/ / “Dünya elmində yeni çağırışlar: gənc alimlərin birgə yanaşmaları” mövzusunda Beynəlxalq Bakı forumu işə başlayıb
“Dünya elmində yeni çağırışlar: gənc alimlərin birgə yanaşmaları” mövzusunda Beynəlxalq Bakı forumu işə başlayıb
28.05.2014 [13:00]
Prezident İlham Əliyev gənc elmi kadrların hazırlığına, ölkəmizdə elmi potensialın qorunub saxlanmasına və inkişaf etdirilməsinə göstərdiyi diqqət və qayğıya, eyni zamanda, dünya gənc alimlərinin ilk beynəlxalq forumunun Bakıda keçirilməsinə yaratdığı şəraitə görə “Gənc alimlərin dostu” mükafatı ilə təltif edilib
Mayın 27-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasında “Dünya elmində yeni çağırışlar: gənc alimlərin birgə yanaşmaları” mövzusunda Beynəlxalq Bakı forumu öz işinə başlayıb.
AzərTAc xəbər verir ki, dünyanın gənc alimlərinin Beynəlxalq forumu Gənclər və İdman Nazirliyinin, AMEA-nın, Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyasının, “Eurodoc” Avropanın Gənc Tədqiqatçılar Şurasının, Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin birgə təşkilatçılığı ilə keçirilir.
Forumda dünyanın müxtəlif ölkələrindən, ümumilikdə, 400-dək gənc alim iştirak edir.
Azərbaycan Respublikası Prezidenti Administrasiyası humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə Prezident İlham Əliyevin forumun iştirakçılarına təbrik məktubunu oxuyub.
AMEA-nın prezidenti, akademik Akif Əlizadə forumun məqsəd və əhəmiyyətindən danışıb. Bildirib ki, forumun məqsədi müxtəlif ölkələrin elmi istiqamətlərinin nümayəndələri arasında əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi, təcrübə və yeni ideyaların mübadiləsi üçün əlverişli şəraitin yaradılması, yeni əlaqələrin qurulmasıdır.
A.Əlizadə vurğulayıb ki, bu gün Azərbaycanın gənc alimlərinin əsas problemi dünya elminə inteqrasiya olunmaqdır. Biz artıq Azərbaycan elmində prioritetləri müəyyənləşdirmişik. Bu prioritetlərdə gənc alimlərin də iştirakını təmin etməyə çalışırıq. Əminəm ki, forum müxtəlif ölkələrdən olan gənc tədqiqatçılar arasında ünsiyyətin qurulmasında, əlaqələrin genişlənməsində böyük rol oynayacaq.
Gənclər və idman naziri Azad Rəhimov bildirib ki, dünya gənc alimlərinin Beynəlxalq Bakı forumu keçən il paytaxtımızda keçirilmiş və Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Avropa məkanında çağırışlar: avropalı gənc alimlərin Beynəlxalq Bakı forumu”nun davamıdır. Nazir deyib ki, gündən-günə sürətlənən qloballaşma prosesi müasir həyatımızın ayrılmaz hissəsidir, o, sərhədləri aradan götürür və bəşəri inkişafın aparıcı qüvvəsi olan rəqabəti daha da gücləndirir. Daimi rəqabət və müxtəlif ölkələrdən olan gənc tədqiqatçıların durmadan ünsiyyətini və əməkdaşlığını tələb edir. Yalnız onlar davamlı inkişaf və elmi tərəqqini təmin edə bilərlər, çünki yeni perspektivlər adətən ideyaların mübadiləsi və müzakirələrdən yaranır.
A.Rəhimov qeyd edib ki, dünyada elmi inkişafa göstərilən dəstək gündən-günə artmaqdadır. Müxtəlif ölkələrdə gənc alim və tədqiqatçıların yerli və regional təşkilatları, birlikləri yaradılır və bu qurumlar uğurla fəaliyyət göstərirlər. Azərbaycanın timsalında bunu daha aydın görmək mümkündür. Bu gün ölkəmizdə elm yeni mərhələdə inkişaf edir.
Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva vurğulayıb ki, forum təkcə Azərbaycanda deyil, eləcə də burada iştirak edən bütün ölkələrdə elmin inkişafına şərait yaradacaq.
“Eurodoc” Avropanın Gənc Tədqiqatçılar Şurasının rəhbəri Con Pekkok təmsil etdiyi qurumun fəaliyyətindən danışıb. Bildirib ki, yüksək səviyyəli təlimlərin keçirilməsi, Avropa mühitinin öyrənilməsi “Eurodoc”un fəaliyyətinin prioritet istiqamətlərindəndir. Azərbaycanın da bu qurumun üzvü olduğunu diqqətə çatdıran Con Pekkok forumun təşkilində əməyi olanlara dərin təşəkkürünü bildirib.
Tədbirdə AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri Famin Salmanov, Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov, “Eurodoc”un sabiq rəhbəri Slobodan Radiçev, elm sahəsi üzrə “Gənclər üçün Prezident mükafatı” laureatı Rafiq Səfərov və başqaları çıxış edərək gənc alimlərin fəaliyyətlərinin genişlənməsində forumun xüsusi rolunu qeyd ediblər.
Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti idarə heyətinin qərarı ilə gənc elmi kadrların hazırlığına, ölkəmizdə elmi potensialın qorunub saxlanmasına və inkişaf etdirilməsinə göstərdiyi diqqət və qayğıya, eyni zamanda, dünya gənc alimlərinin ilk beynəlxalq forumunun Bakıda keçirilməsinə yaratdığı şəraitə görə Prezident İlham Əliyev “Gənc alimlərin dostu” mükafatı ilə təltif edilib.
Daha sonra forumun işi “Biologiya və səhiyyə sahələrində ərsəyə gələn modellər: in vivo, in vitro və in silico”, “Elmi çağırışlar: keçmiş və gələcək”, “Elmi əməkdaşlıq sahəsində çağırışlar” mövzularında üç paralel sessiyada davam edib. İştirakçılar xarici ölkələrdən dəvət olunmuş spikerlərin çıxışlarını dinləyiblər.
Mayın 28-də forum işini elmin beş əsas istiqaməti - dəqiq və texniki elmlər, tibb, biologiya və kimya, iqtisadiyyat və sosiologiya, ekologiya və kənd təsərrüfatı, tarix, fəlsəfə və mədəniyyət istiqamətləri üzrə bölmələrdə müzakirələrlə davam etdirəcək.
Forumun rəsmi bağlanış mərasimi mayın 29-da Azərbaycan Milli Elmlər Akademiyasında olacaq.
Xəbər lenti
Hamısına baxDünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
İqtisadiyyat
03 İyul 18:28
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05

