Azərbaycan gəncliyi öz fəaliyyətində Ümummilli lider Heydər Əliyevin ideyalarını rəhbər tutur
12.12.2014 [10:05]
Məlum olduğu kimi, dekabrın 12-si Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım günüdür. Xalqımız Ulu öndərin əziz xatirəsini minnətdarlıqla yad edir. Ümummilli lider Heydər Əliyevin zəngin siyasi irsini və ideyalarını rəhbər tutan Azərbaycan gəncliyi də Ulu öndəri şükranlıqla xatırlayır.
YAP Gənclər Birliyinin sədri Seymur Orucov bildirib ki, Ulu öndər Heydər Əliyev cismən aramızda olmasa da, ölkəmizi parlaq gələcəyə aparan bəşəri ideyaları ilə xalqımızın qəlbində əbədi yaşayır: “Bu gün Azərbaycanın dinamik sosial-iqtisadi inkişafı, ölkəmizin dünya birliyində öz yerini möhkəmləndirməsi də məhz Heydər Əliyevin zəngin siyasi irsinin davam etdirilməsinin, ideyalarının yaşamasının, Ümummilli liderin siyasi kursunun uğurla davam etdirilməsinin nəticəsidir. Ulu öndərin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq məfkurəsinin dərindən öyrənilməsi, geniş təbliğ olunması, bütövlükdə, Azərbaycan dövlətçiliyinin, ictimai-siyasi və mədəni həyatımızın inkişafı deməkdir”.
YAP GB-nin ofis rəhbəri Əli Pənahov isə düşünür ki, müasir Azərbaycan Heydər Əliyevin ideyaları, Onun əsasını qoyduğu milli məfkurənin əsas sütunları üzərində inkişaf edərək öz intibah dövrünü yaşamaqdadır: “Ulu öndər Heydər Əliyev müstəqil dövlətçiliyimizin banisidir. Azərbaycanın öz müstəqilliyini qoruyaraq inkişafı və sabitlik yoluna çıxması Heydər Əliyev şəxsiyyətinin böyüklüyü və uzaqgörənliyinin nəticəsi idi. Bu gün bu uzaqgörən siyasət uğurla davam etdirilməkdədir. Ulu öndərin ideyaları əbədidir. Bu ideyaları rəhbər tutan Azərbaycan gəncliyi Ümummilli liderin zəngin siyasi irsindən faydalanaraq milli maraqlarımız ətrafında sıx birləşib”.
Yeni Azərbaycan Partiyası Gənclər Birliyi ofisinin beynəlxalq əlaqələr üzrə koordinatoru Aytən Hüseynova deyib ki, Ulu öndər Heydər Əliyev haqda bir gənc olaraq fikir söyləmək həm çətin, həm də şərəflidir: “Ümummilli lider həmişə gənclərə böyük etimad göstərib. Azərbaycanda uğurla aparılan gənclər siyasətinin əsasının qoyulması Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün də Azərbaycan gəncliyi dövlət tərəfindən göstərilən o qayğını görür. Məhz Ümummilli liderimizin layiqli davamçısı olan Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla təsdiq edilmiş gənclər siyasəti ilə bağlı dövlət proqramları, həyata keçirilən uğurlu islahatlar buna bariz nümunədir. Gəncliyin inkişafı dövlətin diqqət mərkəzindədir. Buna görə biz - gənclər Ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edir, Onun əsasını qoyduğu azərbaycançılıq ideologiyasına, müstəqil milli dövlətimizə daim sadiq qalacağımızı ifadə edirik”.
YAP GB-nin koordinatoru Aliyə Ağrılı isə bu qənaətdədir ki, “Azərbaycan Ümummilli lider Heydər Əliyevin şah əsəridir” deyimi heç vaxt öz dəyərini və aktuallığını itirməyəcəkdir: “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusu - banisidir. Ümummilli lider Azərbaycanı sabitlik və əməkdaşlıq məkanına çevirərək beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanıdıb. Azərbaycanın daxili və xarici siyasətdə əldə etdiyi çoxsaylı nailiyyətlər Ulu öndərin həyata keçirdiyi uzaqgörən siyasət sayəsində mümkün olub”.
YAP Gənclər Birliyinin təşkilati işlər üzrə koordinatoru Elmar Məmmədov bildirib ki, Azərbaycanın müstəqilliyi Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır: “Ulu öndər Heydər Əliyev parçalanmaq təhlükəsi ilə qarşı-qarşıya olan Azərbaycanı məhv olmaqdan xilas edərək xalqımızın xilaskarı rolunu oynamış əbədiyaşar liderdir. Onun uzaqgörən, çoxşaxəli və uğurlu fəaliyyəti Azərbaycanın qarşısında yeni inkişaf üfüqləri açdı. Bu gün hər bir sağlam düşüncəli Azərbaycan gənci öz ictimai-siyasi fəaliyyətində Ümummilli liderin ideyalarını rəhbər tutur”.
“Ümummilli lider Heydər Əliyevin keçdiyi həyat yolu hər bir azərbaycanlı üçün örnəkdir. Fəaliyyəti müddətində daim dövlətimizin müstəqilliyi və inkişafı, xalqımızın rifahı naminə çalışan Ümummilli lider Heydər Əliyevin yorulmaz əməyinin nəticəsidir ki, müstəqil Azərbaycan dinamik inkişaf yolunda əmin addımlarla irəliləyir. Bu gün Ümummilli lider Heydər Əliyev cismən aramızda olmasa da, Onun ideyaları yaşayır və bu ideyalar daima müstəqil Azərbaycanın inkişafına, sağlam düşüncəli gəncliyin yetişməsinə mühüm töhfələr verəcək”. Bu sözləri isə YAP GB-nin regionlarla iş üzrə koordinatoru Əli Qənbərli deyib.
YAP Gənclər Birliyinin koordinatoru Fərid Nəsibovun fikrincə, tarixi şəxsiyyət, böyük ideoloq, dahi lider Heydər Əliyev müasir Azərbaycanın qurucusu - banisidir: “Ulu öndərin həyat və fəaliyyəti, zəngin siyasi irsi bugünkü və gələcək nəsillərə örnəkdir. Azərbaycan xalqı Heydər Əliyevin rəhbərliyi ilə müstəqilliyini dönməz və əbədi etdi. Bu gün Heydər Əliyevin siyasi kursu uğurla davam etdirilir”.
YAP Gənclər Birliyinin üzvü Vüsal Əliyevin sözlərinə görə, Azərbaycan xalqı xoşbəxtdir ki, ona Heydər Əliyev kimi müdrik siyasi lider rəhbərlik edib. “Məhz Ümummilli liderin uzaqgörən fəaliyyəti nəticəsində Azərbaycan dönməz müstəqilliyə, inkişafa, tərəqqiyə nail oldu. Ulu öndər bütün həyatını doğma xalqına sərf edən, müstəqil milli dövlətçiliyin əsasını qoyan dahi siyasi lider idi. Xalqımız Ulu öndərin xatirəsini əziz tutur və hər il yad edir”, - deyə o bildirib.
YAP Gənclər Birliyinin koordinatoru Şəfəq Əhmədovanın sözlərinə görə, Heydər Əliyev fenomeni bütün dövrlər və nəsillər üçün əbədi olacaq, çünki dahi şəxsiyyət Azərbaycanın tarixində, dövlət quruculuğunun möhkəmlənməsində müstəsna iz qoyub.
YAP Gənclər Birliyinin üzvü Xalid Ağayev qeyd edib ki, Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi qalacaqdır: “Xalqımızın taleyində, iqtisadi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda Onun qədər misilsiz xidmətlər göstərən ikinci bir dövlət xadimi tapmaq mümkün deyil. Bu mənada, O, xalqımızın milli iftixarı, qürur duyduğumuz böyük azərbaycanlıdır. Ulu öndər Heydər Əliyev yalnız Azərbaycan səviyyəsində deyil, keçmiş İttifaq miqyasında, hətta dünya miqyasında nüfuzlu dövlət xadimi idi”.
“Azərbaycan dövlətini qurmaq missiyasına Ümummilli lider Heydər Əliyev “Öz ömrümün qalan hissəsini də xalqıma bağışlayıram” söyləməklə başlamışdı. Ulu öndər Heydər Əliyev Azərbaycan xalqı qarşısında misilsiz xidmət göstərərək müstəqil dövlətimizi inkişaf yoluna çıxardı. Azərbaycan xalqı Ümummilli lider Heydər Əliyevi minnətdarlıqla yad edir”. Bunu isə YAP Gənclər Birliyinin üzvü Nigar Səfərova bildirib.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
03 İyul 18:28
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
YAP xəbərləri
02 İyul 14:24
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57

