MTN-in Heydər Əliyev adına Akademiyasında faşizm üzərində Qələbənin 70-ci ildönümü qeyd olunub
08.05.2015 [09:25]
Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Heydər Əliyev adına Akademiyasında 9 May - faşizm üzərində Qələbənin 70-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
MTN-in İctimai Əlaqələr İdarəsindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Böyük Vətən müharibəsinin və təhlükəsizlik orqanlarının veteranları, ehtiyatda olan general-mayor Bahadur Hüseynov, polkovnik-leytenant Bəxtiyar Süleymanlı və polkovnik-leytenant Cabbar Bəylərov, Akademiyanın dinləyiciləri, kursantları və Milli Təhlükəsizlik Nazirliyinin hərbi hissələrində müddətli həqiqi hərbi xidmət keçən əsgərlər iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edərək Ulu öndərin abidəsi önünə gül dəstələri qoyublar.
Sonra “Şöhrət” muzeyində dahi şəxsiyyət Heydər Əliyevin zəngin həyat və fəaliyyətini əks etdirən fotostendlərlə və eksponatlarla tanış olublar.
Akademiyanın akt zalının foyesində İkinci Dünya müharibəsindən görüntüləri əks etdirən fotosərgi qonaqlar tərəfindən maraqla qarşılanıb.
Bayram tədbiri Böyük Vətən müharibəsində həlak olmuş azərbaycanlıların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və dövlət himninin səsləndirilməsi ilə başlanıb.
MTN-in Heydər Əliyev adına Akademiyasının rəis müavini general-mayor İsgəndər Allahverdiyev tədbir iştirakçılarını faşizm üzərində Qələbənin 70 illik yubileyi münasibətilə təbrik edib. Qeyd olunub ki, MTN-nin Heydər Əliyev adına Akademiyasında belə bir tədbirin təşkil edilməsinin xüsusi mənası və gələcəyin təhlükəsizlik zabitləri üçün mühüm əhəmiyyəti var. O, Ümummilli lider Heydər Əliyev “Azərbaycan xalqı İkinci Dünya müharibəsində həm döyüş meydanlarında, həm də arxa cəbhədə əsl şücaət və əzmkarlıq nümunələri göstərmişdir. Bu da həqiqətdir ki, İkinci Dünya müharibəsi illərində faşizmə qarşı mərdliklə döyüşən Azərbaycan oğulları və qızları öz hünərləri ilə əbədi qəhrəmanlıq dastanı yaratdılar” sözlərini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Qeyd edilib ki, Azərbaycandan cəbhəyə səfərbər edilmiş 700 minə yaxın adamdan 300 mindən çoxu həlak olub və itkin düşüb. Müharibədə göstərdikləri şücaətə görə 123 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülüb, 30 nəfəri “Şərəf” ordeni, 170 min Azərbaycan əsgəri və zabiti isə SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edilib. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı qəhrəmanları - İsrafil Məmmədov, Ruslan Vəzirov, Adil Quliyev, Hüseynbala Əliyev, Qafur Məmmədov, İdris Süleymanov, Ziya Bünyadov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə və bir çox başqaları öz qəhrəmanlığı ilə bizim xalqın şərəfli tarixinə yeni səhifələr yazıblar. İkinci Dünya müharibəsi Azərbaycan xalqının fədakar, qəhrəman, cəsarətli olmasını bir daha sübut ediblər.
Vurğulanıb ki, müharibə illərində ölkənin neft və neft məhsulları, təyyarələrin və hərbi texnikanın motor yağı və benzinlə təmin edilməsinin dörddə üçü Azərbaycanın istehsalı idi. Daha dəqiq desək, o dövrdə Sovet İttifaqında istehsal edilən neftin 70-75, benzinin isə 85-90 faizi Azərbaycanın payına düşürdü.
Qələbənin təmin edilməsində Azərbaycanın böyük xidmətləri haqqında Ümummilli lider Heydər Əliyev deyib: “Əgər Bakının nefti olmasaydı, Sovet İttifaqının qələbəsi mümkün deyildi”.
Heydər Əliyev başqa bir çıxışında isə xalqımızın xidmətləri haqqında bildirib: “Tarix bu gün də bilməlidir ki, İkinci Dünya müharibəsində Azərbaycanın xidməti, fəaliyyəti, rolu çox böyük olub”.
General-mayor İ.Allahverdiyev bildirib ki, Azərbaycan bu gün də müharibə şəraitində yaşayır, torpaqlarımızın 20 faizdən çoxu düşmən tapdağı altındadır, bir milyondan çox soydaşımız dədə-baba yurdlarından məcburi didərgin düşüb. Lakin bu gün Prezident, Ali Baş Komandan İlham Əliyevin apardığı xarici və daxili siyasət, iqtisadi inkişaf və ordu quruculuğu üçün gördüyü işlər bizim qəhrəman xalqımızın bu müharibədə də qələbə qazanacağına ümidlərimizi daha da artırır.
Sonra tədbirdə çıxış edən general-mayor Bahadur Hüseynov və polkovnik-leytenant Bəxtiyar Süleymanlı İkinci Dünya müharibəsində keçdikləri döyüş yolundan və müharibənin fəsadlarından geniş bəhs edib, alman faşizmi üzərində qazanılmış tarixi Qələbədə Azərbaycan xalqının ön və arxa cəbhələrdəki misilsiz rolundan danışıblar.
Akademiyanın dinləyicisi leytenant R.Musayev, kursantlar T.Nemətli və M.Məmmədov təhsil müəssisəsinin bütün gəncləri adından çıxış edərək bildiriblər ki, xalqımızın zəngin qəhrəmanlıq, igidlik və şücaət tarixinin və irsinin layiqli daşıyıcıları olaraq Azərbaycanın müstəqilliyinin daha da möhkəmlənməsi və əbədi olması uğrunda yorulmaq bilmədən çalışacaqlar. Ulu öndər Heydər Əliyevin müstəqillik və dövlətçilik strateji xəttini ölkəmizin bütün gəncləri kimi dəstəkləyəcəklərini, Onun siyasi varisi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ətrafında bundan sonra da sıx birləşəcəklərini, Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda bütün qüvvə və səylərini səfərbər edəcəklərini, Ali Baş Komandanın hər bir əmrini dərhal və qüsursuz yerinə yetirəcəklərini qeyd ediblər.
Tədbirin sonunda İkinci Dünya müharibəsində azərbaycanlıların göstərdikləri rəşadətlər barədə film nümayiş olunub.
Xəbər lenti
Hamısına baxDünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51

