Nadanlıq xoşbəxtlik deyil, yaxud amerikalıları Ermənistanı dəstəkləməyə nə vadar edir?
24.01.2015 [09:26]
İngilis xəbərlər xidməti
Baş redaktor Klod Salhani - Trend:
Əhdi-cədidə əsasən, İsa xaçda çarmıxa çəkildiyi zaman həyatının son dəqiqələrinə Allahdan öz qatillərini bağışlamağı xahiş edir. O deyir: “Onları bağışla, çünki nə etdiklərini bilmirlər”.
Mən Azərbaycan rəhbərliyindən və xalqından Vaşinqtonun Yerevana göstərdiyi kor və küt dəstəkdə ifadə edilən nadanlıqları üçün amerikalıları bağışlamalarını xahiş etmək istərdim. Çünki dünyanın bu hissəsində iş ABŞ-ın xarici siyasətinə gəldikdə, onların nə etdiklərini anlamadıqları aydındır.
Bu, bir çox hallarda Azərbaycana ziyan vurur, çünki eynilə bu cür amerikalılar SSRİ-nin süqutu dövründə iki keçmiş sovet respublikası arasında gedən qısa, lakin amansız müharibədə Ermənistanın zorla işğal etdiyi Dağlıq Qarabağ və ona bitişik yeddi rayonla bağlı köhnə münaqişəyə dair nə etdiklərini anlamırlar.
Bütün beynəlxalq ictimaiyyətin bu ölkənin birmənalı şəkildə təcavüzkar olduğunu dediyi və Azərbaycanın, əlbəttə, bu təcavüzün qurbanı olması ilə razılaşdığı vaxt amerikalıları Ermənistanı dəstəkləməyə nə vadar edir? Həm də bütün bunlara və digərlərinə baxmayaraq, ABŞ əvvəlki kimi Yerevanı dəstəkləyir.
ABŞ dövlət katibi Con Kerrinin təxminən 25 il əvvəl Senatda çalışdığı dövrdə yazdığı məktuba nəzər salın. Azərbaycanlı jurnalist Elçin Mehdiyevin qeyd etdiyi kimi, bu məktub, ən azı Azərbaycan barəsində əvvəlcədən inanılmaz yanlış rəyin formalaşdırılmasını qismən izah edir.
Mehdiyev yazır: “ABŞ siyasi elitası arasında antiazərbaycan əhval-ruhiyyəsinin dərin kökləri var”.
O zaman Kerri “Ermənistan və Qarabağın iqtisadi blokadasını aradan qaldırmağın, Ermənistanla Dağlıq Qarabağ ermənilərinin birləşdirilməsinin lazım olduğu” vurğulanan və Azərbaycan hakimiyyətini “region sakinlərinin mədəni hüquqlarını pozmaqda” ittiham edən müraciət imzalamışdı.
Azərbaycanda ABŞ dövlət katibinin ağıllandığına çox az adam inanır.
Əgər ABŞ Azərbaycanla bağlı bu cür siyasət yürütməkdə davam edərsə, bu, Bakı ilə Vaşinqton arasındakı münasibətlərə nəinki ciddi ziyan vuracaq, eləcə də ABŞ-ın maraqlarına mənfi təsir göstərəcək.
ABŞ-ın bu erməniyönlü siyasəti necə və nə üçün Vaşinqtona ziyan vuracaq? Vaşinqton Kapitolinin dəhlizlərində “avara-avara dolaşan” və burada İsrailyönümlü AİKOS-dan (İctimai əlaqələr üzrə Amerika-İsrail Komitəsi) daha uğurlu taktika əxz edən çox güclü ermənipərəst lobbinin təsiri altına düşməyi özünə rəva görüb. Ermənistan piar-oyunda Azərbaycanı qabaqlayır, Şimali Amerikada və Fransada kifayət qədər iri və nüfuzlu erməni diasporu var. Bu, ABŞ-a böyük vaxt itkisi bahasına başa gələcək səhvdir.
Azərbaycan Bakıda istənilən şəxsdən ölkənin coğrafi baxımdan harada yerləşdiyini soruşduqda, şübhəsiz ki, “Avropada” cavabını eşidəcəyiniz qədər Qərbyönümlüdür.
Bu il Bakıda ilk Avropa Oyunları keçiriləcək. Bu, bir daha ölkənin harada yerləşdiyini xatırladır. Bakı İraqa və Əfqanıstana qoşun göndərməklə terrorizmlə mübarizədə ABŞ-ı dəstəkləyir. Əhalisinin əksəriyyətini şiə müsəlmanların təşkil etdiyi Azərbaycan dünyəvi ölkədir, burada rəsmi olmasa da, Milad bayramı qeyd edilir, hər tərəfdə bəzənmiş küknar ağacları görmək mümkündür.
Eyni zamanda, Qərbin əldə edə biləcəyi istənilən müttəfiqə ehtiyacı olanda, xüsusilə Türkiyə tədricən Şərqə tərəf çəkiləndə - Bakını itirmək böyük səhv olardı. Və... mən Ermənistanın regionda Moskvanın ən böyük müttəfiqi olduğu barədə danışdımmı?
Xəbər lenti
Hamısına baxDünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
İqtisadiyyat
03 İyul 18:28
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
YAP xəbərləri
02 İyul 14:24

