Azərbaycanın Ermənistanla müqayisəsi doğru deyil
20.11.2014 [10:07]
Siyavuş Novruzov: Bu gün Azərbaycan Avropa İttifaqına daxil olan ölkələrlə, ən pis halda isə Qazaxıstan və Rusiya ilə müqayisə oluna bilər
“Azərbaycanın Ermənistanla müqayisəsi doğru deyil. Bu gün Azərbaycan Avropa İttifaqına daxil olan ölkələrlə, ən pis halda isə Qazaxıstan və Rusiya ilə müqayisə oluna bilər. Azərbaycanın Ermənistanla müqayisəsi bu gün üçün uğursuz addımdır”. Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Milli Məclisin dünən keçirilən plenar iclasında 2015-ci ilin dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı deyib.
S.Novruzov bildirib ki, ölkəmizin müdafiə xərcləri üçün ayrılan vəsait Ermənistanın ümumi büdcəsindən artıqdır. Onun sözlərinə görə, ölkəmizin ərzaq təhlükəsizliyi də vacib məsələdir: “Bu gün Rusiyanın timsalında görürük ki, ərzaq təhlükəsizliyi ölkə üçün nə dərəcədə vacibdir. Buna görə də, Azərbaycanda kənd təsərrüfatının inkişafı üçün mütləq şəkildə kreditlərin verilməsində müəyyən güzəştlər tətbiq edilməlidir. Fermerlər üçün uzunmüddətli kreditlərin verilməsi daha məqsədəuyğundur. Kimsə özünə şəxsi avtomobil almaq istəyirsə, ona verilən kreditlə əkin əkmək istəyən vətəndaşa verilən kredit fərqlənməlidir. Əkinçi də taxıl əkir, bəzən quraqlıq səbəbindən məhsul olmur, onda krediti də ödəyə bilmir”.
İpoteka kreditlərindən danışan YAP İcra katibinin müavini qeyd edib ki, bu gün hər hansı bir nazirliyin idarə rəisinin, dövlət qulluqçusunun əməkhaqları imkan vermir ki, ipoteka krediti götürsün. Belə olan halda, müəllim, həkim, gənc mütəxəssis necə ala bilər? “Banklar vətəndaşa 100 min manat pul verirsə, bunun müqabilində 200 minlik girov qoyulmasını tələb edir. Görünən odur ki, ipoteka krediti imkanlı adamların istifadə etməsinə nəzərdə tutulub ki, onlar bununla kəm-kəsirlərini tamamlasınlar. Halbuki, Prezident İlham Əliyevin səsləndirdiyi şüar odur ki, görülən işlərin hamısı vətəndaşlar üçün olmalıdır”, - deyə millət vəkili vurğulayıb.
S.Novruzov ölkəmizdə təhsilin səviyyəsi barədə də fikirlərini bildirib: “Azərbaycanda təhsil sistemində müxtəlif üsullar tətbiq olunsa da, təhsil alanların faizi, ali məktəblərə qəbul olunmaq üçün ballar ilbəil azalır”.
Onun sözlərinə görə, Azərbaycanda müəllimlərin sayı lazım olandan artıqdır: “Məhz bu sahədə islahatlara ehtiyac var. Müəllimlərlə bağlı attestasiya aparılmalı, bundan sonra əməkhaqqı artırılmalıdır”.
S.Novruzov orta məktəblərdə hərbi dərslərin də bərpasının vacib olduğunu söyləyib: “Məktəblərdə hərbi dərslər bərpa olunmalı, fiziki hazırlıq dərslərinə ciddi yanaşılmalı, bununla bağlı imtahan olmalıdır. Gedin, orta məktəbin qarşısında şagirdlərə baxın, görün, bizim uşaqların fiziki hazırlığı hansı səviyyədədir? Bu gün məktəblərdə hərbi və idman dərsləri bərpa olunmalıdır. Biz kişi yetişdiririk, bizə əsgər lazımdır. Sabah “İŞİD” gələndə bəstəkar axtarmayacağıq, onun qarşısına əsgər çıxmalıdır”.
Millət vəkili dərsliklərin həddindən artıq ağır olduğunu və bunun uşaqlara problem yaratdığını da qeyd edib: “Kitablar çox qalın olur, üz qabıqları ağır materialdan hazırlanır. Kitablar qalın olsa da, içi boşdur. Dərs sisteminə də baxmaq lazımdır. Normal dərs verib, normal insan yetişdirmək lazımdır”.
S.Novruzov, həmçinin, siyasi partiyalar üçün də büdcədən maliyyə vəsaitinin artırılmasını təklif edib.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31

