Azərbaycanın bir sıra şəhər və rayon icra hakimiyyəti başçıları Fransada səfərdədirlər
05.11.2014 [09:57]
Azərbaycanın bir sıra şəhər və rayon icra hakimiyyəti başçılarından ibarət nümayəndə heyəti Fransaya işgüzar səfəri çərçivəsində Bove şəhər bələdiyyə idarəsində bələdiyyə sədri, senator xanım Karolin Kayö və müavini Frank Pia ilə görüşüb.
Son illər Azərbaycanda əldə edilən nailiyyətlərdən məlumatlı olduğunu deyən K.Kayö ölkənin iqtisadi inkişafının hətta Fransa ilə müqayisədə yüksək olduğunu diqqətə çatdırıb. O, belə təcrübə mübadiləsinin çox önəmli olduğunu vurğulayıb.
Azərbaycanla Bove arasında əlaqələrin qurulduğunu xatırladan Frank Pia Heydər Əliyev Fondunun təşkilatçılığı və ölkəmizin Fransadakı səfirliyinin dəstəyi ilə “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” layihəsi çərçivəsində maraqlı sərgi və konsertin təşkil edildiyini xatırladıb. Bildirib ki, belə bir tədbir şəhər sakinlərinə Azərbaycanın qədim tarixi və zəngin mədəniyyəti ilə yaxından tanış olmağa, ölkə barədə ətraflı məlumat almağa imkan verib.
Azərbaycanın İpək yolu üzərində mühüm strateji əhəmiyyət daşıdığını diqqətə çatdıran Frank Pia ölkəmizdə bir çox sənaye müəssisələri, eləcə də toxuculuq sənayesinin inkişaf etdiyini, Bovenin son illər iqtisadi cəhətdən inkişaf etməsinə baxmayaraq, burada məşhur toxuculuq sahəsinin həddindən artıq zəiflədiyini bildirib.
F.Pia sürətlə inkişaf edən Azərbaycan iqtisadiyyatının əhalinin sosial həyat şəraitinin yaxşılaşmasına imkan verdiyini vurğulayıb. O, Bovedə kənd təsərrüfatı üçün maşınlar və aqreqatlar istehsal edildiyini, şəhərin müxtəlif vaxtlarda baş verən müharibələrdən ciddi əziyyət çəkdiyini, İkinci Dünya müharibəsi zamanı isə üçdə ikisinin tamamilə darmadağın olunduğunu, sonradan yenidən qurulduğunu qeyd edib.
Bələdiyyə sədrinin müavini şəhərsalma sahəsində əldə edilən təcrübədən və infrastrukturun inkişafı ilə bağlı görülən işlərdən də bəhs edib.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Vəfadar Bağırov çıxışında Azərbaycanın Şərq ilə Qərbin qovuşduğu məkanda yerləşdiyini xatırladıb, ölkəmizin tarixi və mədəniyyəti barədə ətraflı məlumat verib. O, 1918-ci ildə müsəlman Şərqində ilk parlament respublikasının məhz Azərbaycanda yarandığını, qadınlara səsvermə hüququnun verildiyini diqqətə çatdırıb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edən V.Bağırov ərazilərimizin 20 faizinin işğal olunmasından, erməni hərbi birləşmələrinin bir gecədə Xocalı əhalisinə qarşı törətdikləri vəhşiliklərdən, hətta günahsız qadınlara, uşaqlara və yaşlı insanlara belə aman verməmələrindən, ermənilərin azərbaycanlılara qarşı apardıqları etnik təmizləmə siyasətindən, BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal, qeyd-şərtsiz çıxarılması barədə qəbul etdiyi dörd qətnaməyə rəsmi Yerevanın əməl etməməsindən danışıb.
Prezident Administrasiyasının baş məsləhətçisi müstəqilliyini bərpa edən Azərbaycanın qısa vaxtda sürətlə inkişaf etdiyini, bölgələrdə abadlıq, quruculuq və tikinti işlərinin aparıldığını, müxtəlif infrastruktur layihələrinin həyata keçirildiyini, dünyanı bürüyən maliyyə böhranının Azərbaycana təsir etmədiyini, hətta həmin dövrdə belə ölkəmizdə sosial yönümlü layihələrin həyata keçirildiyini və bu layihələrin bu gün də davam etdiyini diqqətə çatdırıb.
Xəbər lenti
Hamısına baxDünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
İqtisadiyyat
03 İyul 18:28
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05

