Milli Məclisin payız sessiyası öz işinə başlayıb
01.10.2014 [09:43]
Millət vəkilləri Avropa Parlamentinə kəskin etiraz bildiriblər
Dünən Milli Məclisin payız sessiyası öz işinə başlayıb. Milli Məclisin sədri Oqtay Əsədov deyib ki, parlamentin payız sessiyasında millət vəkillərini məhsuldar fəaliyyət gözləyir. Spiker bildirib ki, Milli Məclis 2014-cü ilin yaz və növbədənkənar sessiyalarını uğurla başa vurub. Belə ki, bu müddətdə parlamentin 12 iclası keçirilib, 131 qanun və qərar qəbul edilib: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin hüquqi bazası daha da möhkəmləndirilib və təkmilləşdirilib”.
Parlamentin beynəlxalq əlaqələrinin də inkişaf etdiyini diqqətə çatdıran Milli Məclis sədrinin sözlərinə görə, parlamentin nümayəndə heyətləri beynəlxalq təşkilatların fəaliyyətində yaxından iştirak ediblər.
Daha sonra Oqtay Əsədov Avropa Parlamentinin Azərbaycanla bağlı son qətnaməsinə münasibətini açıqlayıb.
Milli Məclisin sədri qeyd edib ki, sənədin müəllifləri 46 nəfərdir və onlardan 45-i ümumiyyətlə, Azərbaycanda olmayıb: “1-i isə vaxtilə Slovakiyanın xarici işlər naziri olub. Onun vəzifədə olduğu illərdə Slovakiya tərəfindən Ermənistana hərbi təyyarələr satılmışdı. 750 deputat arasında 46 nəfərin təklifi ilə səsvermə keçirilib. Bu da onu göstərir ki, belə qətnamənin qəbulu Azərbaycana təzyiq etmək məqsədi daşıyır. Heç bir kənar qüvvələr dövlətimizin müstəqilliyinə xələl gətirə bilməyəcək”.
Spiker bildirib ki, Avropa Parlamenti qarşısında Azərbaycanın heç bir öhdəliyi yoxdur: “Bizim yalnız əməkdaşlığımız var. Əlaqələri genişləndirmək üçün AVRONEST təşkilatını yaratdıq. Təəssüf ki, Avropa Parlamenti əlaqələri inkişaf etdirmək əvəzinə öz qurumlarını da kənara qoyub, qeyri-obyektiv qətnamələr qəbul edir. Biz də münasibətləri inkişaf etdirmək istəyirik. Amma biz nə qədər can atırıqsa, bizə ikili münasibət göstərirlər. Belə olan təqdirdə, bizim bu təşkilatla işləməyimizin mənası varmı?”.
O.Əsədovun təklifi ilə Milli Məclisdə vitse-spiker Valeh Ələsgərovun başçılığı ilə komissiya yaradılaraq Avropa Parlamentinə etiraz bəyanatı hazırlamaq qərara alınıb.
Milli Məclisin sədr müavini, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin həmsədri Valeh Ələsgərov da adı çəkilən təşkilatın ikili standartlarla çıxış etdiyini deyib. O bildirib ki, həmin təşkilatın siyasəti bizə Qarabağı unutdurmağa yönəlib.
V.Ələsgərovun sözlərinə görə, qarşı tərəf Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin işinə laqeyd yanaşır. Təşkilatın iyun ayında Bakı şəhərində keçirilən sonuncu iclasına komitənin həmsədri və 1 avropalı deputat gəlmişdi. Biz onlara bu haqda etirazımızı bildirdik. “Biz növbəti toplantımızda məsələni konkret qoymalıyıq. Əgər qarşı tərəf bu cür münasibəti davam etdirəcəksə, biz Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsində və AVRONEST PA-da fəaliyyətimizə yenidən baxmalıyıq”, - deyə vitse-spiker vurğulayıb.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli isə bildirib ki, Avropa parlamentarizmi çökməkdədir. Onun fikrincə, müəyyən dairələrin tapşırığı ilə qərəzli sənədlər qəbul edən bu təşkilat müstəqil fikir yürüdə bilmir: “Bir tərəfdən, Avropa İttifaqının üzvü olan ölkələrlə sazişlər imzalandığı halda, digər tərəfdən, iki sahədə əməkdaşlıq etdiyimiz Avropa Parlamenti belə bir qətnamə qəbul edir. Bu, Avropa parlamentarizminin çökməsini göstərir. Adətən belə qətnamələrin arxasında ya erməni lobbisi, ya da Avropadan da daha qərbdə dayanan qüvvələr durur. Biz AVRONEST-də işə tamamilə fərqli şərtlərlə başlamışdıq”.
Əli Hüseynli onu da qeyd edib ki, Aİ Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəyə adekvat cavablar verə bilmir.
Daha sonra Millət vəkilləri Zahid Oruc, Fəzail Ağamalı, Azay Quliyev və digərləri müzakirə olunan mövzu ilə bağlı fikirlərini bildiriblər.
Milli Məclisin sədr müavini Bahar Muradova isə deyib ki, bir sıra beynəlxalq qurumlarda belə fikirləşirlər ki, Azərbaycan özündən razı şəkildə siyasət yürüdür: “Bizi yalnız buna görə yox, onların maraqlarında alət olmadığımız üçün cəzalandırmaq istəyirlər”.
Bahar Muradovanın sözlərinə görə, həmin fikirdə olanlar bizim müstəqil siyasətimizi özündən razılıq kimi qəbul edirlər: “Onların əsas istəyi bizi kiçik bir dövlət kimi cəzalandırmaqdır. Digər tərəfdən, bu kimi addımların atılmasına səbəb ölkəmizin onların qarşısında alət olmamasıdır. Azərbaycan müstəqil ölkədir”.
Vitse-spiker onu da əlavə edib ki, Azərbaycanın tutduğu yola heç kimin şübhəsi olmamalıdır: “Əgər şübhə olacaqsa, o zaman biz onların torlarına düşmüş olacağıq. Bizim əsas istəyimiz odur ki, Azərbaycanda QHT-lərin maliyyələşməsi sahəsində şəffaflıq olsun. Hər kəsin maliyyə qaynaqları açıq şəkildə göstərilməlidir”.
Daha sonra iclasda Milli Məclisin 2014-cü il payız sessiyasının qanunvericilik işləri planı müzakirə edilərək qəbul olunub. İclasda, həmçinin, bir sıra beynəlxalq və ikitərəfli sazişlər təsdiq olunub, bəzi qanunlara dəyişikliklər edilib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02
Gündəm
05 İyun 11:57
Xəbər lenti
05 İyun 11:44
Gündəm
05 İyun 11:37
İqtisadiyyat
05 İyun 11:34
Gündəm
05 İyun 11:25
Elm
05 İyun 11:23
Siyasət
05 İyun 11:11
Sosial
05 İyun 11:10
Gündəm
05 İyun 10:51
İqtisadiyyat
05 İyun 10:32
Gündəm
05 İyun 10:29
Analitik
05 İyun 10:16
Analitik
05 İyun 09:58
Analitik
05 İyun 09:34
Sosial
05 İyun 09:16
Sosial
05 İyun 08:53
Ədəbiyyat
05 İyun 08:30
İdman
04 İyun 23:42
Dünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Siyasət
04 İyun 22:53
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27

