Türkiyədə “Süleyman Dəmirəl Demokratiya və İnkişaf Muzey Kompleksi” açılıb
28.10.2014 [09:58]
İsparta vilayətinin İslamköy kəndində Türkiyənin doqquzuncu Prezidenti Süleyman Dəmirəlin həyat və fəaliyyətini əks etdirən “Süleyman Dəmirəl Demokratiya və İnkişaf Muzey Kompleksi”nin açılışı münasibətilə təntənəli mərasim keçirilib.
Azərbaycanın dövlət rəsmiləri və ziyalılarından ibarət nümayəndə heyətinin də qatıldığı mərasimdə Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək, nazirlər, ölkədə fəaliyyət göstərən siyasi partiyaların, Ankaradakı diplomatik korpusun rəhbərləri, xarici ölkələrdən gəlmiş prezidentlər, sabiq dövlət və hökumət başçıları, görkəmli şəxsiyyətlər, elm və mədəniyyət xadimləri iştirak ediblər.
Azərbaycan Respublikası Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov dövlətimizin başçısı İlham Əliyevin təbrik məktubunu Süleyman Dəmirələ təqdim edib. Təbrik məktubu mərasimdə oxunub.
Dövlət rəsmilərinin, Milli Məclisin deputatlarının, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin nümayəndəsinin, qeyri-hökumət təşkilatları rəhbərlərinin, ziyalıların təmsil olunduğu Azərbaycan nümayəndə heyəti tərəfindən muzeyə hədiyyələr təqdim edilib.
Sonra Süleyman Dəmirəlin zəngin siyasi fəaliyyətini əks etdirən film nümayiş olunub.
Mərasimdə çıxış edənlər Süleyman Dəmirəl şəxsiyyətinin ucalığından, onun demokratiya uğrunda mübarizəsindən və Türkiyədə əldə olunan nailiyyətlərdən danışıblar. Diqqətə çatdırılıb ki, bütün siyasi həyatını Türkiyənin inkişafına həsr edən Süleyman Dəmirəl ilə Ümummilli lider Heydər Əliyevin səmimi dostluğu Azərbaycan-Türkiyə münasibətlərinin inkişaf strategiyasını müəyyənləşdirib, o cümlədən türk dünyası birliyinin inkişafına təkan verib.
Süleyman Dəmirəl Vəqfi tərəfindən Dəmirəllər ailəsinin ata-baba mülkü olan torpaq sahəsində qurulmuş muzey kompleksi 16 min kvadratmetr ərazini əhatə edir. Süleyman Dəmirəlin qardaşı mühəndis Şövkət Dəmirəl tərəfindən layihələndirilən kompleksdəki binaların inşasında Səlcuqlar və Osmanlı dövrünün memarlıq üslubundan istifadə olunub.
Muzey kompleksində Süleyman Dəmirəlin gənclik illərini, ölkənin sosial-iqtisadi həyatında baş verən tərəqqini, dövlət başçısı kimi qazandığı siyasi nailiyyətləri əks etdirən eksponatlar toplanıb. Burada, həmçinin ona verilən hədiyyələr də yer alıb, kitabxana yaradılıb. Ulu öndər Heydər Əliyev ilə Süleyman Dəmirəlin dostluq və qardaşlıq münasibətlərindən bəhs edən fotoşəkillər, Prezident İlham Əliyevlə birlikdə çəkdirdiyi xatirə fotoları, kitab və jurnallar, Azərbaycandan aldığı dövlət mükafatları kompleksin muzey binasında xüsusi bölmədə nümayiş olunur.
İslamköy kəndində Muzey Kompleksinin yerləşdiyi ərazini əhatə edən küçələr dövlət qurumları, şirkət və təşkilatlardan, Süleyman Dəmirəlin dostları və sadə insanlar tərəfindən gətirilmiş gül çələngləri, tər çiçəklərlə bəzədilib.
Həmkəndliləri də əlamətdar hadisə münasibətilə sevinc hislərini dünya şöhrətli siyasi və dövlət xadimi Süleyman Dəmirəllə bölüşüblər.
Xəbər lenti
Hamısına baxMaraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07
Xəbər lenti
17 İyul 16:03

