Ankara Universitetində Hüseyn Cavidin yaradıcılığına həsr olunmuş elmi konfrans keçirilib
30.03.2015 [09:25]
Azərbaycanın Türkiyədəki səfirliyi və Ankara Universitetinin (AU) birgə təşkilatçılığı ilə bu təhsil ocağında görkəmli Azərbaycan şairi və dramaturqu, ictimai xadim Hüseyn Cavidin əsərlərinin Türkiyədə ilk nəşrinin təqdimatı və ədibin yaradıcılığına həsr olunmuş “Hüseyn Cavidin düşüncə dünyası və əsərləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
Tədbirdə Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov, Ankara Universitetinin rektoru, professor Erkan İbiş, tələbələr, müəllimlər, kütləvi informasiya vasitələrinin və qeyri-hökumət təşkilatlarının təmsilçiləri, türkiyəli cavidsevərlər və azərbaycanlı tələbələr, respublikamızdan gəlmiş geniş tərkibli nümayəndə heyəti, qardaş ölkənin alimləri, ədəbiyyatçıları, görkəmli elm, sənət və mədəniyyət xadimləri iştirak ediblər.
Əvvəlcə Azərbaycanın və Türkiyənin müstəqilliyi uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, hər iki ölkənin dövlət himnləri səsləndirilib.
Hüseyn Cavidin mənalı həyat və yaradıcılığına həsr olunmuş filmin nümayişindən sonra Türkiyə Böyük Millət Məclisinin deputatlarından və qardaş ölkənin nazirliklərindən konfransa ünvanlanmış təbrik məktubları oxunub.
Tədbirin açılışında səfir Faiq Bağırov, rektor Erkan İbiş, professorlar - dekan Əbdülkadir Gürer, Sema Burutcu Özönderin çıxışları dinlənilib. Hüseyn Cavid şəxsiyyətinin ucalığı barədə fikirlər söyləyən natiqlər bildiriblər ki, ədibin əsərləri türk dünyasının ortaq sərvəti, ədəbiyyatımızın qürur və iftixarıdır. Əminliklə qeyd olunub ki, təqdim edilən nəşr Azərbaycan ədəbiyyatının təbliği sahəsində görülən işlərə böyük töhfə verəcək. Ümummilli lider Heydər Əliyevin Hüseyn Cavidin Naxçıvan şəhərindəki məqbərəsində olarkən çəkilən fotoşəkillərinin, şairin mənalı ömrünü əks etdirən nadir fotoların da yer aldığı 944 səhifəlik kitab “Kaspi” Təhsil Mərkəzi tərəfindən hazırlanıb.
Aktrisalar Samirə Məmmədovanın və Nigar Bahadurqızının Hüseyn Cavidin əsərlərindən parçalar səsləndirmələrindən sonra konfrans iki bölmə iclası ilə işini davam etdirib.
Konfransda Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor Kamran Əliyevin “Hüseyn Cavid min illərin ədibidir”, “Kaspi” Şirkətlər Qrupunun rəhbəri, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyevanın “Hüseyn Cavid yaradıcılığında türkçülük fikri”, professor Əhməd Bican Ərcilasunun “Hüseyn Cavidin ədəbi dili”, professor Yavuz Akpinarın “Türk ədəbiyyatı və Hüseyn Cavid”, professor Ərdoğan Uyğurun “Hüseyn Cavidin əsərləri və düşüncə dünyası”, filologiya üzrə fəlsəfə doktoru, kitabın tərtibçisi Azər Turanın “Hüseyn Cavid dramaturgiyasının özəl xüsusiyyətləri” mövzularında məruzələri dinlənilib.
Məruzələrdə dünya ədəbiyyatında özünəməxsus və təkrarolunmaz yer tutan Hüseyn Cavid yaradıcılığının ayrı-ayrı istiqamətləri təhlil olunub. Alimlər qeyd ediblər ki, Hüseyn Cavidin əsərlərinə maraq tükənməz olduğu kimi, onun yaradıcılıq yolu da sonsuzluğa doğru uzanır. Çünki Cavidin ədəbi məktəbindən dərs alanlar onun yaradıcılıq üslubundan bəhrələnərək dünya ədəbiyyatının zənginləşməsinə böyük töhfələr verirlər. Natiqlər bildiriblər ki, böyük ədibin dünya tarixinə görkəmli şəxsiyyətlər bəxş edən Naxçıvanda doğulması, Təbrizdə oxuması, təhsilini İstanbulda davam etdirərək elmin sirlərinə yiyələnməsi, Bakıda ədəbi yaradıcılığını uğurla davam etdirməsi onun fəlsəfi düşüncəsinin inkişafına əhəmiyyətli təsir göstərib. Dünyanın siyasi tarixini mükəmməl bilməsi, beynəlxalq prosesləri həssaslıqla izləməsi, humanitar elmləri dərindən mənimsəməsi Cavidin əsərlərinin mükəmməlliyində əsas amillər kimi dəyərləndirilib. Zamanın ən böyük hakim olduğunu diqqətə çatdıran alimlər qeyd ediblər ki, Hüseyn Cavid şəxsiyyəti mübarizə və qətiyyət rəmzidir. O, bəşəri dəyərlərin gerçəkləşdirilməsi arzusu ilə, eləcə də İranla Turan, türkçülük və müsəlmançılıq arasında sarsılmaz birliyin yaranması naminə tarixi çağırışlar edib. Çıxışlarda Cavidin öz əsərlərini türk dilində yazması, qüdrətli tarixi şəxsiyyətləri özünün ədəbi qəhrəmanı seçməsi onun zamanı qabaqlaması kimi qiymətləndirilib.
Alimlər əminliklə qeyd ediblər ki, böyük ədibin təqib və hədələrə məhəl qoymadan özünün həyat prinsipləri əsasında yaratdığı əsərlər tarixin bütün dövrlərində aktuallığını saxlayacaq, hər zaman sevilə-sevilə oxunaraq bəşəriyyətə fayda verəcək.
Məruzəçilər diqqətə çatdırıblar ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev və Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürk tarixi şəxsiyyətlərimizin, o cümlədən ədiblərimizin tanıtdırılması ilə bağlı böyük irs qoyublar. Hüseyn Cavidin nəşinin uzaq Sibirdən doğma Vətəni Azərbaycana gətirilməsi, Naxçıvanda dəfn olunması, məzarı üstündə möhtəşəm abidənin ucaldılması, adının əbədiləşdirilməsi, əsərlərinin kütləvi nəşri Ulu öndərimizin türk dünyası qarşısındakı tarixi xidmətlərindəndir.
Konfransdan sonra Ankara Universitetinin tələbələri Hüseyn Cavid şeirlərinə bəstələnmiş mahnılar ifa ediblər.
Sonda konfransda məruzələri ilə seçilən və tədbirin təşkilində fəal iştirak edən şəxslərə Azərbaycanın Türkiyədəki səfirliyinin və Ankara Universitetinin xatirə hədiyyələri təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
İqtisadiyyat
04 İyul 10:31
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30

