/ / Azərbaycan nümayəndə heyəti BMT-nin Statistik və Geoməkan İnformasiyasının inteqrasiyası üzrə Qlobal Forumunda iştirak edir
Azərbaycan nümayəndə heyəti BMT-nin Statistik və Geoməkan İnformasiyasının inteqrasiyası üzrə Qlobal Forumunda iştirak edir
06.08.2014 [09:48]
Avqustun 4-də BMT-nin Nyu-Yorkdakı baş ofisində Statistik və Geoməkan İnformasiyasının inteqrasiyası üzrə Qlobal Forum öz işinə başlayıb.
AzərTAc-ın Vaşinqton bürosunun verdiyi məlumata görə, iki gün davam edəcək forumda Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədovun rəhbərliyi ilə ölkəmizin nümayəndə heyəti də iştirak edir. Azərbaycan nümayəndə heyəti BMT-nin Qlobal Geoməkan Məlumatlarının İdarəolunması üzrə Ekspertlər Komitəsinin avqustun 6-dan 8-dək keçiriləcək 4-cü iclasında da təmsil olunacaq.
Forumun əsas məqsədləri statistik və geoməkan informasiyasının inteqrasiyası üzrə ümumi təsəvvürün formalaşdırılması, “Post-2015” İnkişaf Gündəliyi kimi informasiya müzakirələrində birgə yanaşmaya nail olunması, texniki imkanların inkişafı üçün istiqamətin birgə müəyyənləşdirilməsi, statistik geoməkan platforması mexanizminin zəruriliyinin dəstəklənməsidir.
Forumda 150-dən artıq nümayəndə, o cümlədən müxtəlif ölkələrin müvafiq qurumlarının rəhbərləri iştirak edirlər.
Nümayəndə heyətimiz Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının əsas hədəflərini diqqətə çatdıraraq qarşıya qoyulan məqsədlərə nail olmaq üçün mühüm alətlərdən biri kimi geoməkan və statistika məlumatlarının inteqrasiyasını xüsusi vurğulayıb, bu istiqamətdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində aparılan işlər barədə müfəssəl məlumat verib. Bununla yanaşı, forum iştirakçıları interaktiv xəritə interfeysi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən hazırlanaraq qurumun geoserverində yerləşdirilmiş Regionların İnkişafı Analitik İnformasiya Sistemi barədə məlumatlandırılıblar. Azərbaycan Milli Məkan Məlumatları İnfrastrukturunun prototipi kimi nəzərdə tutulan bu sistem orqanlararası mübadiləyə əsaslanaraq fundamental bir platforma kimi daha da genişləndiriləcək.
Forum çərçivəsində hazırda həmin sistem üçün suvarılan torpaqların uçotuna dair hazırlanan yeni modul barədə fikir mübadiləsi aparılıb.
Tədbirdə bir çox ölkələrin müvafiq sahələrə məsul dövlət qurumlarının rəhbərləri ilə aparılan fikir mübadiləsində ölkəmizdə bütün sahələr üzrə, o cümlədən geoməkan və statistik informasiyanın inteqrasiyası sahəsində görülmüş işlər məmnunluqla qarşılanıb, Azərbaycanın bu sahədə bir sıra beynəlxalq təşkilatlarda çox ciddi mövqeyə malik olduğu xüsusi vurğulanıb.
Qeyd edək ki, müasir dövrdə dövlət və özəl sektorlarda qərarların qəbulu proseslərində istinad kimi istifadə olunan informasiyaların başlıca təminatçıları geoməkan və statistika mütəxəssisləridir. Milli və qlobal çağırış və problemlərin mürəkkəbliyinin artması ilə müvafiq proseslərin iqtisadi, sosial və ətraf mühiti əhatə edən tərkib hissələri arasında qarşılıqlı əlaqələrin dərk edilməsi zərurəti həlledici amilə çevrilir. Hazırkı qlobal cəmiyyətdə qərarların qəbul edildiyi əsasların uyğunluğunun artırılması üçün geoməkan informasiyası və statistik informasiyanın əlaqələndirilməsinin zəruriliyi və dəyəri aşkar şəkildə qəbul olunur. Rastlaşdığımız başlıca çağırış bu inteqrasiyaya səmərəli və ardıcıl yolla nail olmağın ən uğurlu üsulunu müəyyənləşdirməkdir.
BMT-nin Statistika Komissiyası və Qlobal Geoməkan Məlumatlarının İdarəolunması üzrə Ekspertlər Komitəsi geoməkan və statistika informasiyasının milli və qlobal səviyyədə idarə olunması və səmərəli inteqrasiyası sahəsində çağırışların cavablandırılması zərurətini qəbul edərək bu sahədə həllərin tapılması məqsədilə əməkdaşlıq etməyə razılaşıblar. Onlar ən yaxşı təcrübələrin yayılması və inkişaf etdirilməsi, statistika və geoməkan mütəxəssisləri icmalarını bir yerə toplamağın yolu kimi beynəlxalq konfransın təşkili və statistik və geoməkan informasiyasının inteqrasiyası üçün qlobal standart olaraq statistika-məkan platformasının yaradılması işinin dəstəklənməsi məqsədilə Statistik və Geoməkan İnformasiyasının İnteqrasiyası üzrə Ekspert Qrupunun yaradılması barədə razılığa gəliblər.
Xəbər lenti
Hamısına baxDünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40

