/ / Avropa Parlamentinin “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi qətnamə ikili standartların bariz nümunəsidir
Avropa Parlamentinin “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi qətnamə ikili standartların bariz nümunəsidir
17.04.2015 [10:07]
Aprelin 15-də Avropa Parlamentində qondarma “erməni soyqırımı” ilə əlaqədar qəbul edilmiş qətnamə bizdə dərin təəssüf hissi doğurdu. Biz bu sənədi reallıqdan uzaq, qeyri-ciddi və ikili standartların bariz nümunəsi kimi dəyərləndiririk. Belə hesab edirik ki, bu sənəd Avropadakı erməni lobbisinin təsiri altında olan, Türkiyəyə və Azərbaycana qarşı qərəzli mövqeləri ilə seçilən dairələrin təsiri və təşviqi ilə qəbul olunub.
Bu fikirlər Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin adından qurumun sədri Səməd Seyidovun verdiyi bəyanatda öz əksini tapıb.
Bəyanatda deyilir ki, Avropa Parlamentinin bu addımı Qərbdə, o cümlədən, Avropa Parlamentində mövcud olan ikili standartların və islamofobiya əhval-ruhiyyəsinin bariz nümunəsidir. 100 il bundan əvvəl, 1915-ci ildə baş vermiş hadisələrə öz siyasi maraqları prizmasından yanaşan ermənipərəst dairələr uzaq keçmişdəki hadisələrdən antitürk, antiazərbaycan, antiislam əhval-ruhiyyəsini qızışdırmaq məqsədi güdürlər. Əslində, tarixçilərin tədqiqat obyekti olacaq bu məsələyə müəyyən qrup avropalı deputatın faktlara əsaslanmayan bu cür mövqe sərgiləməsi birinci dəfə deyil. Ən yeni tariximizdə Xocalıda ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımı aktına, Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində öz doğma yurdlarından didərgin düşmüş 1 milyondan çox insanın hüquqlarının pozulmasına biganə qalan bu siyasətçilərin belə qeyri-ciddi davranışı təəccüb doğurur.
“Əslində müstəqil Azərbaycanın təcrübəsində ölkə beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsinə hazırlaşdığı ərəfələrdə biz bu cür addımların dəfələrlə şahidi olmuşuq. Bakıda keçirilmiş “Eurovision” mahnı yarışması, indi isə birinci Avropa Oyunları ərəfəsində bu hallar təkrarlanmaqdadır.
Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri kimi bildirirəm ki, Avropa Şurasının yuxarıda göstərilən məsələlərə münasibəti də bizdə narahatlıq doğurur. Biz dəfələrlə bəyan etmişik ki, Azərbaycan nüfuzlu beynəlxalq qurumlarla, o cümlədən Avropa Şurası və Avropa Parlamenti ilə bərabərhüquqlu əməkdaşlıq etməyə hazırdır. Ancaq həmin təşkilatların fəaliyyətindəki ikili standartlar bu xoş niyyəti kölgə altına alır. Biz bir daha avropalı deputatları xalqların tarixi və taleyi ilə bağlı məsələlərdə ədalətli olmağa və həssaslıq nümayiş etdirməyə çağırırıq”, - deyə bəyanatda diqqətə çatdırılır.
Xəbər lenti
Hamısına baxDünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
İqtisadiyyat
04 İyul 10:31
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25

