Milli Məclisin növbədənkənar iclası keçirilib
21.06.2014 [11:09]
İyunun 20-də Azərbaycan Respublikası Milli Məclisinin növbədənkənar iclası keçirilib.
AzərTAc xəbər verir ki, iclasda bəzi qanunlara dəyişikliklər edilib.
Milli Məclisin sədri Oqtay Əsədov parlamentin növbədənkənar sessiyasının ilk iclasını açdıqdan sonra deputatlar müxtəlif məsələlərlə bağlı çıxışlar ediblər.
NATO Parlament Assambleyasının Bakıda “Cənubi Qafqaz: Çağırışlar və imkanlar” mövzusunda keçirilən 86-cı Rouz-Rout seminarı çıxışlarda əsas müzakirə mövzusu olub. Qeyd edilib ki, bu tədbirdə ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən məsələlər müzakirə olunub. Diqqətə çatdırılıb ki, Bakıda keçirilən bu cür mötəbər tədbirlərin sayının getdikcə artması ölkəmizin dünyada siyasi mərkəzlərdən birinə çevrildiyini, Azərbaycan nümayəndə heyətinin uğurlu çıxışları, dövlət maraqlarımızı NATO tribunasından ifadə etməsi Azərbaycan diplomatiyasının gücləndiyini bir daha təsdiqləyir.
Milli Məclis sədrinin birinci müavini, Azərbaycanın NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərov 20 ölkədən 60-dək deputatın iştirak etdiyi bu seminarda əsas məqsədlərdən birinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinin müzakirəsi olduğunu deyib. Əlavə edib ki, toplantı iştirakçılarının diqqətinə bu münaqişə ilə bağlı bütün lazımi məlumatlar çatdırılıb. Z.Əsgərov bu cür məsələlərə münasibətdə dünyadakı mövcud ikili standartlardan da danışaraq hazırda beynəlxalq hüququn dərin böhran keçirdiyini söyləyib.
Milli Məclisin sədri Oqtay Əsədov bəzi beynəlxalq qurumların belə məsələlərə ikili standartlarla yanaşmalarını konkret faktlarla diqqətə çatdırıb.
Deputatlar çıxışlarında Mosulda türk diplomatlarının girov götürülməsi hadisəsini də pisləyiblər.
Sonra gündəlikdə duran məsələlərə baxılıb.
Birinci məsələ İnqilab Nəsirovun yenidən Ali Məhkəmənin hakimi, Zərbəli Zərbəliyevin Gəncə Apelyasiya Məhkəməsinin hakimi təyin edilməsi, vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Natiq Abbasovun Bakı Apelyasiya Məhkəməsinin, Zamin İbrahimovun Şirvan Apelyasiya Məhkəməsinin, İnşallah Quliyevin Şəki Apelyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilməsi barədə idi.
Deputatlar məsələyə müsbət münasibət bildirdikdən sonra Beynəlxalq Xüsusi Hüquq üzrə Haaqa Konfransının Nizamnaməsi, “Azərbaycan və İran hökumətləri arasında Ordubad və Marazad Su Elektrik stansiyalarının tikintisi və istismarı haqqında” Saziş təsdiqlənib.
“Dövlət sirri”, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti”, “Əməliyyat-axtarış fəaliyyəti” haqqında qanunlarda da dəyişikliklər edilib. Qeyd olunub ki, “Dövlət sirri haqqında” Qanuna edilən dəyişikliyin məqsədi dövlət sirrini təşkil edən məlumatlarla işləməyə buraxılması ilə bağlı yoxlama tədbirlərinin hansı orqanlar tərəfindən aparılmasını müəyyənləşdirməkdir. Qanunun 23.3-cü maddəsində dövlət sirri ilə işləməyə buraxmaqdan imtina edilməsi üçün əsas verən məlumatların aid olduğu hər hansı vəzifəli şəxs və ya vətəndaşların mərkəzləşdirilmiş uçotunun aparılması və məlumat bazasının yaradılması nəzərdə tutulur. Digər dəyişikliklərin məqsədi mövcud müddəaların təkmilləşdirilməsidir.
İclasda Şəhərsalma və Tikinti, Mülki, İnzibati Xətalar, Vergi məcəllələrinə, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri”, “Sığorta fəaliyyəti”, “Banklar”, “Fərdi məlumatlar”, “Dövlət rüsumu”, “Avtomobil yolları”, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta”, “İcbari sığortalar”, “Sığorta fəaliyyəti”, “Yerli (bələdiyyə) vergilər və ödənişlər”, “Bələdiyyələrin statusu”, “Büdcə sistemi”, “Məhkəmələr və hakimlər” haqqında qanunlara dəyişikliklər edilib.
“Məhkəmələr və hakimlər haqqında” Qanunda edilən dəyişikliyə əsasən məhkəmələrdə işlərə andlı iclasçılardan ibarət tərkibdə baxılması ilə bağlı müddəalar çıxarılıb. Qeyd edilib ki, bu institut dünyada da özünü doğrultmayıb. Belə ki, andlı iclasçılar əsasən hüquq təhsili olmayan şəxslərdən ibarət olmaqla bir sıra hallarda hüquqi məsələlərlə bağlı mühakimə irəli sürmək, düzgün nəticə çıxarmaq imkanına malik olmurlar. Deputatlar bu məsələnin fundamental xarakter daşıdığını və layihənin mövcud normativ-hüquqi sənədlərə uyğun hazırlandığını bildiriblər.
“Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Qanuna edilən dəyişikliyə əsasən isə bələdiyyələr tərəfindən yerli vergi və ödənişlərin nağd şəkildə qəbulu qadağan olunub. Bundan sonra yerli vergi və ödənişlərin ödənilməsi banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələri ilə həyata keçiriləcək.
İclasda gündəliyə daha bir məsələnin müzakirəsi təqdim olunub. “Məhkəmə-Hüquq Şurası haqqında” Qanuna Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli tərəfindən təqdim olunan dəyişiklik müzakirə edilərək qəbul olunub.
Xəbər lenti
Hamısına baxSiyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02
Gündəm
05 İyun 11:57
Xəbər lenti
05 İyun 11:44
Gündəm
05 İyun 11:37
İqtisadiyyat
05 İyun 11:34
Gündəm
05 İyun 11:25
Elm
05 İyun 11:23
Siyasət
05 İyun 11:11
Sosial
05 İyun 11:10
Gündəm
05 İyun 10:51
İqtisadiyyat
05 İyun 10:32
Gündəm
05 İyun 10:29
Analitik
05 İyun 10:16
Analitik
05 İyun 09:58
Analitik
05 İyun 09:34
Sosial
05 İyun 09:16
Sosial
05 İyun 08:53
Ədəbiyyat
05 İyun 08:30
İdman
04 İyun 23:42
Dünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Siyasət
04 İyun 22:53
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27
Dünya
04 İyun 20:11
Maraqlı
04 İyun 19:53
Dünya
04 İyun 19:30
Dünya
04 İyun 19:18
YAP xəbərləri
04 İyun 19:07
Dünya
04 İyun 18:35
Dünya
04 İyun 18:15
Dünya
04 İyun 17:41
Dünya
04 İyun 17:12
Dünya
04 İyun 16:58
YAP xəbərləri
04 İyun 16:25
Dünya
04 İyun 16:23
YAP xəbərləri
04 İyun 16:21
Dünya
04 İyun 15:54
Dünya
04 İyun 15:31
Dünya
04 İyun 15:10
Dünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42
İqtisadiyyat
04 İyun 14:40
Sosial
04 İyun 14:34
Siyasət
04 İyun 14:33
Xəbər lenti
04 İyun 14:25

