/ / Azərbaycanın mütərəqqi xarici siyasəti regional təhlükəsizlik və qlobal inkişafa strateji töhfədir
Azərbaycanın mütərəqqi xarici siyasəti regional təhlükəsizlik və qlobal inkişafa strateji töhfədir
21.05.2014 [09:23]
Müstəqil siyasət yürütməsi, sivilizasiyalararası dialoqa mühüm töhfələr verməsi, regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasında strateji tərəfdaş qismində əhəmiyyətli rol oynaması dünya dövlətlərinin ölkəmizlə əməkdaşlığa xüsusi diqqət yetirmələrini şərtləndirir
Müstəqil xarici siyasət kursuna malik olan Azərbaycan Cənubi Qafqazın lider dövləti kimi çıxış etməklə yanaşı, müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır. Milli maraqlara müvafiq surətdə reallaşdırılan xarici siyasət sayəsində ölkəmiz həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı-faydalı əməkdaşlıq əlaqələri formalaşdırıb.
Azərbaycan regional və beynəlxalq əməkdaşlığın inkişafında mühüm rol oynayır
Ümumiyyətlə, balanslaşdırılmış xarici siyasətin Prezident İlham Əliyev tərəfindən dövrün reallıqlarına, qanunauyğunluqlarına və tələblərinə müvafiq surətdə yeni keyfiyyətdə uğurla davam və inkişaf etdirilməsi Azərbaycanın beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında sürətli irəliləyişini təmin edib. Artıq Azərbaycan Cənubi Qafqazın siyasi güc mərkəzi və iqtisadi lokomotivi kimi regionun hərbi-siyasi təhlükəsizliyinin təmin olunmasına fundamental töhfələr verir.
O da qeyd edilməlidir ki, Azərbaycan özünün çoxvektorlu və balanslaşdırılmış xarici siyasət strategiyası ilə həm ikitərəfli münasibətlər kontekstində, həm də çoxşaxəli əlaqələr fonunda regional miqyaslı, qlobal xarakterli əməkdaşlıqlar platformasının mərkəzi oyunçusu rolunu oynamaqdadır. Ən əhəmiyyətlisi isə odur ki, bütün bunlar Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsinə, əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərinin inkişafına təkan verir, eyni zamanda, perspektiv nailiyyətlər üçün strateji zəmin rolunu oynayır.
Sadalananlar ölkəmizin milli maraqlarına uyğun olmaqla bərabər, Azərbaycanın suverenlik səviyyəsini, heç bir dövlətdən, təşkilatdan asılı olmadığını da təsdiq edir.
Dünya siyasətinin aparıcı aktorları, həmçinin mötəbər beynəlxalq təşkilatlar da Azərbaycanın mütərəqqi xarici siyasətini regional təhlükəsizlik və qlobal inkişafa mühüm töhfə kimi qiymətləndirirlər. Böyük Britaniyanın xarici işlər naziri Uilyam Heyq “The Business Year: Azerbaijan - 2014” jurnalına müsahibəsində bu barədə bildirib ki, Azərbaycan özünün regionda və ondan kənarda balanlaşdırılmış xarici siyasəti və tərəfdaşları ilə müsbət əlaqələri ilə yaxşı tanındığı bir vaxtda yeni tərəfdaşlar əldə etməyə və qlobal inkişafa töhfə verməyə davam edir.
Əlbəttə, müstəqil siyasət yürütməsi, sivilizasiyalararası dialoqa mühüm töhfələr verməsi, regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasında strateji tərəfdaş qismində əhəmiyyətli rol oynaması dünya dövlətlərinin ölkəmizlə əməkdaşlığa xüsusi diqqət yetirmələrini şərtləndirir.
Çoxtərəfli əməkdaşlıq əlaqələri ölkəmizin beynəlxalq mövqeyinin möhkəmlənməsini şərtləndirir
Digər tərəfdən, regionda, bütövlükdə, Avrasiya geosiyasi məkanında baş verən son mürəkkəb geosiyasi hadisələrin nəticələri bir daha göstərdi ki, həyata keçirilən balanslaşdırılmış siyasət Azərbaycanın müstəqil xarici siyasət kursunun əsasını təşkil etməklə yanaşı, ölkəmizin beynəlxalq münasibətlərdə uğurla təmsil olunmasını təmin edir. Eyni zamanda, Azərbaycan öz xarici siyasətini, ikitərəfli və çoxtərəli əlaqələrini sırf beynəlxalq hüquq normaları əsasında davam etdirir. Daha dəqiq desək, qarşılıqlı etimadı əsas götürən Azərbaycan beynəlxalq münasibətlərin milli dövlətlərin suverenliyi və milli maraqlara hörmət prinsipi əsasında inkişaf etdirilməsinin tərəfdarı kimi çıxış edir. Yəni, istər yerləşdiyi Cənubi Qafqaz regionunda, istərsə də Avrasiya geosiyasi məkanında baş verən hadisələr Azərbaycanın həm beynəlxalq hüquq normaları əsasında fəaliyyət göstərdiyini, həm də regional və qlobal təhlükəsizliyin təmin olunmasında müstəsna rol oynadığını sübuta yetirir.
Bu sırada ölkəmizin ayrı-ayrı regional və beynəlxalq təşkilatlarda uğurla təmsil olunması da xüsusilə qeyd edilməlidir. Belə ki, ayrı-ayrı ölkələrlə ticari-iqtisadi əlaqələrin dinamik templə davam etdirilməsi siyasi münasibətlərin inkişafına mühüm töhfələr verir. Eyni zamanda, Azərbaycan təmsil olunduğu beynəlxalq təşkilatlar çərçivəsində ikitərəfli və çoxşaxəli münasibətlərdə təhlükəsizlik məsələsinə xüsusi diqqət yetirir. Ölkəmiz BMT Təhlükəsizlik Şurasına sədrliyi müddətində də dünyanı narahat edən bir sıra mühüm məsələləri, təhlükəsizlik problemini müzakirəyə çıxarmaqla regional və beynəlxalq problemlərə xüsusi diqqətlə yanaşdığını növbəti dəfə nümayiş etdirdi.
Böyük Britaniyanın xarici işlər naziri Uilyam Heyq müsahibəsində bu məsələlərə də toxunub. O qeyd edib ki, Azərbaycan 150-dən çox ölkə ilə ticarət əlaqələrinə malikdir və Ümumdünya Ticarət Təşkilatı, BMT, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı kimi mühüm beynəlxalq təşkilatlarla əməkdaşlıq edir: “Bu ikitərəfli və çoxtərəfli əməkdaşlıq ötən il ərzində Azərbaycanın davamlı diplomatik səyləri sayəsində daha da genişlənib”.
Azərbaycanın çoxşaxəli enerji siyasəti beynəlxalq təhlükəsizliyə xidmət edir
Ölkəmizin səmərəli və mütərəqqi xarici siyasətindən bəhs edərkən o da qeyd edilməlidir ki, Azərbaycan sahib olduğu zəngin enerji ehtiyatlarından səmərəli şəkildə istifadə etməklə beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan başlıca aktorlardan biri kimi çıxış edir. Ölkəmiz milli dövlətçilik prinsiplərinə müvafiq olaraq həyata keçirilən praqmatik siyasət nəticəsində miqyasına görə regional, əhəmiyyətinə görə isə qlobal xarakterli - transmilli layihələrin mərkəzi oyunçusu qismində çıxış edir. Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyinə verdiyi töhfələrdən danışarkən ölkəmizin iştirakı ilə gerçəkləşdirilən strateji xarakterli nəhəng layihələrdən bəhs etmək lazımdır. Bu kontekstdə son olaraq əldə edilən ən uğurlu nəticələrdən biri də “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanmasıdır. “Şahdəniz-2”nin təsdiq edilməsi layihənin artıq reallaşdırılma mərhələsinə qədəm qoymasından xəbər verir. Mühüm strateji məqamlardan biri də budur ki, “Şahdəniz-2” layihəsinin gerçəkləşməsi “Cənub qaz dəhlizi” vasitəsilə “mavi yanacağ”ın Xəzər dənizindən Avropadakı bazarlara çatdırılacağı deməkdir. Bu, həm də Azərbaycanın enerji sektoruna böyük həcmdə yeni investisiyaların yatırılmasına və yeni iş yerlərinin yaradılmasına da səbəb olacaq. Uilyam Heyqin qeyd etdiyi kimi, ötən ilin dekabr ayında “Şahdəniz-2” layihəsinə başlanması da Azərbaycanın Avropa üçün ixracatçı və Mərkəzi Asiyadan enerji resurslarının mümkün tranzit nöqtəsi kimi əhəmiyyətini artırdı: “Şahdəniz-2” ölkələrimiz arasında yeni əlaqələr, əməkdaşlıq üçün yeni imkanlar və ticarət üçün yeni mənbələr yaradacaq. Bu, həmçinin Cənubi Qafqazda, Türkiyə və Avropa İttifaqında enerji təhlükəsizliyini gücləndirəcək yeni təchizat mənbələri yaradacaq. Xəzər qazının əlavə təchizatı bizim enerji təhlükəsizliyimizi, iqtisadiyyatlarımızın davamlılığını və rəqabət qabiliyyətini artıracaq”.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
İqtisadiyyat
03 İyul 18:28
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05

