Azərbaycanın Baş naziri Macarıstan Milli Assambleyasının sədri ilə görüşüb
18.06.2015 [09:37]
İyunun 17-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə Macarıstan Milli Assambleyasının sədri Laszlo Köverin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş nazir Artur Rasizadə Azərbaycan ilə Macarıstan arasında münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edərək həm ölkə rəhbərləri səviyyəsində keçirilən görüşlərdə, həm Azərbaycan-Macarıstan parlamentlərarası dostluq qrupunun tədbirlərində, həm də iqtisadi əməkdaşlıq üzrə müştərək komissiyanın xətti ilə bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün zəruri addımların atıldığını diqqətə çatdırıb. Bir çox məsələlərdə Macarıstanın prinsipial mövqeyinin xalqımız tərəfindən yüksək qiymətləndirildiyini xatırladan Baş nazir qarşılıqlı faydalı əməkdaşlığımızın sənaye, nəqliyyat, turizm, humanitar və digər istiqamətlərdə daim genişləndirilməsinin vacibliyini bildirib. Azərbaycan iqtisadiyyatının dinamik inkişafından söz açan Artur Rasizadə deyib ki, ölkəmizin qarşısında duran əsas problem bir sıra dövlətlərin beynəlxalq məsələlərə ikili standartlarla yanaşması səbəbindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsidir.
Laszlo Köver son illər yüksək sürətlə inkişaf edərək regionda lider mövqeyə çıxan Azərbaycanı Macarıstanın strateji tərəfdaşı kimi dəyərləndirib. Azərbaycanlı tələbələrin təhsili üçün Macarıstan ali məktəblərində 200 təqaüdlü yerin ayrıldığını xatırladan qonaq iqtisadiyyatın müxtəlif sahələrində, xüsusən enerji təhlükəsizliyinin təmini məsələsində ölkəmizin xüsusi əhəmiyyətini qeyd edib. Ümumən bütün Avropa İttifaqı üçün Azərbaycan iqtisadiyyatının böyük önəm daşıdığını deyən qonaq Bakıda keçirilən ilk Avropa Oyunlarını əhəmiyyətli tarixi hadisə adlandırıb. Yarışların yüksək səviyyədə təşkilinə görə Azərbaycan xalqını və hökumətini təbrik edən Laszlo Köver Bakıda azarkeşlik etmək imkanı qazandığı Macarıstan idmançılarının da uğurlu çıxışlarından məmnunluq duyduğunu söyləyib.
Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Sosial
30 İyun 12:41
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
İqtisadiyyat
30 İyun 11:58
İqtisadiyyat
30 İyun 11:57
İqtisadiyyat
30 İyun 11:55
İqtisadiyyat
30 İyun 11:54
Dünya
30 İyun 11:53
Dünya
30 İyun 11:51
Gündəm
30 İyun 11:45
Gündəm
30 İyun 11:17
Siyasət
30 İyun 11:05
Elm
30 İyun 10:59
Sosial
30 İyun 10:58
İdman
30 İyun 10:53
Siyasət
30 İyun 10:52
Gündəm
30 İyun 10:32
Gündəm
30 İyun 10:29
Ədəbiyyat
30 İyun 09:55
Xəbər lenti
30 İyun 09:55
Analitik
30 İyun 09:32
Analitik
30 İyun 09:16
Sosial
30 İyun 08:54
Sosial
30 İyun 08:30
İqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 20:09
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05

