/ / Avropa İttifaqının Bakı ofisinin və Yunanıstanın Azərbaycandakı səfirinin təxribatçı işbirliyi ortaya çıxıb
Avropa İttifaqının Bakı ofisinin və Yunanıstanın Azərbaycandakı səfirinin təxribatçı işbirliyi ortaya çıxıb
06.06.2015 [10:55]
Yunanıstanın Azərbaycandakı səfirinin ölkəsinin Xarici İşlər Nazirliyinə ötürdüyü dezinformasiya xarakterli məktubun məzmunu məlum olub
Avropa İttifaqının (Aİ) Bakı ofisinin və Yunanıstanın Azərbaycandakı səfirinin Azərbaycana qarşı işbirliyi ortaya çıxıb.
APA-nın diplomatik mənbələrdən əldə etdiyi məlumata əsasən, Yunanıstan prezidenti Prokopis Pavlopulos Bakıda keçiriləcək birinci Avropa Oyunlarında iştirak etmək qərarından daşınıb. Buna səbəb isə Yunanıstanın Azərbaycandakı səfiri Dimitris Sunqasın bu ölkənin Xarici İşlər Nazirliyinə ötürdüyü dezinformasiya xarakterli məlumatlar olub.
Belə ki, səfir mayın 21-də Yunanıstan XİN-ə göndərdiyi məlumatda iddia edib ki, birinci Avropa Oyunlarının açılışında heç bir dövlət və hökumət başçısı iştirak etməyəcək.
Səfir öz iddiasını həm də Avropa İttifaqının Bakı ofisindən səfirliyə daxil olan və guya, birinci Avropa Oyunlarının dünya liderləri tərəfindən “boykot” ediləcəyi haqqında məlumat ilə əsaslandırıb.
Səfir məktubunda hətta iddia edib ki, Rusiya və Türkiyə prezidentləri də açılışda iştirak etməyəcəklər. Məhz bundan sonra Yunanıstan hökuməti səfirin yanlış iddiasını əsas tutaraq, açılış mərasimində idman nazirinin müavini Stavros Kontonis səviyyəsində təmsil olunmaq barədə qərar qəbul edib.
Diplomatik mənbə onu da bildirib ki, Yunanıstan XİN-i formal olaraq bu qərarını prezident Prokopis Pavlopulosun mayın 9-da Qələbə günü münasibətilə Moskvada keçirilən hərbi paradda iştirak etməməsi və buna görə də, balans saxlamaq zərurəti ilə əsaslandırıb.
O da məlum olub ki, son günlər Avropa İttifaqı və onun Bakıdakı ofisi ayrı-ayrı ölkələrin rəhbərliyinə və Azərbaycandakı səfirliklərinə müraciətlər edərək, onları birinci Avropa Oyunlarının açılış mərasimində iştirakdan çəkindirməyə çalışır.
Aİ-nin Bakı nümayəndəliyindən isə APA-ya daxil olan xəbərdə qeyd olunub ki, bu barədə mediada verilən informasiya heç bir şəkildə düzgün deyil: “Aİ-yə üzv dövlətlərin birinci Avropa Oyunları kimi idman tədbirlərində iştirak etməsinə dair tövsiyə vermək Aİ nümayəndəliyinin səlahiyyətinə daxil deyil”.
Aİ nümayəndəliyi onu da xatırladıb ki, 21-22 may tarixində Şərq Tərəfdaşlığı Sammitinin Riqadakı birgə bəyanatında sammit iştirakçılarının “iyun ayında Azərbaycanda keçiriləcək birinci Avropa Oyunlarını səbirsizliklə gözlədikləri” vurğulanıb.
Yunanıstanın Bakıdakı səfirliyi isə məqalənin bütün məzmununu qəti şəkildə təkzib edib: “Yunanıstan tərəfi rəsmi mövqeyini bildirəcək”.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10

