“İngilis turist”in məqsədli dezinformasiyası
17.06.2015 [10:26]
Yaxud Seymur Səfərovun əməli hansı hüquqi məsuliyyəti yaradır?
Məlum olduğu kimi, bu günlərdə “Lider” televiziyasının çəkiliş qrupu Mingəçevirdə ilk Avropa Oyunlarının gedişi ilə bağlı reportaj hazırlayarkən əsl ad və soyadı Seymur Səfərov olan şəxs televiziyanın çəkiliş qrupuna yaxınlaşaraq özünün, guya, Ceyms Bonar adlı ingilis turist olduğunu, Avropa Oyunlarında tamaşaçı kimi iştirak etmək üçün ölkəmizə gəldiyini və televiziyaya müsahibə vermək istədiyini bildirib. Televiziyanın əməkdaşları da, təbii olaraq, “turist”in bu arzusunu gerçəkləşdirib və onun müsahibəsini hazırlayaraq efirə verib. Bundan sonra isə həmin şəxs sosial şəbəkələrdə özünün bu qeyri-etik və hüquqdan kənar addımını ört-basdır etmək üçün televiziya əməkdaşlarını günahlandırıb. Təəssüf ki, bəzi qruplar, xüsusilə, anti-azərbaycançı mərkəzlərin təlimat və tapşırıqları ilə fəaliyyət göstərən ölkədaxili siyasi azlıq bu “hadisə”dən ümumən Avropa Oyunlarına qarşı “qara piar” kampaniyasında istifadə etməyə çalışırlar.
Yeri gəlmişkən, “Lider” televiziyasının Xəbər departamentinin Sosial və mədəniyyət redaksiyasının rəhbəri Elnur Niftəliyev bu olayla bağlı televiziya kanalının rəsmi mövqeyini açıqlayıb. O, əsl ad və soyadı Seymur Səfərov olan şəxsin jurnalisti bilərəkdən aldatdığını bildirib. Elnur Niftəliyev deyib ki, reportajdakı bu müsahibəyə görə müxbiri yox, məhz həmin bu addımla təxribat yaratmaq istəyən şəxsi qınamaq lazımdır: “Jurnalistlər analoji beynəlxalq tədbirlərdə gərgin və sıx rejimdə çalışırlar. Bu qaçhaqaçda hansısa vətəndaşın bu hərəkətlə məşğul olacağı kimin ağlına gələr?! Qəsdən özünü əcnəbi kimi təqdim edir və sonra bunu məqsədli şəkildə video olaraq yayıb, öz aləmlərində nəyəsə nail olmaq istəyirlər. Bu şəxsin tək jurnalistə yox, xalqına, dövlətinə qərəzli mövqeyini, xəyanətini görmək üçün iki göz yox, sadəcə, vicdanlı vətəndaş olmaq kifayətdir”.
Redaksiya rəhbəri bu məsələdə subyektiv fikirlərlə rastlaşdıqlarını deyib və jurnalisti qınayanlara da cavab verib: “İdman yarışlarının bu sıxlıqda davam etdiyi, media nümayəndələrinin bəzən istirahətsiz çalışdığı bu vaxtlarda hər müsahibin üzərində “DNT” analizi aparılmalıdır? Yoxsa bundan sonra müsahibin şəxsiyyət vəsiqəsini, doğum şəhadətnaməsini, “jek”dən arayışını da tələb edək?”
Milli Məclisin üzvü Çingiz Qənizadə də qəzetimizə açıqlamasında bu hərəkətin yolverilməz olduğunu vurğulayıb. Onun sözlərinə görə, Seymur Səfərov olduğunu iddia edən həmin şəxs bu cür davranmaqla KİV-i aldadıb, vətəndaşlığı ilə bağlı yalan məlumat verib. Millət vəkili deyib ki, bu hadisədə televiziya kanalının heç bir günahı yoxdur: “Əgər vətəndaş özünü ingilis vətəndaşı kimi təqdim edibsə, burada televiziya kanalında günah axtarmaq yersizdir. Əslində, o vətəndaşın özünün hərəkətləri araşdırılmalıdır və mən hesab edirəm ki, “Lider” televiziyası Seymur Səfərovun bu hərəkətindən öz nüfuzuna zərər gəldiyini düşünürsə, ümumi ittiham qaydasında müvafiq dövlət qurumlarına müraciət edə bilər”.
Konstitusiya Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev isə Seymur Səfərovun bu hərəkətini dələduzluq kimi qiymətləndirib. Onun sözlərinə görə, bu, həmin vətəndaşın etibardan sui-istifadə etməsi kimi qəbul olunmalıdır: “Qanunvericiliyə əsasən, jurnalistin müsahibindən şəxsiyyət vəsiqəsini tələb etmək hüququ yoxdur. Bunu ancaq müstəsna hallarda hüquq-mühafizə orqanları şəxsiyyətin tanınması ilə bağlı tələb edə bilər və yaxud kütləvi tədbirlərdə və müəyyənləşdirilmiş qaydalar əsasında bunu etmək mümkündür”.
Əliməmməd Nuriyev deyib ki, əgər azərbaycanlı özünü başqa bir millətin nümayəndəsi kimi təqdim edirsə, deməli, bu insanın özündə ciddi bir kompleks, problem var: “Yaxud ola bilər ki, bu adam sosial şəbəkələrdə özünün reklamını aparmaq üçün məqsədli şəkildə bu yola əl atıb. Bütün hallarda isə bu kimi hərəkətlər yolverilməzdir və ictimai qınağa səbəb olur”.
Ekspert bu məsələdən sui-istifadə edənlərin də hərəkətlərini pisləyib. Onun sözlərinə görə, kifayət qədər qeyri-ciddi olan bu addımdan piar məqsədilə istifadə etmək heç kəsə başucalığı gətirmir: “Bu adam yalançıdır və bu adam özü özünü biabır edib. İndi kimsə belə bir yalançı adamın hərəkətindən istifadə edirsə, onun yalanına ortaq olursa, əlbəttə, bu, heç də uğurlu bir addım deyil. Burada “Lider” televiziyasını ittiham etmək doğru deyil”.
Ə.Nuriyev, həmçinin, vurğulayıb ki, hazırda ölkəmiz tarixi günlərini yaşayır. Avropanın və dünyanın idman həyatında ən mühüm hadisələrdən biri olan ilk Avropa Oyunları məhz paytaxtımızda keçirilir: “Biz hamımız açılış mərasiminin nümunəsində Azərbaycanın bu Oyunlara necə gözəl hazırlaşdığının, bu Oyunlara hansı töhfələri verdiyinin şahidi olduq. Biz bu Oyunlarda iştirak edən tanınmış qonaqların, Olimpiya və Dünya çempionlarının, bu yarışlarda qələbələr qazınmış azərbaycanlı çempionların Oyunların təşkili ilə bağlı necə yüksək fikirlər səsləndirdiyinin şahidi oluruq. Əslində, bunlardır Azərbaycan xalqının, mediasının gündəmi. Ona görə də, hesab edirəm ki, Seymur Səfərov olduğunu iddia edən bu vətəndaşın qəbulolunmaz hərəkətinə, kiminsə bu qeyri-ciddi hadisədən sui-istifadə edərək “Lider” televiziyasına qarşı kampaniya aparmasına ciddi reaksiya verməyə ehtiyac yoxdur. Kim nə deyirsə desin, Azərbaycan Avropa Oyunlarının təşkilində ən yüksək standartları tətbiq edir, gələn qonaqlar da bunu görür, qiymətləndirirlər”.
Aqşin
Xəbər lenti
Hamısına baxGündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17

