/ / Gürcüstan Cənub Qaz Dəhlizi layihəsinin vaxtında başa çatdırılması üçün üzərinə düşən bütün öhdəlikləri yerinə yetirəcək
Gürcüstan Cənub Qaz Dəhlizi layihəsinin vaxtında başa çatdırılması üçün üzərinə düşən bütün öhdəlikləri yerinə yetirəcək
18.02.2015 [11:27]
Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan Cənub Qaz Dəhlizi layihəsi təkcə Azərbaycan, Gürcüstan və Türkiyə üçün deyil bütün Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin olunması, eləcə də regional əməkdaşlığın inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.
Bu sözləri Cənub Qaz Dəhlizi layihəsində iştirak edən ölkələrin enerji nazirlərindən ibarət Məşvərət Şurasının ilk iclasında iştirak etmək üçün Bakıda səfərdə olmuş Gürcüstan Baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze AzərTAc-a müsahibəsində söyləyib.
Nazir deyib: “Bu layihə bizim hamımız üçün vacibdir və hesab edirəm ki, hər bir tərəfdaş ölkə bu layihəyə öz töhfəsini verməlidir. Gürcüstan tərəfi layihə üzrə işlərin tam və vaxtında başa çatdırılması üçün bütün lazımi tədbirləri görəcək. Gürcüstan tərəfi bu layihə üçün 800 milyon ABŞ dolları həcmində vəsait ayırıb”.
K.Kaladze ölkəsinin digər irimiqyaslı layihələrdə iştirakına da aydınlıq gətirib: “Rəsmi Tbilisi AQRİ, TAP, TANAP layihələrinin də əhəmiyyətini başa düşür və bu layihələrin reallaşmasında maraqlıdır. Gürcüstan həm bu layihələrə maliyyə vəsaitinin ayrılmasında, həm də təhlükəsizlik məsələlərində üzərinə düşən bütün vəzifələri və öhdəlikləri yerinə yetirəcək”.
Nazir qeyd edib ki, belə layihələrin daha səmərəli olması və vaxtında başa çatdırılması üçün ilk növbədə regionda təhlükəsizlik olmalıdır. Regionda sülhün və sabitliyin bərpa olunması üçün rəsmi Tbilisi əlindən gələni edir.
“Hesab edirəm ki, bu bütün tərəflər, eləcə də regionun digər dövlətləri üçün çox vacibdir”, - deyə Kaladze vurğulayıb.
Xəbər lenti
Hamısına baxSosial
28 May 15:25
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Gündəm
28 May 13:29
Gündəm
28 May 12:59
Gündəm
28 May 12:39
Dünya
28 May 12:19
Dünya
28 May 11:25
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33

