Almaniya Bundestaqının Azərbaycan haqqında qətnaməsi qərəzlidir
17.06.2015 [10:31]
Bu bəyanatı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidməti yayıb
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidməti Almaniya Bundestaqının Azərbaycana qarşı qərəzli qətnaməsi ilə bağlı bəyanat yayıb.
Komitənin mətbuat xidmətindən AZƏRTAC-a daxil olmuş bəyanatda deyilir: “İyunun 12-də Almaniya Bundestaqında ölkəmizə qarşı qərəzli, böhtan xarakterli, ictimai-siyasi sabitliyə, inkişafa və mövcud tolerantlıq mühitinə kölgə salmağa cəhd edən qətnamə qəbul olunub. Qətnamədə ölkəmizdə din azadlığının məhdudlaşdırılması, qeyri-islam dini icmalara qarşı ayrı-seçkilik və diskriminasiya hallarına yol verildiyi iddia olunur. Məqsədyönlü və qərəzli xarakter daşıyan, heç bir əsası olmayan, cəfəngiyat dolu bu sənədin qəbul olunması iki ölkə arasında münasibətlərə zərər gətirməklə yanaşı, Azərbaycan ictimaiyyəti tərəfindən də ciddi etirazla qarşılanıb.
Bildirmək istəyirik ki, Azərbaycanda dini etiqad azadlığı Konstitusiya və “Dini etiqad azadlığı haqqında” Qanunla təsbit olunub. Dövlətin din siyasəti bütün dini konfessiyalara bərabər şəraitin yaradılması, dini icmalara və ibadət yerlərinə dövlət qayğısı əsasında formalaşıb. Azərbaycan dünyəvi dövlət olsa da, dövlət tərəfindən daim dinə xüsusi diqqət və qayğı göstərilir. Məscidlərlə yanaşı, kilsələr və sinaqoqlar da təmir-bərpa edilir, yeniləri tikilərək inanclı insanların istifadəsinə verilir. Hər il dövlətimizin başçısı tərəfindən Prezidentin Ehtiyat Fondundan dini icmaların fəaliyyəti üçün maliyyə vəsaiti ayrılır. Bu il üçün də ayrılmış həmin vəsaitin 400 min manatı qeyri-islam dini icmalarına verilib.
Azərbaycan xalqı tarixən tolerant və multikultural xalqdır. Ölkəmizdə heç bir tarixi dövrdə dini, irqi və etnik zəmində qarşıdurma halları baş verməyib. Azərbaycanın tolerantlığı, dövlətin multikulturalizm siyasəti bütün dünyada nümunə və müsbət təcrübə kimi qəbul edilir. Dini etiqadından asılı olmayaraq, qanunvericiliyin tələblərinə cavab verən bütün İslam və qeyri-islam dini icmalar rəsmi dövlət qeydiyyatına alınır və sərbəst şəkildə fəaliyyət göstərir.
Almaniya Bundestaqının Azərbaycana bu cür mənfi münasibət göstərməsi, ölkəmizi ayrı-seçkilikdə və diskriminasiyaya yol verməkdə ittiham etməsi qəbuledilməzdir. Belə ki, Almaniyada son illər geniş vüsət alan islamafobiya prosesləri etnik və dini zəmində toqquşmalarla müşayiət olunur. Bu proses indi də davam etməkdədir. Almaniya 2010-cu ildə rəsmi şəkildə multikulturalizmdən imtina edərək, bu gün yaşanan İslam əleyhinə hərəkatlara və islamafobiyanın geniş yayılmasına rəvac verib. Yaxşı olardı ki, Almaniya Bundestaqında Azərbaycan ilə bağlı məsələni müzakirə edən bəzi deputatlar və ayrı-ayrı siyasi dairələr öz ölkələrindəki islamafobiya, anti-islam hərəkatını, dini və etnik ayrı-seçkiliyin səbəblərini və fəsadlarını müzakirə edərək qiymətləndirsinlər.
Bu cür mənfi halların yaşandığı, insanların dövlət səviyyəsində dini ayrı-seçkiliyə məruz qaldığı cəmiyyətin ali qanunverici orqanının Azərbaycanda guya insan haqlarının pozulmasını iddia etməsini və ölkəmiz haqqında əsassız ittihamlar səsləndirməsini qəti şəkildə pisləyirik.
Azərbaycan sürətlə inkişaf edən dövlətdir. Bu inkişafa, tərəqqiyə kölgə salmaq istəyən, ölkəmiz haqqında beynəlxalq ictimaiyyətdə mənfi rəy formalaşdırmağa çalışan heç bir qüvvə bu istəyinə nail ola bilməyəcək”.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Gündəm
18 May 13:07
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31

