Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / ATƏT-in Bakıdakı layihə əlaqələndiricisinə Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti barədə məlumat verilib

ATƏT-in Bakıdakı layihə əlaqələndiricisinə Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti barədə məlumat verilib

06.12.2014 [12:16]

Dekabrın 5-də Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov ATƏT-in Bakıdakı layihə əlaqələndiricisi Aleksis Şahtaxtinski ilə görüşüb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, Kəmaləddin Heydərov ölkəmizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər barədə ətraflı məlumat verib. Nazir FHN-in ATƏT ilə əməkdaşlığı çərçivəsində fövqəladə halların idarə olunması, həmçinin ətraf mühit və təhlükəsizlik üzrə layihələrin perspektivlərindən bəhs edib.
Görüşə görə təşəkkürünü bildirən Aleksis Şahtaxtinski vurğulayıb ki, Azərbaycanda fəaliyyəti dövründə ATƏT-in təşəbbüsü ilə həyata keçirilən layihələr üzrə nazirliklə uğurlu əməkdaşlığın davam etdirilməsi üçün səylərini əsirgəməyəcək.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.

Paylaş:
Baxılıb: 668 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

Analitik

Növbə kimindir?

06 İyun 10:35

Analitik

1 gün qaldı...

06 İyun 10:12

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

06 İyun 08:32  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30