Rauf Əliyev: Azərbaycanın bütün sahələrdə əldə etdiyi uğurlar bəzi qüvvələri daim narahat edir
26.06.2015 [10:23]
“Avropa Şurası Parlament Assambleyasının sessiyasında “Azərbaycanda demokratik təşkilatların fəaliyyəti” adlı hesabat müzakirə olunmuş və qətnamə qəbul edilmişdir. Nəyə görə son vaxtlar Azərbaycana qarşı qarayaxma kampaniyası müntəzəm xarakter alıb? Cavab aydındır. Bu, Azərbaycanın yeritdiyi müstəqil siyasət, Azərbaycanın iqtisadi cəhətdən güclənməsi və öz seçdiyi, müəyyənləşdirdiyi yolla inamla irəliyə doğru getməsinə görədir. Əlbəttə, Azərbaycanın bütün sahələrdə əldə etdiyi uğurlar bu qüvvələri daima narahat edir. Bu hücumlar birinci Avropa Oyunları zamanı daha da güclənmişdir. Bu tədbirin belə möhtəşəm, təkrarsız milyonlarla tamaşaçını heyran qoyan formada keçirilməsi Azərbaycanı sevməyən qüvvələri daha da qıcıqlandırır. Onların ancaq bir yolu qalmışdır: yalan və böhtanla Azərbaycanın gündən-günə artan nüfuzuna ləkə gətirmək”. Bu fikirləri Milli Məclisin deputatı Rauf Əliyev deyib.
R.Əliyev bildirib ki, bu günlər dünyanın diqqəti Ermənistanın paytaxtı Yerevan şəhərinə yönəlib. Onun sözlərinə görə, elektrik enerjisinin tarifinin qaldırılması insanların “Qarətə son” şüarı altında kütləvi etirazına və küçələrə axmasına səbəb olub.
“Onsuz da Ermənistan dərin sosial-iqtisadi böhrandadır. Yaşayış səviyyəsi durmadan aşağı düşür. Bir neçə gündür ki, Ermənistan hüquq-mühafizə orqanları xüsusi amansızlıqla nümayişləri dağıdır, yüzlərlə nümayiş iştirakçısı polis tərəfindən saxlanılmışdır. Bu tədbirlərə baxmayaraq, insanlar yenə də nümayişə çıxmağa davam edirlər. Sual olunur: niyə bu üzdəniraq insan hüquq və azadlıqlarının müdafiəçiləri, ATƏT, Avropa Parlamenti, Avropa Birliyi Ermənistanın paytaxtında baş verən kütləvi qanun pozuntularına göz yumurlar? Bir neçə illər bundan qabaq Ermənistanda parlament gülləbaran ediləndə, müxalifət nümayəndələri qətlə yetiriləndə də bu üzdəniraq demokratlar susmuşdular. Avropa Şurasının əsas vəzifələrindən biri də bu təşkilata üzv olan dövlətlər arasında sülh, dostluq, mehribanlıq münasibətlərinin yaranması və bu münasibətlərin daha da gücləndirilməsi olmalıdır. Çox təəssüflər olsun ki, son illərdə biz bunun əksini görürük. Bu qüvvələr öz siyasətində ölkələr arasında bərabərhüquqlu əməkdaşlıq, dostluq, mehribanlıq prinsiplərinə daima əməl edən Azərbaycanı deyil, bu prinsiplərin əksinə, öz qonşusunun torpaqlarını zəbt edən, milyondan çox azərbaycanlını öz torpaqlarından qovub çıxartmış Ermənistanı dəstəkləyirlər”, - deyə R.Əliyev vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
07 İyun 15:40
Dünya
07 İyun 14:27
Dünya
07 İyun 13:31
Dünya
07 İyun 12:25
Dünya
07 İyun 11:19
Dünya
07 İyun 10:21
Dünya
07 İyun 09:50
Hadisə
07 İyun 08:39
Dünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Siyasət
06 İyun 18:58
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45

