/ / Qəbələdə keçirilən VII Beynəlxalq konfransın nümayəndələri Azərbaycanın Baş naziri ilə görüşüblər
Qəbələdə keçirilən VII Beynəlxalq konfransın nümayəndələri Azərbaycanın Baş naziri ilə görüşüblər
06.06.2014 [09:42]
İyunun 5-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) fəlakət riskinin idarə olunması üzrə VII Beynəlxalq konfransının nümayəndələri ilə görüşüb.
Görüşdə Baş nazir Artur Rasizadəyə məlumat verilib ki, İqtisadi Əməkdaşlıq Təşkilatının təşəbbüsü və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə keçirilən konfransın işində Azərbaycan, Əfqanıstan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkiyə və Türkmənistanın müvafiq dövlət qurumlarının rəhbərləri, hökumət və qeyri-hökumət nümayəndələri və ekspertlər iştirak ediblər. Konfransın əsas məqsədi zəlzələ, sel, daşqın, iqlim dəyişikliyi və digər fövqəladə hal risklərinin idarə olunması sahəsində təcrübə mübadiləsi aparmaqdan ibarətdir. Konfransda dinlənilən məruzələrdə xüsusilə qeyd olunub ki, fəlakətlərin idarə edilməsinə əsasən fəlakət halları baş verməmişdən öncəki hazırlıq kimi baxmaq daha səmərəlidir. Bunun üçün müxtəlif təlim və təhsil proqramları, əhali arasında maarifləndirmə işinin aparılması, müvafiq tövsiyələrin verilməsi və s. şərtlər vacibdir.
Çıxış edən qonaqlar fövqəladə hallarda fəlakət riskinin azaldılması siyasəti üzrə müəyyən strategiyanın hazırlanmasında, birgə fəaliyyət platformasının yaradılmasında konfransın mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıblar.
Görüşdə qonaqlara ölkəmizdəki ictimai, siyasi, iqtisadi və mədəni durum barədə ətraflı məlumat verən Baş nazir Artur Rasizadə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq münaqişənin beynəlxalq hüquq normaları çəçivəsində, sərhədlərin toxunulmazlığı və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi prinsipləri əsasında həllinin vacib olduğuna dair Azərbaycanın mövqeyini bir daha xatırladıb.
Sonda qonaqlar Qəbələ konfransının yüksək səviyyədə təşkili üçün ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Görüşdə fövqəladə hallar sahəsində birgə əməkdaşlığın perspektivlərinə dair tərəfləri maraqlandıran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov görüşdə iştirak edib.
Bu barədə AzərTAc-a Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57

