Koreya Respublikasının Azərbaycandakı səfiri Naxçıvan Dövlət Universitetində olub
14.10.2014 [09:45]
Koreya Respublikasının Azərbaycandakı səfiri Çoi Suk-İn Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Naxçıvan Dövlət Universitetində (NDU) olub.
NDU-nun mətbuat şöbəsindən AzərTAc-a bildirilib ki, səfir ilə görüşdə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov muxtar respublikada ali təhsilin inkişafına göstərilən hərtərəfli dövlət qayğısından bəhs edib, təhsil ocağı haqqında ətraflı məlumat verib.
Qeyd olunub ki, universitet çoxşaxəli beynəlxalq əməkdaşlığa malik olmaqla yanaşı, TEMPUS proqramı çərçivəsində həyata keçirilən 5 layihənin iştirakçısıdır. Tələbə mobilliyinin inkişaf etdirilməsi sayəsində tələbələrimiz Avropanın müxtəlif ali məktəblərində təhsillərini davam etdirirlər. Koreya Respublikası ilə elm, təhsil sahəsində əməkdaşlığın isə on ildən artıq tarixi var. Kimçonq və Busan Kyumqsunq universitetləri ilə əlaqələr qurulub, NDU-da Koreya mədəniyyət və dil tədrisi mərkəzləri yaradılıb. Universitetdə 12 ölkənin 350 vətəndaşı ali təhsil alır ki, onların arasında Koreya Respublikasından olan tələbələr çoxluq təşkil edir.
Diplomatın diqqətinə çatdırılıb ki, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) ilə birgə “Naxçıvan Dövlət Universitetində elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturunun yaradılması” layihəsinin uğurla həyata keçirilməsi, bu əlaqələrin inkişafında yeni mərhələnin başlanğıcı olub.
Koreya Respublikasının Azərbaycandakı səfiri Çoi Suk-İn elm, təhsil, müasir texnologiyalar sahəsində belə dayanıqlı tərəfdaşlığın ölkələrin və xalqların bir-birinə daha da yaxınlaşmasına xidmət etdiyini vurğulayıb. Koreyalı diplomat səfirliyin bu istiqamətdəki fəaliyyətindən, iki il əvvəl Naxçıvana ilk səfərindən sonra əlaqələrin inkişafı istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, hazırkı səfəri adıçəkilən layihənin gedişi ilə tanışlıq məqsədi daşıyır.
NDU-nun Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə məzunu olub, hazırda buradakı Koreya mədəniyyət və dil tədrisi mərkəzlərinə rəhbərlik edən Ryu Hiconq mərkəzlərin fəaliyyəti, universitetdə təhsil alan koreyalı tələbələrə yüksək dövlət qayğısı göstərilməsi barədə səfirə məlumat verib.
Koreyalı diplomat universitetin İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzində, universitet televiziyasında olub, KOİCA tərəfindən alınan müasir texnologiyaların quraşdırılması və fəaliyyəti ilə maraqlanıb.
Səfir Çoi Suk-İn layihənin gedişindən razılığını bildirib.
Görüş zamanı əməkdaşlığın gələcək inkişafı istiqamətində bir sıra təkliflər irəli sürülüb.
Xəbər lenti
Hamısına baxMüsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26

