/ / Təmas xəttindəki gərginlik Ermənistanın işğalçı siyasətinin və danışıqlar prosesini yenidən pozmaq cəhdinin məntiqi nəticəsidir
Təmas xəttindəki gərginlik Ermənistanın işğalçı siyasətinin və danışıqlar prosesini yenidən pozmaq cəhdinin məntiqi nəticəsidir
15.11.2014 [11:30]
Bəzi beynəlxalq təşkilatların, o cümlədən ATƏT-in Minsk qrupunun ikili standartlara əsaslanan ədalətsiz münasibəti nəticəsində Ermənistan qeyri-konstruktiv mövqeyini və təxribatları davam etdirir
Sirr deyil ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi regional miqyaslı, qlobal xarakterli destruktiv problemdir. Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi nəticəsində yaranmış münaqişə ölkəmizin ərazi bütövlüyünə qarşı törədilmiş qəsdin və təcavüzkar siyasətin əyani nümunəsi olmaqla yanaşı, həm də regional və qlobal təhlükəsizlik sistemi üçün ciddi təhdiddir. Ümumilikdə, münaqişə bölgənin inkişafına, uzunmüddətli sabitliyə mane olan dağıdıcı faktorlardan biri kimi çıxış edir. Ona görə də, bu problemin həlli beynəlxalq təhlükəsizliyin diktə etdiyi zəruri amildir.
Digər tərəfdən, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında həlli istiqamətində fəallıq göstərsə də, Ermənistan qeyri-konstuktiv mövqe və təxribatçı hərəkətlər nümayiş etdirməklə danışıqlar prosesini pozmağa çalışır. Ümumiyyətlə, Ermənistan ordusunun bir müddətdir ki, qoşunların təmas xəttinin müxtəlif istiqamətlərində təxribatçı hərəkətlərini davam etdirməsi bir sıra məqamları yenidən aktuallaşdırıb.
Ermənistanın status-kvonun saxlanılması üçün təxribatçı fəaliyyətini davam etdirməsi beynəlxalq hüquq normalarına ziddir
Əvvəla, son hadisələr göstərdi ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində status-kvonun saxlanılması üçün təxribatçı fəaliyyətini davam etdirir. Hətta görünən odur ki, ermənilərin işğalçılıq eyforiyası yenidən baş qaldırıb. Belə ki, bu zamana qədər təcavüzkar ritorika ilə çıxış edən Ermənistan rəhbərliyi yeni separatçı, təcavüzkar davranışlar həvəsində olduğunu nümayiş etdirir. İkincisi, bütün bunlar göstərir ki, işğalçı ölkə beynəlxalq hüquq normalarına biganə yanaşır, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini istəmir. Məhz son hadisələr Ermənistanın rəsmi dövlət siyasətinin təcavüzkar, təxribatçı xarakterə malik olduğunu göstərməklə yanaşı, həm də işğalçı ölkə rəhbərliyinin mövqe və siyasətinin beynəlxalq hüquq normaları ilə təsbit olunmuş qanunlara, dəyərlərə zidd olduğunu bir daha nümayiş etdirir.
Qoşunların təmas xəttindəki hərbi təlimlər və təxribatçı hərəkətlər Ermənistanın münaqişənin həllinə münasibətini göstərir
Qeyd etmək lazımdır ki, son zamanlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində təmaslar və danışıqlar prosesi intensiv xarakter almışdı. ATƏT-in Minsk qrupunun bilavasitə dəstəyi ilə Azərbaycan və Ermənistan prezidentləri, həmçinin, xarici işlər nazirləri münaqişənin həlli yönündə mövcud problemləri müzakirə edib, qoşunların təmas xəttində sabitliyin qorunması, atəşkəs rejiminin təmin edilməsi, snayperlərin geri çəkilməsi, müxtəlif təxribatlara yol verilməməsi və digər bu kimi məsələlərə dair müəyyən razılığa gəlmişdilər. Lakin Ermənistan belə bir mərhələdə qeyri-konstruktiv mövqeyini davam etdirərək təxribat xarakterli növbəti hərəkətlərə yol verib. Serj Sarkisyan hakimiyyəti Fransanın Paris şəhərində tərəflər arasında keçirilmiş və müəyyən pozitiv məqamlarla yadda qalmış görüşün mahiyyətinə zidd addımlar ataraq çoxsaylı hərbi qüvvə və müxtəlif növ texnika ilə işğal olunmuş ərazilərdə, o cümlədən, qoşunların təmas xəttində hərbi təlimlərə başlayıb. Noyabrın 12-də isə cəbhənin Ağdam rayonu istiqamətində Ermənistan Respublikasının hərbi hava qüvvələrinə məxsus döyüş cütlüyündən ibarət Mi-24 tipli helikopterlər müdafiənin ön xəttində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə hücum edərək atəşə tutub və uzaqlaşmağa çalışıb. Cavab atəşi ilə düşmənin döyüş cütlüyündən ibarət helikopterlərindən biri vurulub, digəri isə atəş zonasını tərk edib.
Beləliklə, görünən odur ki, Ermənistan danışıqlar prosesini pozmağa yönəlmiş təxribat xarakterli addımlarla beynəlxalq hüquq normalarını heçə sayıb. Çünki Azərbaycan işğal olunmuş əraziləri üzərindəki hava məkanını uçuşlar üçün bağlı elan edib, müvafiq qaydada beynəlxalq mülki aviasiya təşkilatının bütün üzvlərini bu barədə məlumatlandırıb.
Dünya ictimaiyyəti ikili standartlardan imtina edərək obyektiv və ədalətli mövqe tutmalıdır
Lakin bütün bunlara baxmayaraq, dünya ictimaiyyəti - beynəlxalq təşkilatlar və Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun rəsmiləri, o cümlədən, həmsədr dövlətlər açıqlamaları ilə qeyri-obyektiv və ədalətsiz mövqe nümayiş etdirirlər. Məsələn, ATƏT-in amerikalı həmsədri Ceyms Uorlik baş vermiş hadisəyə münasibətində bildirib ki, Dağlıq Qarabağda münaqişənin genişlənməsi heç kimin marağında deyil: “Tərəflər gələcək eskalasiyadan qaçmalı və müharibə seçimindən imtina etməlidirlər”.
ATƏT-in Minsk qrupunun insidentlə bağlı bəyanatında isə həmsədrlərin təmas xəttində helikopterin vurulmasından və gərginliyin yenidən alovlanmasından ciddi narahatlıq keçirdikləri ifadə edilib. Həmsədrlər, həmçinin, helikopterdəki 3 erməni pilotun həlak olmasından təəssüf hissi keçirdiklərini qeyd ediblər.
ABŞ Dövlət Departamentinin nümayəndəsi Cen Psaki isə bildirib ki, ABŞ ATƏT-in Minsk qrupunun həmsədri kimi Dağlıq Qarabağ probleminin həlli yollarının axtarışında münaqişə tərəflərinə kömək etməyə çalışır və bu istiqamətdə işi davam etdirəcək. “Biz diplomatik kanallarla hər iki tərəfə əminliyimizi çatdırmaq istəyirik ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə səyləri ikiqat artırmaq lazımdır. Təbii ki, qisas, bundan sonrakı zorakılıq, gərginliyin artması buna xidmət edə bilməz”.
BMT Baş katibi Pan Gi Mun isə cəbhə xəttində baş vermiş son hadisədən sonra Azərbaycan və Ermənistanı təmkinli olmağa çağırıb. Bu barədə BMT Baş katibinin rəsmi nümayəndəsinin müavini Fərhan Hak bildirib. Onun sözlərinə görə, Baş katib ATƏT-in Minsk qrupu həmsədrlərinin ifadə etdiyi narahatlığa şərik olduğunu bildirib. Açıqlamada tərəflərin atəşkəslə bağlı sazişə riayət olunmasının vacibliyi vurğulanıb, vəziyyətin daha da gərginləşməsinə səbəb ola biləcək addımlardan çəkinməyə çağırış edilib.
ABŞ-ın ATƏT-dəki missiyası rəhbərinin müavini Keyt Barnes isə qurumun iclasında çıxışı zamanı deyib ki, ABŞ ATƏT-in Minsk qrupunun həmsədrlərini, eləcə də, ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiki dəstəkləyir, onların münaqişə tərəfləri ilə apardığı işi yüksək qiymətləndirir. “Biz ötən il prezidentlərin Soçi, Nyuport və Parisdə baş tutmuş görüşlərini alqışlayırıq. Biz 2015-ci ildə prezidentlər arasındakı dialoqun davam edəcəyini gözləyirik. Münaqişənin sülh yolu ilə həllinin alternativi yoxdur. ABŞ hökuməti baş vermiş insident nəticəsində ölən və yaralananlara görə təəssüf edir, ölənlərin ailələrinə başsağlığı verir. Biz tərəfləri atəşkəs rejiminə riayət etməyə və vəziyyəti gərginləşdirə biləcək addımlardan uzaq durmağa çağırırıq”, - deyə o vurğulayıb.
K.Barnes, həmçinin, qeyd edib ki, ABŞ Dağlıq Qarabağ probleminin həllində maraqlıdır: “Ceyms Uorlikin dediyi kimi, biz sülhün bərqərar olunması üçün tərəflərlə işləməyə hazırıq”.
Göründüyü kimi, bütün bu bəyanatlarda əsas məsələlərdən - Ermənistanın işğalçı siyasəti və qeyri-konstruktiv mövqeyindən, işğal faktından yan keçilib, hadisənin gerçək səbəbləri, bu vəziyyəti yaradan əsaslar diqqətə alınmayıb. Azərbaycan ictimaiyyəti beynəlxalq təşkilatların, o cümlədən ATƏT-in Minsk qrupunun bu cür mövqeyindən narazı və narahatdır. Cəmiyyət nümayəndələri redaksiyamıza daxil olan çoxsaylı zəng və müraciətlərində diqqətə çatdırıblar ki, bu cür bəyanatlar ədalətsiz olmaqla yanaşı, işğalçı ilə işğala məruz qalmış tərəfin eyniləşdirildiyini göstərir. Bildirilib ki, dünya ictimaiyyəti nəzərə almalıdır ki, hazırkı gərginlik Ermənistanın işğalçı siyasətinin, danışıqlar prosesini yenidən pozmaq cəhdinin məntiqi nəticəsidir və mövcud vəziyyətə görə, məhz Ermənistan rəhbərliyi birbaşa məsuliyyət daşıyır.
Azərbaycan ictimaiyyətinin konkret mövqeyi budur ki, adları çəkilənlər, o cümlədən, dünya ictimaiyyəti nəzərə almaq istəmir ki, Ermənistan ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatında əks olunmuş status-kvonun saxlanmasının yolverilməzliyi, hərbi əməliyyatlardan çəkinilməsi və münaqişənin sülh yolu ilə həlli təkliflərinə də məhəl qoymur.
Nəticə etibarilə, işğalçı ölkənin bu cür davranışında beynəlxalq ictimaiyyətin - BMT, o cümlədən, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupu kimi təşkilatların bu məsələyə laqeyd yanaşması, ikili standartlara istinad etməsi faktı da xüsusi rol oynayır.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52

