/ / Cəbrayıl rayonunun Ermənistan hərbi birləşmələri tərəfindən işğalının 21-ci ildönümü ilə əlaqədar anma mərasimi keçirilib
Cəbrayıl rayonunun Ermənistan hərbi birləşmələri tərəfindən işğalının 21-ci ildönümü ilə əlaqədar anma mərasimi keçirilib
22.08.2014 [09:42]
Avqustun 21-də Biləsuvar rayonunda məskunlaşan cəbrayıllı məcburi köçkünlər üçün salınmış qəsəbədə Cəbrayıl rayonunun Ermənistan hərbi birləşmələri tərəfindən işğalının 21-ci ildönümü ilə əlaqədar anma mərasimi keçirilib.
AzərTAc xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə qəsəbədəki “Şəhidlər” xatirə kompleksinin önünə əklillər və gül dəstələri düzərək Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olan cəbrayıllıların xatirəsini ehtiramla yad ediblər.
Torpaqlarımızın azadlığı uğrunda canından keçən Vətən oğullarının xatirəsinin bir dəqiqəlik sükutla yad olunduğu tədbirdə “Erməni işğalında qalan Cəbrayılım” sənədli filmi nümayiş etdirilib.
Mərasimdə rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quliyev çıxış edərək bildirib ki, 1988-ci ildən başlayaraq beş il Cəbrayıl rayonu düşmən qarşısında mətinliklə dayanıb. Rayonun mərd oğul və qızları düşmənlə qeyri-bərabər döyüşlərdə misilsiz qəhrəmanlıqlar göstərək dəfələrlə erməni quldurlarını geri çəkilməyə məcbur etməyi, hətta bütövlükdə Qarabağ üçün strateji əhəmiyyət kəsb edən yüksəklikləri nəzarətdə saxlamağı bacarıblar. Lakin Bakıda hakimiyyət uğrunda gedən siyasi çəkişmələr, batalyonlar arasında hökm sürən gərginlik rayonun müdafiəsinə mənfi təsir göstərib. Nəticədə Cəbrayıl təklənib və erməni quldurları 1993-cü il avqustun 23-də 1050 kvadratkilometr ərazisi olan rayonu işğal ediblər. Ermənistanın hərbi təcavüzü nəticəsində 68,3 min cəbrayıllı doğma yurd-yuvasından didərgin düşərək ölkənin 53 şəhər və rayonunda məskunlaşıb.
Vurğulanıb ki, doğma yurdun müdafiəsi zamanı 368 nəfər cəbrayıllı şəhid, 230 nəfər isə əlil olub. Bu rayonun 6 sakini Milli Qəhrəman adına layiq görülüb.
Prezident İlham Əliyevin məcburi köçkünlərə qayğısının nəticəsi olaraq Biləsuvar rayonu ərazisində on bir müasir tipli qəsəbənin salındığını diqqətə çatdıran İcra Hakimiyyətinin başçısı qeyd edib ki, bu gün həmin qəsəbədə yaşayan 20 minə yaxın insan üçün hər cür şərait yaradılıb. Diqqətə çatdırılıb ki, bundan əlavə, respublikanın digər şəhər və rayonlarında məskunlaşmış 550 cəbrayıllı məcburi köçkün ailəsi yeni mənzillərlə təmin olunub.
Mərasimdə çıxış edənlər ölkəmizin gündən-günə artan iqtisadi və hərbi qüdrətinin tezliklə Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasına imkan verəcəyinə, bununla da daha bir tarixi ədalətsizliyə son qoyulacağına əminliklərini ifadə ediblər.
Tədbir “Cəbrayılda qalan dünyam” adlı ədəbi-bədii kompozisiya ilə başa çatıb.
Xəbər lenti
Hamısına baxSiyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23

