Bəzi jurnalistlərin xarici kəşfiyyat orqanları ilə əlaqələri təsdiqlənir
07.01.2015 [09:44]
“Azadlıq” radiosunun keçmiş rəhbəri MKİ-nin bəzi media nümayəndələrini “verbovka” etdiyini bildirib
İnformasiya əsri sayılan XXI əsrdə bir sıra imperialist qüvvələr, o cümlədən, milli dövlətçilik ənənəsi olan və müstəqil siyasət yürüdən dövlətlərə qarşı qurulan mərkəzlər informasiyadan təzyiq vasitəsi kimi istifadə etməkdədirlər. Özünün imperialist maraqlarını məhz bu istiqamətdə reallaşdıran adıçəkilən mərkəzlər və qüvvələr bunu böyük transmilli şirkətlər vasitəsilə həyata keçirməkdədirlər. Məsələn, dünyanın “ən aparıcı” informasiya istehsalçısı kimi tanıtdırılan və təbliğ olunan bir sıra şirkətlərin və qurumların fərqli maraqların ifadəçisi qismində çıxış etməsi heç kimə sirr deyil. Zaman-zaman bu şirkətlərin və həmin imperialist maraqları qoruyan mərkəzlərin əməkdaşları da öz “sirlərini” faş etməklə həqiqətin üzərinə müəyyən mənada işıq salmış olurlar.
Məsələn, bir müddət öncə yəhudi əsilli amerikalı jurnalist Maayan Yaffi “ABŞ Konqresi vergi ödəyicilərinin pullarının Birləşmiş Ştatların müttəfiqlərinə hücum üçün istifadə edilməsini dayandırmalıdır” tələbi ilə çıxış etmişdi. M.Yaffi bildirmişdi ki, “Azadlıq” və “Amerikanın səsi” radiolarının saxlanılması hər il ABŞ büdcəsinə 750 milyon dollara başa gəlir: “Buna baxmayaraq onlar obyektiv xəbər və təhlillər vermək, daxili və regional məsələlər barədə müzakirələr təşkil etmək, demokratiya və azad bazar nailiyyətləri haqda bəhs etmək əvəzinə bu dəyərləri bölüşən müttəfiq dövlətlərə hücum edirlər”.
Bu dəfə isə maraqlı bəyanatla başqa bir amerikalı - “Azadlıq” radiosunun keçmiş prezidenti Ceffri Qodmin çıxış edib. Belə ki, o, “The Boston Globe” qəzetində dərc edilmiş məqaləsində ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsini (MKİ) günahlandırıb. “Mərkəzi Kəşfiyyat İdarəsi jurnalistlərin ələ alınmasına qadağa qoyduğunu bəyan etməlidir” başlıqlı məqaləsində C.Qodmin bildirir ki, “Azadlıq” radiosu 1949-cu ildə Şərqi Avropa və Sovet İttifaqındakı kommunist rejimlərinin informasiya monopoliyasına son qoymaq üçün yaradılmışdı. Və radionun maliyyələşdirilməsi MKİ-dən gizli həyata keçirilirdi. Bu gizli maliyyələşdirmə 1967-ci ildə jurnalist araşdırmaları nəticəsində üzə çıxdı. 1971-ci ildə isə bu maliyyələşdirmə dayandı. 1972-ci ildə Konqres “Azadlıq” radiosunun müstəqil media şirkəti kimi açıq şəkildə maliyyələşdirilməsinə səs verdi: “Bu gün özəl KİV sektorunda “Azadlıq” radiosunu ABŞ hökumətinin aləti hesab etmək tendensiyası var. Bu, ironiyadır. Çünki “Azadlıq” radiosu hökumətdən məsafə saxlamaq prinsipinə sadiqdir. Ancaq bu, daha geniş sual meydana çıxarır. Mərkəzi Kəşfiyyat İdarəsi jurnalistləri “verbovka” etməlidirmi?”
C.Qodmin yazır ki, Amerikanın milli təhlükəsizlik maraqları naminə jurnalistlərin və dövlət strukturlarının əməkdaşlığı praktikası var. Jurnalistlərin “verbovka” olunması və kəşfiyyatçıların jurnalist pərdəsi altında xarici ölkələrdə yerləşdirilməsi belə görünür ki, 1977-ci ildə qadağan olunub. Ancaq zahiri görünüş aldadıcı ola bilər. Müəllif yazır ki, bundan 20 il sonra - 1996-cı ildə Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Deuça idarənin jurnalistlərdən casus kimi istifadə etmək və casusları jurnalist adı altında yerləşdirmək hüququnu özündə saxladığı barədə məruzə etdilər. O vaxtdan bu yana məsələ açıq qalır: “MKİ, nəhayət, jurnalistlərin ələ alınmasının və agentlərin jurnalist adı altında yerləşdirilməsinin qadağan edilməsini elan etməlidir. Bu praktika bitərəf jurnalistikanı təhlükəli edir”.
Beləliklə, göründüyü kimi, bir sıra xarici kəşfiyyat idarələrinin, ən əsası isə böyük dövlətlərin təhlükəsizlik məsələləri ilə məşğul olan strukturlarının maraqları olan ölkələrdə jurnalistlərdən öz mənafeləri üçün istifadə etdikləri elə həmin transmilli şirkətlərin rəhbərləri tərəfindən etiraf edilir. Bu isə onu deməyə əsas verir ki, məhz adıçəkilən maraqlı mərkəzlər müstəqil siyasət yürüdən milli dövlətlərə təzyiq vasitəsi kimi “beşinci kolon” yaradan zaman adını “jurnalist” qoyan bəzi xəyanətkarlardan da istifadə edir. Bunu isə biz demirik, “Azadlıq” radiosunun keçmiş rəhbəri deyir...
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30

