“Heydər Əliyev siyasəti: Tolerantlıq” kitabının təqdimatı olub
09.05.2015 [13:14]
Mayın 8-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə “Heydər Əliyev siyasəti: Tolerantlıq” kitabının təqdimatını keçirib.
AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində komitənin sədri Mübariz Qurbanlı dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı xidmətlərindən danışıb. O, Ulu öndərin həyata keçirdiyi siyasətdə tolerantlığın hər zaman diqqət mərkəzində olduğunu vurğulayıb. Qeyd edib ki, ölkəmizdə bütün konfessiyalara eyni səviyyədə münasibət Ümummilli liderin tolerantlığa verdiyi önəmi bir daha göstərir.
Komitə sədri diqqətə çatdırıb ki, “Elm və təhsil” nəşriyyatında çap olunan kitabda müasir Azərbaycan dövlətinin yaradıcısı, Ümummilli lider Heydər Əliyevin 1993-2003-cü illərdə dövlət-din münasibətlərini, milli mənəvi dəyərlərin qorunmasını, tolerantlıq və multikulturalizm ideyalarını özündə əks etdirən dəyərli çıxışları, nitqləri, görüşləri və təbrikləri yer alıb. Bu topluda yer alan tarixi-xronoloji materiallar Heydər Əliyev irsinin və uğurlu strategiyasının öyrənilməsinə xidmət etməklə yanaşı, həm də Azərbaycanın bütün dünyaya nümayiş etdirdiyi dünyəvilik, tolerantlıq və multikulturalizm ideyalarının əyani vəsaitinə çevriləcək. Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş bu kitabı oxuyan hər kəs Azərbaycan xalqının xarakterik xüsusiyyətlərindən və cəmiyyətimizdə yüzilliklər ərzində formalaşmış və bu gün də davam etdirilən ənənələrdən qaynaqlanan qarşılıqlı hörmət və birgəyaşayış mədəniyyətinin məhz Ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən necə qorunmasının və davamlı şəkildə təbliğ edilməsinin bariz nümunəsi ilə yaxından tanış olacaq.
Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Salman Musayev bildirib ki, bütün konfessiyalara eyni səviyyədə münasibət, onların ibadətgahlarını fərq qoymadan ziyarət etmək, müxtəlif dinlərin və xalqların nümayəndələri ilə görüşlər Ulu öndərin tolerantlığa verdiyi önəmi bir daha göstərir. Bu dəyərli kitabda Ulu öndərin dünyanın müqəddəs yerlərinə ziyarətləri, Azərbaycanda tarixi məscidlərin və ibadət yerlərinin bərpasına diqqəti, dini icmalara təbrikləri, müraciətləri və digər materiallar təqdim olunub.
Bakı Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi Elnur Əfəndiyev, Azərbaycandakı katolik kilsəsinin baş keşişi ordinari Vladimir Fekete, Avropa yəhudilərinin Bakı dini icmasının sədri Gennadi Zelmanoviç, Azərbaycanın Alban-Udi xristian dini icmasının sədri Robert Mobili və DQİDK sədrinin birinci müavini Səyyad Salahlı çıxış edərək Ulu öndərin Azərbaycanda dövlət-din münasibətləri, milli mənəvi dəyərlərin qorunması, tolerantlıq və multikulturalizm sahəsində həyata keçirdiyi işlər, əldə edilən uğurlar barədə danışıblar.
Digər çıxış edən dini icmaların nümayəndələri də Heydər Əliyev şəxsiyyətinin böyüklüyündən danışıb və nəşrin əhəmiyyətini vurğulayıblar.
Sonda DQİDK-nın dini icmalar arasında ənənəvi olaraq təşkil etdiyi “Heydər Əliyev siyasəti və milli mənəvi dəyərlərimiz” mövzusunda məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Xəbər lenti
Hamısına baxElm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Siyasət
20 İyun 23:26
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59

