Gənclər siyasəti üzrə birinci qlobal forum Bakı Bəyannaməsinin qəbulu ilə başa çatıb
31.10.2014 [09:54]
Bakıda keçirilən Gənclər siyasəti üzrə birinci qlobal forum oktyabrın 30-da başa çatıb.
AzərTAc xəbər verir ki, forumun sonuncu günü keçirilən regional sessiyalarda Afrika, Ərəb ölkələri (Qərbi Asiya), Asiya və Sakit Okean, Avropa və Mərkəzi Asiya, Latın Amerikası və Karib hövzəsi ölkələrində gənclər siyasəti, gənclərin inkişafı ilə bağlı görülən işlər müzakirə edilib, təcrübə mübadiləsi aparılıb.
Sonra sessiyaların moderatorları müzakirələrlə bağlı hesabat veriblər. BMT baş katibinin gənclər üzrə elçisi Əhməd Əlhəndavinin moderatorluğu ilə keçirilən sessiyada çıxış edənlər gənclərin siyasi proseslərdə iştirakı və bu proseslərə göstərdikləri təsir, dünya gənclər təşkilatlarının fəaliyyəti, gənclər arasında işsizliklə bağlı problemlər, gənclərin sahibkarlıq fəaliyyəti, yaxşı ali təhsil almağın əhəmiyyəti haqqında danışıblar. Müxtəlif ölkələri təmsil edən nümayəndələr “Ebola” virusuna qarşı birgə mübarizənin vacibliyini vurğulayıblar, bu işdə həmrəyliklərini nümayiş etdiriblər.
Sonra BMT baş katibinin 2015-ci ildən sonrakı İnkişaf Planı üzrə xüsusi məsləhətçisi Əminə Muhammadın forum iştirakçılarına videomüraciəti nümayiş olunub. Müraciətdə dünya gənclərinin ilk qlobal tədbirinin yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə minnətdarlıq ifadə olunub, forumun əhəmiyyəti vurğulanıb.
Daha sonra forumun “Nəticələr, öhdəliklər və fəaliyyətlər” mövzusunda son sessiyası keçirilib. Avropa Şurası gənclər departamentinin təhsil və təlim bölməsinin rəhbəri Rui Qomesin moderatorluğu ilə keçirilən sessiyada üç gün ərzində forumda aparılan səmərəli müzakirələrdən, səsləndirilən maraqlı ideyalardan danışılıb.
Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov çıxış edərək forumda gənclərlə bağlı bir sıra mühüm məsələlərin müzakirə olunduğunu bildirib. Nazir müzakirələr zamanı əsas diqqətin gənclər və dövlət, gənclər və cəmiyyət arasında münasibətlərə ayrıldığını söyləyib. O, forumun gənclərə təcrübə mübadiləsi aparmaq üçün yaxşı imkan yaratdığını və bu tədbirin bir çox maraqlı məqamlarla yadda qaldığını diqqətə çatdırıb.
A.Rəhimov deyib ki, gələcəyimiz olan gənclərə böyük diqqət göstərmək çox vacibdir. Onların inkişafı üçün ən önəmli məsələlərdən biri də keyfiyyətli təhsildir. Azərbaycan coğrafi baxımdan çox önəmli məkanda yerləşir. Biz gənclərimizin digər ölkələrin gəncləri ilə daim ünsiyyətdə olmalarını və yaxşı təcrübə qazanmalarını istəyirik.
Azərbaycanın dünyada baş verən proseslərə ciddi yanaşdığını vurğulayan A.Rəhimov Prezident İlham Əliyevin göstərişi ilə ölkəmizin “Ebola” virusu ilə mübarizə üçün BMT-nin Qlobal Fonduna bir milyon dollar yardım edəcəyini xatırladıb.
Küveytin gənclər məsələləri üzrə dövlət naziri Şeyx Salman Sabah Salem əl-Hamud əl-Sabah bildirib ki, biz forumda əldə etdiyimiz təcrübəni öz ölkəmizdə gənclər siyasətinin inkişafında istifadə edəcəyik. Forum dünya gəncləri üçün böyük əhəmiyyətə malikdir. Küveytli nazir növbəti forumun da bu cür müvəffəqiyyətlə keçiriləcəyinə əminliyini ifadə edib, bu tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə təşəkkürünü bildirib.
Sonda forumun Bakı Bəyannaməsi qəbul olunub.
Bununla da üç gün davam edən Gənclər siyasəti üzrə birinci qlobal forum öz işini başa çatdırıb.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02

