Bakıda Avropa Tələbələr Birliyi idarə heyətinin 67-ci iclası keçirilir
03.12.2014 [09:54]
Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ), Azərbaycan Tələbələr Birliyinin (ATB) birgə təşkilatçılığı ilə noyabrın 30-dan dekabrın 6-dək Bakıda Avropa Tələbələr Birliyi (ESU) idarə heyətinin 67-ci iclası keçirilir.
AzərTAc xəbər verir ki, dekabrın 2-də dövlət qurumlarının, QHT-lərin nümayəndələrinin, azərbaycanlı və avropalı tələbələrin iştirakı ilə iclasın açılışı olub.
Gənclər və idman naziri Azad Rəhimov çıxış edərək bildirib ki, iclasda Avropanın 30-dan çox ölkəsinin 120-dən artıq təmsilçisi iştirak edir. Nazir deyib ki, Azərbaycanın müstəqillik illərində əldə etdiyi uğurlarda gənclərin də rolu böyükdür. Ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan danışan Azad Rəhimov gənclər siyasətinin prioritet istiqamətlərdən biri olduğunu, müvafiq dövlət proqramlarının qəbul edildiyini vurğulayıb. Nazir Azərbaycanda çoxlu sayda gənclər təşkilatlarının fəaliyyət göstərdiyini diqqətə çatdırıb.
Cəmiyyətdə gənclərin mühüm rol oynadıqlarını bildirən A.Rəhimov tələbələrimizin dövlət hesabına xaricdəki yüksək səviyyəli universitetlərdə təhsil aldıqlarını söyləyib. Nazir bu yaxınlada Bakıda Gənclər Siyasəti üzrə I Qlobal Forumun keçirildiyini xatırladıb. O, həmçinin qeyd edib ki, 5 il əvvəl yaranan ATGTİ Avropa Tələbələr Birliyinin fəal üzvlərindəndir.
Azad Rəhimov gənclərin ölkənin idman həyatında yaxından iştirak etdiklərini söyləyib. Nazir deyib: “Azərbaycan gələn il “Bakı-2015” ilk Avropa Oyunlarına ev sahibliyi edəcək. Biz gənclər tərəfindən irəli sürülən layihələri dəstəkləyirik. Avropa Tələbələr Birliyinin iclası gənclərin bir yerə toplaşmaları baxımından Avropa ölkələri və Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir. İclasda maraqlı müzakirələr aparılacaq, görüşlər keçiriləcək”.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Tahir Süleymanov ölkəmizin son illər inkişaf tempinə görə dünyada ən qabaqcıl dövlətlər sırasında olmasından, 10 il ərzində Azərbaycan iqtisadiyyatının sürətlə artmasından danışıb. Qeyd edib ki, iqtisadiyyat sahəsində əldə edilən uğurlar gənclərlə bağlı müxtəlif layihələrin həyata keçirilməsinə də imkan yaradıb.
Tahir Süleymanov deyib ki, bu uğurların təməlində ictimai-siyasi sabitlik və dövlətimizin həyata keçirdiyi köklü islahatlar dayanır.
Azərbaycanın mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini vurğulayan şöbə müdirinin müavini Avropa Tələbələr Birliyinin Bakıda keçirilən bu toplantısının önəmini qeyd edib.
T.Süleymanov qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də məlumat verib. Bu münaqişə nəticəsində torpaqlarımızın 20 faizinin işğal edildiyini, 1 milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşərək hüquqlarının kobud şəkildə pozulduğunu, onların arasında gənclərin də olduğunu diqqətə çatdırıb.
Tədbirdə iştirak edən avropalı tələbələrə Azərbaycanda elm və təhsilin inkişafına göstərilən diqqət və qayğı barədə danışan T.Süleymanov qeyd edib ki, məhz bunun nəticəsində son illər ölkəmizdə bu sahədə mühüm nailiyyətlər əldə edib.
Avropa Tələbələr Birliyinin sədri xanım Elizabet Gerken 2012-ci ildən ATGTİ və Azərbaycan Tələbələr Birliyi ilə əməkdaşlıq etdiyini deyib. Diqqətə çatdırıb ki, bu iclas həm də gənclərin Azərbaycan haqqında məlumat əldə etmələrinə şərait yaradacaq. O, Azərbaycan Tələbələr Birliyinin və ATGTİ-nin Avropa Tələbələr Birliyinin iclaslarında fəal iştirak etdiklərini vurğulayıb.
Azərbaycan Tələbələr Birliyinin sədri Elvin Aslanov müxtəlif ölkələrdən gəlmiş tələbələrin mövqeyinin ortaya qoyulması, qərarların qəbulu baxımından bu iclasın önəmini qeyd edib.
ATGTİ-nin sədri Şahin İsmayılov qarşılıqlı təcrübə mübadiləsinin aparılması, müxtəlif layihələrin həyata keçirilməsi və gələcəkdə birgə fəaliyyətin qurulmasında Bakı toplantısının mühüm rol oynayacağını diqqətə çatdırıb.
Sonra avropalı qonaqlara Azərbaycan dövlətinin gənclər və təhsil siyasəti, tələbə QHT-lərinin fəaliyyəti haqqında məlumat verilib.
İclasda ölkəmizdə artıq formalaşmış tələbə hərəkatının inkişafı, tələbə haqları, tələbələrin mobilliyi və s. kimi mövzular müzakirə olunacaq, müvafiq qərarlar qəbul ediləcək.
Xatırladaq ki, Azərbaycan Tələbələr Birliyi 2009-cu ildən, ATGTİ isə 2012-ci ildən Avropa Tələbələr Birliyində təmsil olunur.
İdarə heyətinin iclaslarının keçirilməsində məqsəd ATB-yə tamhüquqlu üzv olan təşkilatları təmsil etdikləri ölkələrdə təhsil sahəsində gedən proseslər haqqında məlumatlandırmaq və təcrübə mübadiləsi aparmaqdır.
Xəbər lenti
Hamısına baxMüsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26

