Ermənistan bölgədə sülh, sabitlik və əmin-amanlıq üçün ən böyük təhlükədir
05.08.2014 [09:45]
Əli Əhmədov: Biz matəm elan etmək haqqında yox, düşmənə layiqli cavab vermək barədə düşünməliyik
“Azərbaycan xalqı həmişə öz torpaqlarını qorumağa hazır olub və bu gün də hazırdır. Bununla belə, xalqımız bu yolda şəhid verməyə və bu müqəddəslik zirvəsinə yüksəlməyə hazır olduğunu dəfələrlə bəyan edib. Sərhədlərimizdə keşik çəkən, Azərbaycanın ərazilərini qoruyan gənclərimiz də göstərdikləri şücaətlə buna hazır olduqlarını ifadə ediblər”. Bu fikirləri Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi Əli Əhmədov deyib.
Əli Əhmədov bildirib ki, bizim istəyimiz ondan ibarətdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə aradan qaldırılsın və qan tökülməsin. Onun sözlərinə görə, hər bir tökülən qan, itirilən insan həyatı bir faciədir: “Biz istəmirik ki, torpaqlarımızın geri qaytarılması bu faciələr üzərində olsun. Nə vaxt ki, emənilər bunu başa düşəcəklər, bu zaman dinc yolla, qan tökmədən, insanların həlak olmasına səbəb olmadan torpaqları azad etməyə razı olacaqlar. Amma son hadisələr göstərir ki, erməni tərəfi heç də buna hazır deyil. Yəqin ki, Azərbaycan xalqının səbri tükənəcək və Ali Baş Komandan, Prezident İlham Əliyevin göstərişinə, əmrinə əsasən bütün Azərbaycan xalqı öz torpağını qorumaq üçün ayağa qalxacaq. Ermənilərin Azərbaycana müqavimət göstərməyə nə iqtisadi, nə siyasi sabitlik, nə də əhali baxımından gücü qalmayıb. Bu gün Azərbaycan təkcə iqtisadiyyatına görə Ermənistandan 10 dəfə güclü və əhalisinin sayına görə 3-4 dəfə üstündür. Təbii ki, bu parametrlərə görə Ermənistanın Azərbaycana müqavimət göstərmək və yaxud ölkəmizin gücü qarşısında tab gətirmək imkanları yoxdur. Azərbaycan həmişə sülhsevər millət, xalq və dövlət olduğunu göstərib və bu gün də göstərir. Biz şəhid verməyimizə baxmayaraq, əlavə qanların tökülməsinin tərəfdarı deyilik. Amma o şərtlə ki, ermənilər bunu başa düşsünlər və torpaqların geri qaytarılmasının zərurliyini anlasınlar. Görünür ki, onların havadarları da bölgədə gərginliyin saxlanılmasına tərəfdardırlar. Son hadisələr bir daha onu göstərdi ki, Ermənistan bölgədə sülh, sabitlik və əmin-amanlıq üçün ən böyük təhlükədir”.
YAP Sədrinin müavini qeyd edib ki, ermənilərin təxribatları, qeyri-konstruktiv hərəkətləri, işğalçılıq siyasətini davam etdirmək istəkləri bölgədə sülhə, sabitliyə və əmin-amanlığa təhlükədir. “Eyni zamanda, Ermənistan Dağlıq Qarabağda terrorçu rejimini dəstəkləməklə bütün dünyada terrorçuluğun tərəfində dayandığını göstərir. Bununla da, Ermənistan hakimiyyəti bütövlükdə dünya üçün başağrısına, bəlaya çevrilib. Güman edirəm ki, bütün dünya icitmaiyyəti dünyada, Avropada, Cənubi Qafqazda əmin-amanlığın, sabitliyin möhkəm əsaslar üzərində dayanması naminə Ermənistana öz təpkisini göstərəcək. Azərbaycan dövləti, xalqı, ordusu isə həmişə işğalçılara, onların törətdikləri bütün təxribatlara layiqli cavab vermək qüdrətində, imkanındadır. Biz, əslində müharibə şəratindəyik. Baxmayaraq ki, atəşkəs rejimi mövcuddur. Şəhidlərimiz bundan əvvəl də olub. Güman edirəm ki, şəhidlərimizin ölümü ilə bağlı matəm elan olunması da müzakirə predmeti ola bilər. Təbii ki, buna hökumətimiz tərəfindən müvafiq reaksiya verilə bilər. Amma biz matəm elan etmək haqqında yox, düşmənə layiqli cavab vermək barədə düşünməliyik. Hesab edirəm ki, bizi düşündürən birinci məsələ bu olmalıdır” - deyə, Baş nazirin müavini vurğulayıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02
Gündəm
05 İyun 11:57
Xəbər lenti
05 İyun 11:44
Gündəm
05 İyun 11:37
İqtisadiyyat
05 İyun 11:34
Gündəm
05 İyun 11:25
Elm
05 İyun 11:23
Siyasət
05 İyun 11:11
Sosial
05 İyun 11:10
Gündəm
05 İyun 10:51
İqtisadiyyat
05 İyun 10:32
Gündəm
05 İyun 10:29
Analitik
05 İyun 10:16
Analitik
05 İyun 09:58
Analitik
05 İyun 09:34
Sosial
05 İyun 09:16
Sosial
05 İyun 08:53
Ədəbiyyat
05 İyun 08:30
İdman
04 İyun 23:42
Dünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Siyasət
04 İyun 22:53
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27
Dünya
04 İyun 20:11
Maraqlı
04 İyun 19:53
Dünya
04 İyun 19:30
Dünya
04 İyun 19:18
YAP xəbərləri
04 İyun 19:07
Dünya
04 İyun 18:35
Dünya
04 İyun 18:15
Dünya
04 İyun 17:41
Dünya
04 İyun 17:12
Dünya
04 İyun 16:58
YAP xəbərləri
04 İyun 16:25
Dünya
04 İyun 16:23
YAP xəbərləri
04 İyun 16:21
Dünya
04 İyun 15:54
Dünya
04 İyun 15:31
Dünya
04 İyun 15:10
Dünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42

