Manatın dollardan asılılığı azalacaq, inflyasiya isə 5-7 faizdən çox olmayacaq
18.02.2015 [11:29]
Mərkəzi Bankın yeni məzənnə siyasətinə keçidlə bağlı qərarı daxili bazarın qorunması, ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinin
artırılması, ixracdan asılılığa yol verilməməsi və əhalinin sosial müdafiəsinin təmin olunması məqsədilə atılan zəruri addımdır
Xəbər verildiyi kimi, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti 16 fevral 2015-ci il tarixindən etibarən ölkəmizdə yeni məzənnə siyasətinə keçidlə bağlı müvafiq qərar qəbul edib. Qərara əsasən, respublikamızda məzənnə siyasətində ikitərəfli məzənnənin hədəflənməsindən valyuta səbəti dəyərinin hədəflənməsinə keçilib.
Yeni məzənnə siyasətinin mahiyyəti nədən ibarətdir?
Məlum olduğu kimi, indiyədək ölkəmizdə milli valyutanın məzənnəsi ABŞ dollarına nisbətdə müəyyənləşdirilirdi. Yəni manatın məzənnəsinin düşməsi və yaxud qalxması yalnız dollardan asılı idi. Bundan sonra isə, manatın məzənnəsi müəyyənləşdirilərkən iki valyutanın - həm dolların, həm də avronun müvafiq məzənnəsi nəzərə alınacaq. Mərkəzi Bankdan verilən məlumatda bildirilir ki, yeni qərarla məzənnə siyasətinin ABŞ dolları və avronun daxil olduğu iki valyutalı səbət mexanizmi əsasında həyata keçirilməsi məqsədəuyğun hesab edilib. Bu zaman müəyyən olunmuş dəhliz çərçivəsində valyuta bazarında Mərkəzi Bankın iştirakı davam edəcək. Tətbiq edilən yeni əməliyyat çərçivəsi iqtisadi subyektlərin tədricən adaptasiyasına şərait yaratmaqla, eyni zamanda, məzənnə siyasətinin çevikliyini və makroiqtisadi effektivliyini təmin edəcək.
Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov “Financial Times” qəzetinə müsahibəsində yeni məzənnə siyasətinə aydınlıq gətirib. Mərkəzi Bankın sədri vurğulayıb ki, yeni məzənnə siyasəti ilə manatın dollardan asılılığı azaldılacaq. Onun sözlərinə görə, büdcə və pul-kredit siyasətinə düzəlişlər etmək həddən artıq vacibdir: “Biz hesab edirik ki, daha da çevik məzənnə siyasətinə keçməliyik”.
Beləliklə, yeni məzənnə siyasətinə əsasən, manatın ABŞ dollarına bağlılığı azaldılıb, eyni zamanda, milli valyutamızın avroya çarpaz bağlılığına son qoyulub. Belə ki, bundan sonra valyuta bazarında manatın məzənnəsində dollarla yanaşı, avronun da məzənnəsi nəzərə alınacaq. Bununla da valyuta bazarında tez-tez müşahidə edilən qeyri-müəyyənliyə son qoyulacaq. Məsələn, əvvəllər avronun dollara nisbətdə məzənnəsinin enib-qalxması çaşqınlıq yaradırdı. Dollara nəzərən bahalaşan avro manatla müqayisədə də bahalaşırdı və əksinə. Yeni məzənnə siyasəti ilə belə qeyri-müəyyənlik aradan qalxacaq və milli valyutamızın dollara olduğu kimi, Azərbaycan bazarında çox işlənən avroya da nisbətdə məzənnəsi konkretləşəcək. Bu, eyni zamanda ölkəmizdə avrozonada baş verən iqtisadi-maliyyə dəyişikliklərinə çevik və adekvat tədbirlər həyata keçirilməsinə imkan yaradacaq.
Qlobal maliyyə-iqtisadi məkanında baş verən proseslər Azərbaycanda da çevik və adekvat məzənnə siyasətinin həyata keçirilməsini zəruri edir
Son illərdə Azərbaycanda həyata keçirilən məqsədyönlü siyasət sayəsində dinamik iqtisadi inkişafa nail olunması paralel surətdə ölkəmizin beynəlxalq maliyyə-iqtisadi sisteminə inteqrasiyasını da sürətləndirib. Yəni, bu gün güclü iqtisadi potensiala malik olan Azərbaycan qapalı ölkə deyil, əksinə respublikamız milli maraqlardan çıxış edərək beynəlxalq birliyin subyektləri ilə siyasi əlaqələrini uğurla genişləndirdiyi kimi, iqtisadi-maliyyə münasibətlərini də daha geniş çərçivədə qurmaqda maraqlıdır. Artıq respublikamızın dünyanın müxtəlif iqtisadi-maliyyə zonaları, eləcə də, ayrı-ayrı ölkələri ilə sıx qarşılıqlı-faydalı iqtisadi münasibətləri qurulub. Beləliklə də, Azərbaycanda qlobal maliyyə-iqtisadi məkanında müşahidə edilən proseslərə uyğun adekvat addımların atılması ölkəmizin milli maraqlarının qorunması üşün çox vacibdir.
Məlumdur ki, hazırda qlobal maliyyə-iqtisadi məkanında heç də arzuolunmaz proseslər müşahidə edilir. Hələ bir neçə il bundan əvvəl başlamış maliyyə-iqtisadi böhranın fəsadları tam aradan qaldırılmamış dünya yeni kataklizmlərlə üzləşib. Belə ki, son vaxtlarda dünya birjalarında neftin qiymətinin əhəmiyyətli dərəcədə aşağı düşməsi ayrı-ayrı ölkələri ciddi sınaq qarşısında qoyub-iqtisadi dayanıqlılıq zəifləyib, mal və xidmətlərə istehlak aşağı düşüb ki, bütün bu kimi amillər həm də milli valyutaların bu və ya digər dərəcədə dəyərini itirməsi ilə nəticələnib.
Dünyada müşahidə edilən bu kimi mənfi tendensiyaların müqabilində Azərbaycan iqtisadiyyatının öz yüksək dayanıqlılığını saxlaması hər şeydən əvvəl ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasətin, zamanında reallaşdırılan prevantiv tədbirlərin nəticəsidir. Eyni zamanda, son vaxtlar dünya birjalarında neftin ucuzlaşmasının müqabilində bir sıra milli valyutaların dəyərdən düşməsi ölkəmizdə də çevik və adekvat məzənnə siyasəti tətbiq olunmasının zəruriliyini gündəmə gətirib. Respublikamızda reallaşdırılan səmərəli iqtisadi siyasətin nəticəsi olaraq manatın möhkəmlənməsi özlüyündə müsbət hal olsa da, Azərbaycanın da sıx iqtisadi əlaqələrdə olduğu ölkələrin milli valyutalarının dəyərini bu və ya digər formada itirməsinin fonunda ölkəmizin ixrac imkanlarına mənfi təsir göstərir. Bu isə öz növbəsində respublikamızda istehsal subyektlərinin aktivliyinin azalması ilə nəticələnə bilər.
Beləliklə, Azərbaycanın da sıx əlaqədə olduğu qlobal maliyyə-iqtisadi məkanda baş verən proseslər ölkəmizdə qabaqlayıcı tədbirlər görülməsini, o cümlədən də, çevik məzənnə siyasəti həyata keçirilməsini zəruri edir. Bu baxımdan Azərbaycan Mərkəzi Bankının 16 fevral 2015-ci il tarixdən etibarən ölkədə məzənnə siyasətini dəyişərək ikitərəfli məzənnənin hədəflənməsindən valyuta səbəti dəyərinin hədəflənməsinə keçid barədə qərar qəbul etməsi çox aktualdır. Mərkəzi Bankın haqqında bəhs olunan qərarı hazırda qlobal miqyasda baş verən maliyyə-iqtisadi kataklizmlərdən daxili bazarın qorunması, ölkə iqtisadiyyatının rəqabətqabiliyyətliliyinin aşağı düşməsinin qarşısının alınması, ixracdan asılılığa yol verilməməsi və bütün bunların məcmusu kimi, əhalinin sosial müdafiəsinin təmin olunması məqsədilə atılan zəruri addımdır.
Müəyyən maraqlı dairələrin yumşaq məzənnə siyasəti ilə bağlı ajiotaj yaratmaq cəhdləri əbəsdir
Qeyd edək ki, müəyyən maraqlı qüvvələr Mərkəzi Bankın yeni məzənnə siyasətinə keçidlə bağlı qərarı ətrafında süni ajiotaj yaratmağa çalışırlar. Həmin qüvvələr dezinformasiya xarakterli şayiələr yayaraq, guya, manatın kəskin devalvasiyaya uğrayacağını, yaxın perspektivdə inflyasiyanın ikirəqəmli səviyyəyə qalxacağını bildirirlər. Mərkəzi Bankın məlumatından da göründüyü kimi, bu qəbildən olan şayiələrin heç bir iqtisadi əsaslandırması yoxdur. Mərkəzi Bankın qərarında söhbət manatın devalvasiyasından yox, onun Azərbaycanın iqtisadi baxımdan sıx bağlı olduğu məkanda aktiv işlədilən dollara və avroya nisbətdə məzənnəsinin müəyyənləşdirilməsindən və yumşaq valyuta siyasətinə keçilməsindən gedir. Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov yuxarıda haqqında bəhs olunan müsahibəsində yeni məzənnə siyasətində əhalinin maraqlarının mütləq nəzərə alınacağını bildirib. “Məzənnə siyasətinin dollar və avronun daxil olduğu iki valyutalı səbət mexanizmi əsasında həyata keçirilməsi məqsədəuyğun hesab edilib. Burada avronun payı 20-30 faiz, inflyasiya ilə bağlı oriyentir isə 5-7 faiz təşkil edəcək”.
Göründüyü kimi, ölkəmizdə yeni məzənnə siyasətinin tətbiqinin sürətli inflyasiyaya yol açacağı ilə bağlı deyilənlərin heç bir əsası yoxdur. Yeni məzənnə siyasətinin tətbiqi zamanı manatın məzənnəsi, necə deyərlər, taleyin ümidinə buraxılmayacaq, yenə də Mərkəzi Bank tərəfindən tənzimlənəcək. Digər tərəfdən, Azərbaycan güclü iqtisadi resurslara malik olan ölkədir. Əhalinin mənafeyi baxımından ehtiyac yaranacağı təqdirdə bu resurslardan daxili valyuta bazarının tənzimlənməsində istifadə ediləcək.
Ekspertlər yeni məzənnə siyasətini təqdir edirlər
Qəzetimiz üçün müsahibə aldığımız ekspertlər də Azərbaycanda tətbiqinə başlanılan yeni məzənnə siyasətini təqdir etdiklərini bildirdilər. Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü Aydın Hüseynov diqqəti yeni məzənnə siyasətinin gündəmə gəlməsinin zəruriliyinə çəkərək deyib: “Məlumdur ki, Azərbaycan manatı indiyədək dünyanın ən sabit valyutalarından biri kimi öz dəyərini qoruyub saxlamaqdadır. Lakin son vaxtlar qlobal miqyasda baş verən məlum maliyyə-iqtisadi kataklizmlər, neftin qiymətinin aşağı düşməsi qonşu ölkələrə, hətta avrozonaya təsirsiz ötüşməyib, milli valyutaların dəyəri aşağı düşüb. Bizim də iqtisadiyyatımız həmin ölkələrlə sıx bağlıdır. Belə bir vəziyyətdə Azərbaycan manatının bahalaşması və yaxud məzənnəsinin dəyişməz qalması iqtisadi nöqteyi-nəzərdən məqbul sayıla bilməz. İndiki şəraitdə manatın məzənnəsinin tənzimlənən bir şəkildə yumşaldılması ölkənin iqtisadi maraqları, respublikamızın idxal-ixrac əməliyyatlarında müsbət saldoya nail olunması baxımından zəruridir. Yeri gəlmişkən, Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə ixracyönümlü iqtisadiyyat qurulmasını strateji hədəf kimi qarşıya qoyub və son illərdə bu istiqamətdə məqsədyönlü tədbirlər reallaşdırılmaqdadır. Artıq xarici ölkələrdə Azərbaycanın ixrac infrastrukturunun qurulması istiqamətində də bir sıra layihələrin yerinə yetirilməsinə başlanılıb. Ölkəmizdə məzənnə siyasəti də dövlət başçısının respublikanın ixrac potensialının artırılması ilə bağlı həyata keçirdiyi siyasətə uyğun qurulmalıdır. Yəni, elə şərait yaradılmalıdır ki, milli valyutamızın məzənnəsi iqtisadiyyatımızın rəqabətqabiliyyətliliyinin artmasına, Azərbaycan mallarının xarici bazarlara daha böyük həcmlərdə çıxarılmasına xidmət etsin. Zənnimcə, Mərkəzi Bankın yeni məzənnə siyasətində bütün bu amillər nəzərə alınıb. O ki qaldı manatın yaxın vaxtlarda kəskin devalvasiyaya uğramasına, bu barədə deyilənlərin heç bir əsası yoxdur. Azərbaycan iqtisadi-maliyyə baxımından öz daxili bazarını qlobal risklərdən qorumağa qadir olan ölkədir”.
İqtisadi ekspert, Azərbaycan Turizm İnstitutunun “Marketinq” kafedrasının müdiri Anar Eminov isə bizimlə söhbətində, ilk növbədə, diqqəti Mərkəzi Bankın aktiv əməliyyatlarının ölkədə gedən iqtisadi proseslərdə müsbət roluna çəkib. İqtisadçı ekspert vurğulayıb ki, Mərkəzi Bankın tətbiqinə başladığı yeni məzənnə siyasəti ölkədə iqtisadi subyektlərin tədricən adaptasiyasına şərait yaratmaqla, eyni zamanda, məzənnə siyasətinin çevikliyini və makroiqtisadi effektivliyini təmin edəcək. A.Eminov fikirlərinə davam edərək vurğulayıb: “Ölkədə yeni məzənnə siyasətinə keçid gözlənilən idi. Çünki dünya iqtisadiyyatında baş verən proseslər manatı ciddi təzyiq altında saxlayırdı. Manatın digər valyutalara nisbətən bahalaşması ölkənin iqtisadi maraqları baxımından məqbul deyildi. Dövlət başçısı İlham Əliyev manatın həddindən artıq bahalaşmasının yolverilməz olduğunu bir qədər bundan əvvəl keçirilən regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı çıxışında gündəmə gətirib. Mərkəzi Bankın yeni məzənnə siyasəti dövlət başçısının ölkənin iqtisadi maraqlarının qorunması ilə bağlı verdiyi tapşırıqların yerinə yetirilməsinə xidmət edir. Bankdan verilən məlumatda yaxın perspektivdə Azərbaycanda inflyasiyanın 7 faizdən artıq olmayacağı bildirilir ki, bu da qlobal miqyasda gedən proseslərin fonunda optimal həddir”.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
17 May 16:25
Dünya
17 May 15:38
Dünya
17 May 14:19
Sosial
17 May 13:25
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Gündəm
17 May 11:25
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Gündəm
17 May 10:35
Dünya
17 May 10:31
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58

