/ / Sevinc Fətəliyeva: Reallıqdan kənar Avropa institutları dünyada gedən proseslərin fərqinə varmır və böhran yaşayırlar
Sevinc Fətəliyeva: Reallıqdan kənar Avropa institutları dünyada gedən proseslərin fərqinə varmır və böhran yaşayırlar
25.06.2015 [09:49]
Hazırkı durumda bir müsəlman ölkəsinin bu qədər inkişafı, bütün dünya dövlətləri ilə əməkdaşlıq etməsi, inamla irəliyə doğru addımlaması Avropanın müəyyən dairələrini narahat edir. Avropa əsassız ambisiyalarından keçə bilmir.
Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva qurumun yay sessiyasında “Azərbaycanda demokratik institutların fəaliyyəti” mövzusunda keçirilən müzakirə ilə bağlı açıqlamasında söyləyib.
S.Fətəliyeva deyib: “Biz həmişə Avropaya açıq olmuşuq. Çox təəssüf ki, bizə münasibətdə bunun əksi sərgilənir, əsas məsələlər kənara qoyularaq uydurulmuş, qeyri-real məsələlər müzakirə olunur. İndi isə Avropa ilk növbədə özü-özündə təhlil aparmalıdır. Əgər Avropa Şurası Avropa Məhkəməsinin qərarını inkar edirsə bu təşkilatı necə ciddi qəbul etmək olar?! Bu, onu göstərir ki, reallıqdan kənar Avropa institutları dünyada gedən proseslərin fərqinə varmır və böhran yaşayırlar.
Bu gün Azərbaycan cəmiyyətini daha bir problem narahat edir. Tez -tez müşahidə edirik ki, bəzi insanlar ayrı-ayrı ölkələrdən ideal demokratiya tələb edərək öz ölkələrindəki duruma və orada gedən proseslərə heç də fikir vermirlər. Bu zaman bir neçə sual meydana çıxır: “siyasi məhbus” adı verilən bir qrup şəxsin taleyi bir milyondan artıq qaçqın və məcburi köçkünün taleyindən daha önəmlidirmi?! Nəyə görə Avropada icazəsiz nümayişlərin dağılması asayişin qorunması kimi qələmə verilir, Azərbaycana gəlincə insan haqlarının pozulması kimi qiymətləndirilir?! Ümumiyyətlə, Avropa iflasa uğramasını yenidən göstərdi. Bu gün Avropadakı böhran artıq siyasətdə də baş verir. Cinsi azlıqların vəziyyəti bugünkü Avropada insan haqları mövzusunda ən ali amil kimi qəbul edilir. Dəyərlərin tamamilə dəyişməsi, demokratiya anlayışının mənasını itirməsi, ikili standartlar, qərarlarında, düşüncələrində, atdığı addımlarda tam uyğunsuzluq və məntiqsizlik müşahidə olunur. Necə olur ki, Azərbaycanda vəziyyət müzakirəyə çıxarılır, lakin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövzu kənarda qalır?! Azərbaycana dair müzakirə olunan bütün məsələlər bilavasitə Dağlıq Qarabağ münaqişəsi ilə bağlıdır. Torpaqlarımızın işğal altında olduğu hazırkı vəziyyətdə biz əlimizdən gələni edirik ki, təşkilatın tələblərinə cavab verək. Çox təəssüf ki, bizə münasibətdə bunun əksi nümayiş etdirilir.
Təcrübə göstərir ki, AŞPA-nın qəbul etdiyi qərarlar və qətnamələr heç bir gücə malik deyil, heç bir əhəmiyyət daşımır. Biz öz müstəqil siyasətimizi davam etdirərək, milli maraqlarımızı qoruyaraq və heç kimə baxmayaraq irəli getməliyik və gedirik də. İlk növbədə, beynəlxalq səyləri Dağlıq Qarabağ münaqişəsinin həll olunmasına, Ermənistanın beynəlxalq hüquq normalarına hörmətlə yanaşmasına və həqiqətin etiraf edilməsinə çalışmalıyıq. Bu günün gündəmində ədalətin bərpa edilməsi, haqsızlığın aradan qaldırılması olmalıdır. Digər məsələlər isə Azərbaycanın ərazi bütövlüyünün bərpası, bir milyondan çox qaçqın və məcburi köçkünün doğma torpaqlarına qayıtmasından sonra müzakirə oluna bilər”.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

