Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib
04.04.2014 [08:49]
Aprelin 3-də Azərbaycan Mətbuat Şurasının (MŞ) Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib.
Mətbuat Şurasının sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlunun başçılıq etdiyi komissiyada dörd məsələ müzakirə olunub.
Şuradan AzərTAc-a bildiriblər ki, iclasda iki sayta MŞ-nin ciddi, birinə isə xəbərdarlığın olunması barədə rəylər çıxarılıb.
Əvvəlcə Masallı rayonundan bir qrup ziyalının Jurnalist Araşdırmaları Mərkəzinin (JAM) bu bölgə barədə təqdim etdiyi materiallarla əlaqədar müraciəti araşdırılıb. Komissiya üzvlərinin çıxışlarında saytda il ərzində, xüsusilə son aylarda yoxlanılmayan, qarşı tərəfin mövqeyinə aydınlıq gətirilməyən informasiyaların verilməsi JAM-ın direktoru Fikrət Fərəməzoğluna irad tutulub. “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın tələblərinə sayğısızlıq hallarına görə “jam.az” saytına MŞ-nin xəbərdarlığının olunması rəyinə gəlinib.
“Poliqon” İnformasiya Agentliyinin (pia.az) martın 27-də yayımladığı “AMİ-nin Salyan filialında nələr baş verir?” sərlövhəli yazı ilə əlaqədar Azərbaycan Müəllim İnstitutunun adıçəkilən filialının şikayətinin müzakirəsi cavabdeh tərəfə Mətbuat Şurasının ciddi xəbərdarlığının olunması ilə nəticələnib. Saytın rəhbəri Azər Qaramanlıya informasiya agentliyinin fəaliyyətində dönüş yaradılması tövsiyə olunub.
Komissiya Xəyyam Salmanzadənin direktoru olduğu “demokratiya.info” saytına da Mətbuat Şurasının ciddi xəbərdarlığının elan edilməsini məntiqi sayıb. Araşdırma zamanı belə qənaətə gəlinib ki, saytda Salyan rayon İcra Hakimiyyəti ilə yanaşı, digər idarə, müəssisə və təşkilatlar barədə gedən yazılarda birtərəfli fikirlər yer alır, şərəf və ləyaqətin təhqiri, işgüzar nüfuzun ləkələnməsi hallarına yol verilir.
“Yeni Müsavat” qəzetinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin MŞ-yə məktubunda irəli sürülən qurumun rəsmi mövqeyinin həmin mətbu orqanda dərci ilə bağlı tələbini yerinə yetirməyə hazır olmasını əsas götürən komissiya məsələni həll olunmuş hesab edib.
Xəbər lenti
Hamısına baxDünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
İqtisadiyyat
03 İyul 18:28
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05

