Vyetnam-Çin turnesi: tarixi səfərin geosiyasi incəlikləri
12.06.2014 [09:33]
Azərbaycan Prezidenti İlham Əliyev çox fəal xarici siyasət həyata keçirir. Onun Uzaq Şərq ölkələrinə səfəri bu çərçivədə təbii görünür. Dövlət başçısı Hanoy və Şanxayda apardığı danışıqlarda çox əhəmiyyətli nəticələr əldə edib. Ölkə rəhbərinin Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin dördüncü zirvə toplantısındakı nitqində strateji əhəmiyyəti olan bir sıra məqamlara toxunulub. Onların təhlili Azərbaycanın geosiyasətdə oynadığı rolun yüksəldiyini bir daha təsdiq edir.
Asiya - xarici siyasətin prioritetlərindən biri
Azərbaycanın xarici siyasətində Asiya prioritet istiqamətlərdən biridir. Heydər Əliyev buna ciddi diqqət yetirirdi. Onun 1994-cü ildə Çinə səfər etməsinin əhəmiyyətini bəlkə də, Qərbpərəstliyin ifrat səviyyəyə çatdığı həmin mərhələdə çoxları lazımi dərəcədə anlaya bilmədi. Ancaq tarixi gedişat Ulu öndərin bu məsələdə də uzaqgörənliyini bir daha təsdiq etdi. İndi dünyanın ən yüksək səviyyəli siyasətçiləri, analitikləri və ekspertləri Asiya qitəsinin geosiyasi əhəmiyyətinin sürətlə artdığından danışırlar. Sirr deyil ki, böyük dövlətlər xarici siyasətlərində bu faktoru çox ciddi nəzərə almağa başlayıblar.
Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnam-Çin turnesi bu aspektdə təbii, normal və əsaslandırılmış xarici siyasətin məntiqi təzahürü kimi qiymətləndirilməlidir. Dövlət başçısı həmin səfəri bu gün hamı üçün aydın olan geosiyasi səbəblərdən deyil, uzun illərdir yeridilən sistemli xarici siyasətin növbəti addımı olaraq etdi. Əldə edilən nəticələr isə rəsmi Bakının faydalı və müstəqil kurs götürdüyünü əyani şəkildə nümayiş etdirir.
Prezident İlham Əliyev ilk olaraq Vyetnamda danışıqlar apardı. Bu ölkə ilə Azərbaycanın münasibətlərinin xüsusi tarixçəsi vardır. Minlərlə vyetnamlı Bakıda təhsil almışlar. Heydər Əliyev SSRİ-nin rəhbərlərindən biri kimi Vyetnama səfər etmişdi. Müasir mərhələdə əlaqələr iki müstəqil dövlətin bərabərhüquqlu tərəfdaşlığı prinsipi əsasında qurulur. Ticarət, elm, texnika, təhsil, enerji və digər sahələrdə əməkdaşlığa daha çox fikir verilir. Hazırda iki ölkə arasında ticarət dövriyyəsi 500 milyon ABŞ dolları həcmindədir. Bunun inkişaf etdirilməsi nəzərdə tutulur. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Vyetnamdakı çıxışı zamanı vurğulayıb: “Əminəm ki, bu səfərim münasibətlərimizin inkişafında mühüm mərhələ olacaq, siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələrimizə güclü təkan verəcəkdir”.
Onu demək gərəkdir ki, dövlət başçısının Uzaq Şərq səfərinə Vyetnamdan başlamasının səbəbləri vardır. Məsələ burasındadır ki, Azərbaycan daima balanslaşdırılmış siyasət yeridir. O cümlədən, Asiya-Sakit okean hövzəsi dövlətlərinin hər birinə eyni dərəcədə maraq göstərir. Çinlə Vyetnam arasında hansısa problem varsa, bu, həmin dövlətlərin daxili işidir. Bu səbəbdən, rəsmi Bakı hər iki ölkə ilə əlaqələrini inkişaf etdirir. Geosiyasi aspektdə bu cür yanaşma olduqca ədalətli və səmərəlidir. Bakı həmin kontekstdə siyasi mədəniyyət nümunəsi göstərir.
Çinlə aparılan danışıqlar və əldə olunan nəticələr bu fikirlərin doğruluğunu tam təsdiq edir. Görüşlərin əsas ruhu Azərbaycan Prezidentinin bir fikrində dolğun ifadə edilib. İlham Əliyev deyib: “Biz Çin Xalq Respublikası ilə bütün istiqamətlər üzrə əməkdaşlıq siyasətinə sadiqik”. Burada digər məqamlarla yanaşı, Azərbaycanın çoxvektorlu xarici siyasətə əməl etdiyi ifadə edilib. Ölkə Qərb istiqamətində olduğu kimi, Asiya dövlətləri ilə də hərtərəfli əməkdaşlığa ciddi diqqət yetirir. Bu məqam prinsipial geosiyasi əhəmiyyəti olan bir amillə sıx bağlıdır.
Məsələnin mahiyyəti ondan ibarətdir ki, Azərbaycan Qərblə Şərq arasında sözün geniş mənasında körpü rolunu oynamağa qadir dövlətdir. Ölkə rəhbərliyi bunu hər bir addımı ilə sübut edir. Azərbaycanın siyasi, iqtisadi, enerji, hərbi, mədəni və başqa mühüm sahələr üzrə iştirak etdiyi proqramlarda əsas strateji məqsədi birləşdirici rol oynamaqdır.
Qarşılıqlı fəaliyyət və etimad: Azərbaycanın töhfələri
Həmin kontekstdə Prezident İlham Əliyev Şanxayda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin dördüncü zirvə toplantısındakı çıxışında vurğulayıb: “Azərbaycanın bu gün iştirakçısı və təşəbbüskarı olduğu müxtəlif beynəlxalq layihələr geniş regional əməkdaşlıq üçün artıq möhkəm əsas yaradıb. Mən, xüsusən də, enerji təhlükəsizliyinə aid olan layihələri qeyd etmək istəyirəm. Bu layihələr həm Cənubi Qafqazın, həm də daha geniş regionun enerji xəritəsini tam dəyişərək, bütün iştirakçılara fayda gətirən çox mühüm əməkdaşlıq nümunəsinə çevrilmişdir”.
Bundan başqa, dövlət başçısı Azərbaycanın “Asiya ilə Avropanı birləşdirən tranzit ölkəyə çevrildiyini”, “İpək Yolunun bərpasına töhfə verdiyini”, Azərbaycandan keçən, “Avropa ilə Asiyanı birləşdirən tranzit optik xətlərin” qlobal “informasiya təhlükəsizliyini dəstəklədiyini” ayrıca vurğulayıb. Bunlar geosiyasi aspektdə strateji əhəmiyyəti olan faktorlardır. Məsələnin vacib tərəfi budur ki, bu rolu Qafqaz və Mərkəzi Asiyada Azərbaycandan başqa heç bir dövlət oynaya bilməz. Bunun səbəbi Prezident İlham Əliyevin yuxarıda gətirdiyimiz fikirlərindən aydın görünür.
Azərbaycan müasir cəmiyyət üçün strateji rol oynayan bütün sahələr üzrə Avropa ilə Asiyanı birləşdirən proqramların aktiv iştirakçısı və bir hissəsinin təşəbbüskarıdır. Hazırda fəaliyyət göstərən həmin layihələrin hamısında rəsmi Bakının imzası vardır. Sevindirici haldır ki, həyata keçirilməkdə olan bu cür proqramların təşəbbüskarı və maliyyə təminatçıları sırasında ölkəmizin adı öndə çəkilir. Cənubi Qafqazda və Mərkəzi Asiyada bu “yükü daşıyan” ikinci dövlət hansıdır? Yoxdur! Bu faktı qəbul etməmək üçün dünyadan bixəbər olmaq lazımdır.
Bütün bunlara görə Prezident İlham Əliyevin Vyetnam-Çin marşrutu üzrə səfər etməsi və Şanxayda qlobal təhlükəsizliyin aktual aspektləri haqqında dünya səviyyəsində təkliflər verməsi tamamilə təbii görünür. Bakının beynəlxalq tədbirlərdə hər kəsin diqqət yetirməli olduğu öz səsi vardır. Həmin bağlılıqda Asiyada qarşılıqlı fəaliyyət və etimad məsələlərində Azərbaycanın iştirakı müsbət hadisədir.
Həm də ona görə ki, Azərbaycan öz üzərində etimadsızlığı, ikili standartları, ədalətsiz münasibətləri hiss etməkdədir. Ermənistanın təcavüzkarlığının qarşısını almaq üçün beynəlxalq səviyyədə ciddi iş aparılmır. Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin dördüncü zirvə toplantısında qəbul edilən bəyannamənin 1.3, 1.4, 2.4, 2.6, 2.7 və 3.5-ci maddələri Azərbaycanı tam qane edir. Burada yer almış “heç bir dövlət digər dövlətlərin təhlükəsizliyini pozmaqla öz təhlükəsizliyini gücləndirməyəcəkdir” (1.3-cü bənd), “BMT Nizamnaməsinə və beynəlxalq hüquqa əsasən biz bir daha bir-birimizin suverenliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına hörmət etdiyimizi, BMT-nin Nizamnaməsində əks olunmuş prinsip və məqsədlərlə ziddiyyət təşkil edən, beynəlxalq münasibətlərdə istənilən dövlətin ərazi bütövlüyünə və ya siyasi müstəqilliyinə qarşı təhdid, yaxud güc tətbiq etməyəcəyimizi; münaqişələri sülh yolu ilə həll etməyi; dövlətlərin daxili işlərinə müdaxilə etməməyi; legitim hökumətlərin devrilməsini hədəf alan hərəkətləri dəstəkləməməyi... təsdiq edirik. Biz, həmçinin, beynəlxalq münasibətlərdə ikitərəfli standartların tətbiqindən imtina edirik” (1.4) kimi prinsipləri neçə illərdir ki, Azərbaycan xarici siyasətində real surətdə həyata keçirir.
Bəyannamənin 3.5-ci bəndində isə qeyd olunub: “Ermənistan və Azərbaycan arasındakı münaqişənin həll olunmaması, beynəlxalq və regional təhlükəsizliyə təhlükə mənbəyi olmaqda davam etməsi bizi narahat edir. Biz bu münaqişənin beynəlxalq hüququn prinsip və normaları və bu çərçivədə qəbul olunmuş qərar və sənədlər əsasında sülh yolu ilə həll olunmasını dəstəkləyirik. Bu məqsədlə biz ATƏT-in Minsk qrupunu bu münaqişənin həll olunması istiqamətində səylərini daha da artırmağa çağırırıq”.
Etiraf etmək lazımdır ki, bütün bu prinsiplər haqqında rəsmi Bakı 20 ildən artıqdır ki, danışır. Onun səsini əvvəllər eşitmirdilər, indi isə beynəlxalq təşkilatlar həmin fikirləri öz sənədlərinə daxil edirlər. Deməli, Şanxay bəyannaməsi həm də Azərbaycanın xarici siyasət kursunun ümumi ruhunun təntənəsidir. “Haqq nazilir, amma üzülmür”. Ölkəmizə qarşı olan haqsızlıqlar nəinki etiraf olunur, hətta bundan yaxa qurtarmaq üçün dövlətlər bir yerdə çalışmağa başlayıblar. Şanxay zirvəsi bu yolun sadəcə növbəti “məntəqəsi” kimi görünür. Mübarizə davam edir.
Newtimes.az
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17

