Qrantyeyənlərin boğazında qalan “yeməklər”
30.06.2015 [10:06]
Birinci Avropa Oyunlarına qarşı kampaniyanın iflası qrantyeyən şəbəkəyə gözəl dərs oldu
Azərbaycanda birinci Avropa Oyunlarının keçirilməsi barədə qərar qəbul ediləndən indiyə qədər bəzi Qərb dairələri, ermənipərəst qüvvələr böyük narahatlıq keçirib, hər vəchlə beynəlxalq səviyyəli idman tədbirini gözdən salmağa, onun əhəmiyyətini azaltmağa çalışırdılar. Ancaq bu məqsəd üçün səfərbər olunmuş media və QHT-lərin kampaniyaçılığı heç bir nəticə vermədi. Xatırladaq ki, ilk Avropa Oyunlarına sayılacaq saatlar qaldığı bir müddətdə mərkəzi ofisi Kanadanın Toronto şəhərində fəaliyyət göstərən Söz Azadlığı Mübadiləsi Şəbəkəsi (İFEX.www.ifex.org) aldığı sifarişə uyğun olaraq, Azərbaycanın ünvanına şər-böhtan, qarayaxma kampaniyasını sosial şəbəkə üzərindən qurmağa çalışdı. Belə ki, İFEX iyunun 10-da dünyanın bütün qütblərində yerləşən jurnalist təşkilatlarına və insan hüquqlarının müdafiəsi üzrə ixtisaslaşmış QHT-lərə müraciət edərək, onları birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsinə qarşı “twitter” kampaniyasına qoşulmağa çağırmışdı. Hətta təklif etmişdi ki, bütün QHT-lər kampaniyaya 12 iyunda, birinci Avropa Oyunlarının açılış mərasiminin başladığı tarixdə, saat 20:00-da qoşulsunlar. Təşkilat kampaniyaya qoşulanları aktiv olmağa, gün ərzində Azərbaycan barədə yalnız neqativ informasiyalar yerləşdirməyə səsləmişdi. Qurumun bu yönləndirməsindən sonra dünyanın müxtəlif qütblərində yerləşən QHT-lərin əsl reallığı bilmədən, sadəcə İFEX-in təsiri ilə bu kampaniyaya qoşula biləcəyi ehtimalı yaranmışdı. Ona görə də Azərbaycan jurnalistləri öz həmkarlarına müraciət edərək, onları bu kampaniyaya qarşı aktiv fəaliyyət qurmağa, bu haştaqda Azərbaycan həqiqətləri barədə gərəkli informasiyalar yerləşdirməyə, səsimizin dünyaya çatdırılmasına yardım göstərməyə çağırdılar. Bundan sonra İFEX-in birinci Avropa Oyunlarının rəsmi “twitter” səhifəsində, #Baku2015 haştaqında aparmaq istədiyi anti-Azərbaycan kampaniyası iflasa uğradı. Azərbaycandakı jurnalistlər, aktiv sosial şəbəkə istifadəçiləri əsl vətəndaş mövqeyi ortaya qoyaraq, həmrəy şəkildə ölkəmizin reallıqlarını əks etdirən məlumatları həmin haştaqda yerləşdirdilər və fəaliyyətlərini bu günə kimi də davam etdirirlər. Bununla yanaşı, beynəlxalq ictimaiyyət, xüsusən idman aləmi də İFEX-in bu çağırışına məhəl qoymamaqla, sözügedən təşkilatın məkrli oyununda iştirakçı olmadı. Birinci Avropa Oyunlarında iştirak edəcək 50 ölkə idmançıları isə ümumiyyətlə bu çağırışdan ya xəbər tutmadılar, yəqin ki, xəbər tutanlar da onu “iqnor” elədilər. Beləliklə də, İFEX-in çağırışı elə çağırış olaraq da qaldı. Anti-Azərbaycan layihələrin həyata keçirilməsi üçün külli miqdarda vəsait alıb onu mənimsəyənlərin İFEX vasitəsilə bu kampaniyanı şiddətləndirmək cəhdləri baş tutmadı. Bu mənada İFEX-in saytında təşkilatın adından yerləşdirilmiş aşağıdakı fikir “havalanmanın”, yaxud da son dərəcə məyusluğun sübutu kimi anlaşıla bilər: “Twitter”də #Baku2015 haştaqının oğurlanması, Con Oliverin Oyunları şən tənqidi və U2-nin tamaşaçıları Azərbaycanın siyasi məhbuslarını dəstəkləməyə çağırdığı bir vaxtda heç bir atlet birinci Avropa Oyunlarından imtina etmədi”.
İnsanlar Avropa məkanında ilk dəfə keçiriləcək idman yarışlarını boykot etmək, onu siyasiləşdirmək üçün səbəb tapmadılar. Səbəb kimi göstərilən “arqumentlər”i isə sadəcə qəbul etmədilər. İstər Avropada, istərsə də Azərbaycanda insanlar bu çirkin siyasi oyunun iştirakçısına çevrilməkdən boyun qaçırdılar. İstər açılış mərasiminə, istərsə də Oyunların start verildiyi 12 iyun tarixindən sona qədər bütün yarışlar yüksək səviyyədə baş tutdu.
Birinci Avropa Oyunlarına qarşı kampaniyanın iflası istər mediada, istərsə də sosial şəbəkədə adi bir kampaniyanı qurmağa səviyyəsi çatmayan qrantyeyən şəbəkəyə gözəl dərs oldu.
www.aznews.az
Xəbər lenti
Hamısına baxİdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41

