Bakıda Beynəlxalq İnsan Hüquqları Günü qeyd olunub
11.12.2014 [10:18]
Dekabrın 10-da Bakıda “Əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsində bərabər imkanlar” mövzusunda konfrans keçirilib.
AzərTAc xəbər verir ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və BMT-nin Uşaq Fondunun (UNICEF) təşkilatçılığı ilə keçirilən konfrans 10 Dekabr - Beynəlxalq İnsan Hüquqları Gününə, BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında Konvensiyasının 35-ci və Uşaq Hüquqları Konvensiyasının 25-ci ildönümünə həsr olunub.
Tədbirdə çıxış edən ombudsman Elmira Süleymanova BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin insan hüquqları sahəsində sonralar qəbul edilən digər sənədlərin əsasını təşkil etdiyini diqqətə çatdırıb. Qeyd edib ki, Bəyannamənin qəbul edilməsi insan hüquqlarının müdafiəsi ideyasının, əhalinin müxtəlif qruplarının hüquqlarının bərabər imkanlar əsasında beynəlxalq səviyyədə tanınmasına, insan hüquqlarının beynəlmiləlləşməsinə və təşviqinə imkan verib. Bəyannamənin prinsipləri bir çox beynəlxalq konvensiyalarda, həmçinin Azərbaycan Respublikasının Konstitusiyasında və milli qanunvericiliyimizdə öz əksini tapıb.
Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması və təmin olunması istiqamətində mühüm addımlar atıldığını deyən müvəkkil bildirib ki, Prezident İlham Əliyevin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması sahəsində Milli Fəaliyyət Proqramı” təsdiq olunub. Ötən üç il müddətində Milli Fəaliyyət Proqramında nəzərdə tutulmuş bir çox məsələlər artıq icra edilib. İnsan hüquqları sahəsində üç strateji əhəmiyyət kəsb edən dövlət sənədinin təsdiq edilməsi ölkədə əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsinə mühüm töhfələr verib.
Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib ki, BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsi dünyada ən çox istinad olunan sənəddir və bu da onun ümumbəşəri mahiyyətini, əhatə dairəsinin genişliyini bir daha təsdiq edir.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Antonius Broek təşkilatın baş katibi Pan Gi Munun Beynəlxalq İnsan Hüquqları Günü ilə bağlı müraciətini diqqətə çatdırıb. O, təmsil etdiyi beynəlxalq qurumun yarandığı gündən insan hüquqları dəyərlərinin qlobal müdafiəsini həyata keçirdiyini qeyd edib. Bildirilib ki, insan hüquqlarının təşviqi BMT-nin əsas məqsədlərindən biridir. Təşkilat Azərbaycan dövləti ilə insan hüquqlarının qorunmasının bütün istiqamətləri üzrə əməkdaşlığını daha da genişləndirməyə hazırdır. A.Broek Azərbaycanla BMT arasında 2016-2020-ci illəri əhatə edəcək yeni tərəfdaşlıq çərçivəsində iş aparıldığını bildirib.
UNICEF-in ölkəmizdəki nümayəndəliyinin rəhbəri Andro Şilakadze Uşaq Hüquqları Konvensiyasının 25 illiyinin bütün dünyada qeyd edildiyini diqqətə çatdırıb. O, Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması sahəsində görülən işləri yüksək qiymətləndirib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova ölkəmizdə qadın və uşaq hüquqlarının təmin edilməsi məsələsinə böyük önəm verildiyini diqqətə çatdırıb.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sahəsində dövlət siyasətinin əsas istiqamətlərindən bəhs edib.
Konfransda insan hüquqlarının müdafiəsi sahəsində dövlət qurumları ilə vətəndaş cəmiyyətinin əməkdaşlığından, uşaq hüquqlarının təşviqində QHT-lərin rolundan danışılıb.
Sonda müvəkkilin ənənəvi olaraq keçirdiyi “Hüquqlar hamı üçün!” mövzusunda jurnalist yazıları, “Mən və hüquqlarım” mövzusunda uşaq rəsm müsabiqələrinin qalibləri mükafatlandırılıblar.
Xəbər lenti
Hamısına baxSiyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Sosial
30 İyun 12:41
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
İqtisadiyyat
30 İyun 11:58
İqtisadiyyat
30 İyun 11:57
İqtisadiyyat
30 İyun 11:55
İqtisadiyyat
30 İyun 11:54
Dünya
30 İyun 11:53
Dünya
30 İyun 11:51
Gündəm
30 İyun 11:45
Gündəm
30 İyun 11:17
Siyasət
30 İyun 11:05
Elm
30 İyun 10:59
Sosial
30 İyun 10:58
İdman
30 İyun 10:53
Siyasət
30 İyun 10:52
Gündəm
30 İyun 10:32
Gündəm
30 İyun 10:29
Ədəbiyyat
30 İyun 09:55
Xəbər lenti
30 İyun 09:55
Analitik
30 İyun 09:32
Analitik
30 İyun 09:16
Sosial
30 İyun 08:54
Sosial
30 İyun 08:30
İqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

