Azərbaycan ilk Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi edəcək
28.04.2015 [10:18]
Azərbaycanda keçiriləcək ilk Avropa Oyunları mühüm idman hadisəsi olmaqla yanaşı, siyasi, iqtisadi nöqteyi-nəzərdən də ölkə reallıqlarının təbliği baxımından mühüm əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, ölkə ictimaiyyətinin nümayəndələri, dövlət yetkililəri və siyasətçilər birinci Avropa Oyunlarının əhəmiyyətini yüksək qiymətləndirirlər.
Milli Məclisin sədr müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova bildirib ki, Azərbaycan ilk Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi edəcək. B.Muradova deyib ki, Azərbaycanın bütün dünyada nüfuzlu idman ölkəsi kimi tanınması xüsusi əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, hazırda birinci Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi məqsədilə ölkəmizdə çox böyük işlər görülür, yeni idman obyektləri tikilir, bəziləri isə əsaslı təmir edilir: “Yeni idman komplekslərinin yaradılması həm yeni iş yerləridir, həm də beynəlxalq idman yarışlarının təşkilinin yeni standartlarını müəyyənləşdirir. Hesab edirəm ki, bu baxımdan başqa ölkələr də gələcəkdə Azərbaycanın təcrübəsindən yararlanacaqlar. Bütün bunları ümumiləşdirsək, hesab edirəm ki, ilk Avropa Oyunları Azərbaycanın beynəlxalq müstəvidə nüfuzunu daha da artıracaq. Bütün bunlar Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticələridir. Azərbaycanın yeritdiyi siyasətin əsas məzmunu və mahiyyəti ondan ibarətdir ki, xalqımızın, dövlətimizin maraq və mənafeyi, rifahı və gələcək inkişafı istiqamətində addımlar atılır və bu yöndə bütün imkanlar səfərbər edilir. Bunlar da ölkəmizin qazandığı nailiyyətlər sırasına daxildir. Bunu bugünkü həyatımız, qısa müddətdə əldə etdiklərimiz, sosial-iqtisadi inkişafımız, ictimai-siyasi sabitlik, mövcud vətəndaş həmrəyliyi və beynəlxalq aləmdə artan nüfuzumuz sübut edir”.
Milli Məclisin sədr müavini deyib ki, Ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan yalnız yüksələn xətlə inkişaf edib: “Ulu öndərimiz Azərbaycanın inkişaf strategiyasını müəyyənləşdirib və Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir. Prezident İlham Əliyevin hakimiyyəti dövründə biz çox ciddi nailiyyətlər əldə etmişik. Həyatımız yaxşı mənada çox böyük sürətlə dəyişib. Bu dəyişikliklər həm ölkəmizin ümumi həyatında, həm də insanların şəxsi həyatında hiss olunur. Artıq inkişafın Azərbaycan modeli dünyaya təqdim olunub. İlk Avropa Oyunları ilə əlaqədar ölkəmizə gələn xarici qonaqlar da Azərbaycanın necə inkişaf etdiyinin əyani şahidi olacaqlar”.
“Azərbaycan nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi məkandır. Bu uğura ölkəmiz həyata keçirdiyi siyasət, dünyadakı nüfuzu sayəsində nail olub. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan özünü dünyada etibarlı tərəfdaş kimi təsdiq edib. Bu baxımdan, ilk Avropa Oyunlarının ölkəmizdə keçirilməsi də Azərbaycanın nüfuzunun göstəricisidir”. Bu fikirləri isə YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib. S.Novruzov qeyd edib ki, ilk Avropa Oyunları Azərbaycanın dünyadakı müsbət imicini daha da gücləndirəcək.
S.Novruzov bildirib ki, Azərbaycan sülh, dostluq məkanı kimi dünyada özünü təsdiq edib. Onun sözlərinə görə, möhtəşəm beynəlxalq tədbirlərin keçirilməsində məkan olaraq Azərbaycanın seçilməsində də bu amil mühüm rol oynayır. İlk Avropa Oyunları ilə əlaqədar hazırda dünyanın diqqəti ölkəmizə yönəlib.
“Amma müəyyən dairələr Azərbaycanın bu uğurlarına qısqanclıqla yanaşır. Təbii ki, burada erməni izi də var. Erməni lobbisi və onun təsirində olan dairələr, “sapı özümüzdən olan baltalar” hər fürsətdə Azərbaycana ləkə yaxmağa çalışır. Birinci Avropa Oyunları ərəfəsində baş verənlər buna sübutdur. Amma bu cəhdlər heç bir nəticə verməyəcək. Çünki xalqımız Prezidentimizin ətrafında sıx birləşib. Cəmiyyətimiz belə kampaniyaların hansı səbəblərdən qaynaqlandığını yaxşı bilir. Bununla belə, bu məsələlərlə əlaqədar əhali arasında təbliğat işi davam etməlidir. Bu proseslərdə YAP-ın fəalları aktivlik nümayiş etdirirlər. Hər bir kəs prinsipal məsələlərdə öz mövqeyini ortaya qoymalıdır”, - deyə YAP İcra katibinin müavini vurğulayıb.
S.Novruzovun fikrincə, ilk Avropa Oyunları vasitəsilə Azərbaycan bir daha özünü demokratik, dinamik inkişaf edən bir ölkə kimi dünyaya təqdim edəcək: “Ölkəmizdə möhkəm ictimai-siyasi sabitlik və vətəndaş həmrəyliyi mövcuddur. Azərbaycanda sivil, intellektual cəmiyyət formalaşıb və bu cəmiyyət dünyada baş verən prosesləri yaxşı dərk edir. Ona görə də, bizim ən böyük uğurlarımızdan biri belə bir yüksək cəmiyyətə malik olmağımızdır. İlk Avropa Oyunları ilə əlaqədar ölkəmizə gələn xarici qonaqlar bütün bu nailiyyətlərimizin şahidi olacaqlar”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
07 İyun 15:40
Dünya
07 İyun 14:27
Dünya
07 İyun 13:31
Dünya
07 İyun 12:25
Dünya
07 İyun 11:19
Dünya
07 İyun 10:21
Dünya
07 İyun 09:50
Hadisə
07 İyun 08:39
Dünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Siyasət
06 İyun 18:58
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45

