“ADA” Universitetində Azərbaycan-Vyetnam Dostluq Forumu keçirilib
08.05.2015 [09:31]
Mayın 7-də “ADA” Universitetində Azərbaycan-Vyetnam Dostluq Forumu keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabana gələrək xalqımızın Ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üstünə tər güllər düzülüb.
Sonra Şəhidlər xiyabanına gələn forum iştirakçıları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramlarını bildirib, məzarları üzərinə güllər qoyublar.
Azərbaycanda təhsil almış vyetnamlı məzunların, iki ölkənin parlament nümayəndələrinin və ali təhsil müəssisələri rəhbərlərinin iştirak etdikləri forumu təhsil naziri Mikayıl Cabbarov açıb, bu beynəlxalq tədbirin Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə keçirildiyini vurğulayıb. Azərbaycan ilə Vyetnam arasında dərin köklərə malik dostluq əlaqələrindən danışan nazir forumun hər iki ölkə üçün bütün sahələrdə faydalı olacağına əminliyini bildirib, tədbirin işinə uğurlar arzulayıb.
M.Cabbarov qeyd edib ki, Prezident İlham Əliyev ötən ilin mayında Vyetnam Sosialist Respublikasına rəsmi səfəri çərçivəsində Azərbaycanın ali təhsil müəssisələrinin vyetnamlı məzunları ilə görüşərək ölkəmizin yeni nailiyyətləri və inkişaf prosesləri barədə ətraflı məlumat verib. Məhz bu görüş zamanı dövlətimizin başçısı hazırkı forumun keçirilməsi təşəbbüsü ilə çıxış edib, vyetnamlı məzunları ölkəmizə dəvət edib. Bu beynəlxalq tədbirdə ötən əsrin 70-80-ci illərində Azərbaycanın ali təhsil müəssisələrindən məzun olmuş vyetnamlı dostlarımızı görmək bizim üçün xüsusilə sevindirici haldır. Azərbaycan ilə Vyetnam arasında güclü tarixi bağlar vardır və bu bağların güclənməsində Vyetnam xalqının böyük oğlu Ho Şi Minin Azərbaycana və xalqımızın Ümummilli lideri Heydər Əliyevin bu ölkəyə səfəri müstəsna rol oynayıb. Təbii ki, ölkələrimiz arasında dost münasibətlərin formalaşmasında və xalqlarımız arasında qarşılıqlı rəğbətin yaranmasında Azərbaycanda təhsil almış vyetnamlı tələbələr xüsusi missiyanı yerinə yetiriblər.
Nazir diqqətə çatdırıb ki, bu günədək iki mindən çox Vyetnam vətəndaşı Azərbaycanın ali təhsil müəssisələrində hazırlıq keçib və təhsil alıb. Bu məzunların daha sonra Vyetnamda siyasi, iqtisadi, hərbi, elm və təhsil sahələrində müxtəlif məsul vəzifələrə təyin olunmaları bizim üçün qürurverici olmaqla yanaşı, Azərbaycanın ali təhsil sisteminin yüksək keyfiyyətli kadr yetişdirmək iqtidarında olduğunu sübut edib. Bu forum bizə ölkələrimiz arasında ikitərəfli siyasi, parlamentlərarası, enerji və təhsil kimi sahələrdə hazırkı əməkdaşlığın vəziyyəti və bu əməkdaşlığın inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparmağa əlverişli imkan yaradacaq. Azərbaycanda təhsil almaq ənənəsinin Vyetnamda nəsildən-nəslə keçdiyini müşahidə etmək bizi çox sevindirir. Belə ki, 1973-1978-ci illərdə Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) təhsil almış Tran Bin Çunun övladı Tran Trounq Linh hazırda “ADA” Universitetində təhsil alır. Zənnimcə, bu fakt Vyetnam xalqının həm ölkəmizə, həm də təhsil sistemimizə verdiyi dəyərin mühüm göstəricisidir. Əminəm ki, həm bu forum, həm də Vyetnamın Prezidenti Truonq Tan Sanqın yaxın günlərdə Azərbaycana planlaşdırılan səfəri ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin güclənməsinə töhfəsini verəcək.
Vyetnam Parlamentinin Xarici Əlaqələr Komitəsi sədrinin müavini Nqo Due Manh Azərbaycan Respublikası Prezidentinin 2014-cü ildə Vyetnama ilk rəsmi səfərinin ölkələrimiz arasında əlaqələrin daha da genişlənməsində xüsusi rol oynadığını qeyd edib. N.Due Manh Vyetnam nümayəndə heyəti üzvlərinin uzun illər sonra ikinci doğma diyarları olan Azərbaycana səfərdən böyük sevinc hissi duyduqlarını bildirib, Azərbaycan Respublikasının Prezidentinə bu forumun keçirilməsi təşəbbüsünə görə minnətdarlığını ifadə edib.
Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanov və Vyetnam Kommunist Partiyası Təbliğat Komitəsinin nəşri olan “External Affairs İnformation” jurnalının baş redaktoru Dao Xuan Tien iki ölkə arasındakı səmimi dostluq münasibətlərindən danışıb, bu Forumun Azərbaycan-Vyetnam əlaqələrinin inkişafına təkan verəcəyinə əminliklərini bildiriblər.
Tədbirdə Vyetnam Televiziyasının hazırladığı, Azərbaycan-Vyetnam əlaqələrini əks etdirən sənədli film nümayiş olunub.
Sonra forum işini “Azərbaycan-Vyetnam münasibətləri: nailiyyətlər və perspektivlər”, “Vyetnamlı tələbələrin Azərbaycanda təhsilinin iki ölkə arasında əlaqələrin güclənməsində rolu və təhsil sahəsindəki əməkdaşlığın inkişaf perspektivləri” sessiyalarında davam etdirib. Sessiyalarda iki ölkənin parlament nümayəndələrinin, ali məktəblərin təmsilçilərinin Azərbaycan və Vyetnam arasında siyasi, iqtisadi və təhsil əlaqələri, humanitar məsələlərlə bağlı məruzələri dinlənilib, fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxSosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18

