəqillik dövründə mətbuatın inkişafı və demokratikləşməsi istiqamətində görülən işlərdən bəhs edən Ərəstun Mehdiyev bildirib ki, 1875-ci il iyulun 22-də fəaliyyətə başlayan və cəmi 56 nömrəsi çıxan “Əkinçi” həm də dövrün mütərəqqi ideyalarının, maarifçiliyin təbliğatçısı və carçısı olub, ziyalıları vahid azərbaycançılıq ideyası ətrafında birləşdirərək bir araya gətirib.
“Əkinçi” qəzetinin təsisçisi Həsən bəy Zərdabinin milləti qarşısında xidmətlərindən danışan Ərəstun Mehdiyev deyib: “Zərdabi Zərdabı Azərbaycana, Azərbaycanı isə dünyaya tanıdıb. Biz milli mətbuatımızın 140 illik yubileyi ilə bağlı ilk regional konfransı Zərdabda keçirməklə Həsən bəy Zərdabiyə ehtiramımızı ifadə edirik”.
Ərəstun Mehdiyev Ulu öndər Heydər Əliyevin Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra mətbuatın inkişafına xüsusi önəm verildiyini, azad sözə, azad fikrə geniş imkanlar yaradıldığını diqqətə çatdırıb. 1998-ci ildə mətbuat üzərindən senzuranın götürülməsi ilə dövlətin mətbuata nəzarəti aradan qaldırılıb. Bundan sonra mətbuat daha sürətlə inkişaf etməyə başlayıb.
Bu gün Azərbaycan mətbuatı qarşısında böyük vəzifələrin durduğunu bildirən Ərəstun Mehdiyev deyib ki, kütləvi informasiya vasitələri hazırda ölkəmizə qarşı aparılan qara piar kampaniyasına tutarlı cavab verməli, müxtəlif mövzularda operativ, düzgün və geniş təhlili yazılar buraxmaqla, ictimaiyyəti vaxtında məlumatlandırmalıdır.
Sonra Ərəstun Mehdiyev Prezident İlham Əliyevin “Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında” 2015-ci il 2 iyun tarixli Sərəncamına diqqəti cəlb edərək bildirib ki, bu sənədə uyğun olaraq respublikamızda milli mətbuatımızın yubileyi ilə əlaqədar silsilə tədbirlər keçiriləcək. Bu silsilədən ilk tədbir Bakı Dövlət Universitetində keçirilib. Regionlar üzrə ilk konfrans isə Zərdabi yurdunda təşkil olunur. Hər iki ünvanın böyük rəmzi mənası var. Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdə söz və mətbuat azadlığının təmin olunması istiqamətində gördüyü işləri xatırladan Ərəstun Mehdiyev bunun davamlı olacağını diqqətə çatdırıb.
Regional konfransda Mətbuat Şurası İdarə Heyətinin üzvü, BDU-nun jurnalistika fakültəsinin dekanı, professor Şamil Vəliyev “Azərbaycan milli mətbuatı 140: inkişaf yolu və müasir dövrün çağırışları” mövzusunda məruzə edib, milli mətbuatımızın keçdiyi tarixi yola nəzər salıb, müasir jurnalistikanın, region mətbuatının qarşısında duran vəzifələrdən danışıb.
Konfransda çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Milli Məclisin deputatı Jalə Əliyeva bu gün milli mətbuatımıza, jurnalistlərə göstərilən dövlət qayğısından bəhs ediblər.
Sonra konfrans işini məruzə və çıxışlar ətrafında müzakirələrlə davam etdirib.
Yerli qəzetlərin redaktorları region mətbuatının bugünkü durumundan, son dövrlərdə bu sahədəki inkişafdan danışıblar.
Konfransa yekun vuran Prezident Administrasiyasının rəsmisi Ərəstun Mehdiyev mətbuatın qarşısında duran vəzifələrdən, regionların inkişafı sahəsində əldə olunan uğurların informasiya təminatından söhbət açıb.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22

