/ / Buxarestdə Heydər Əliyev Fondunun dəstəyi ilə “Cənubi Qafqazın geosiyasəti və enerji strategiyaları - Azərbaycan diqqət mərkəzində” mövzusunda konfrans keçirilib
Buxarestdə Heydər Əliyev Fondunun dəstəyi ilə “Cənubi Qafqazın geosiyasəti və enerji strategiyaları - Azərbaycan diqqət mərkəzində” mövzusunda konfrans keçirilib
19.03.2014 [10:07]
Heydər Əliyev Fondunun dəstəyi ilə Buxarestdə “Cənubi Qafqazın geosiyasəti və enerji strategiyaları - Azərbaycan diqqət mərkəzində” mövzusunda konfrans keçirilib.
AzərTAc xəbər verir ki, konfransda Azərbaycan parlamentinin deputatları, Rumıniya ziyalıları, yazıçılar, siyasi analitiklər, Buxarestdə fəaliyyət göstərən araşdırma institutlarının rəhbərləri, Rumıniya Prezidenti Administrasiyasının milli təhlükəsizlik departamentinin, İqtisadiyyat Nazirliyinin, Azərbaycan səfirliyinin əməkdaşları, Müdafiə İnstitutunun rəhbərliyi, Azərbaycan-Rumıniya Gənclər və Mədəniyyət Assosiasiyasının üzvləri iştirak ediblər.
Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin direktoru İqbal Hacıyev konfransda çıxış edərək, Cənubi Qafqazın dünyanın intensiv geosiyasi proseslərin cərəyan etdiyi regionlarından biri olduğunu söyləyib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan İ.Hacıyev problemin regionun inkişafı üçün əngəl yaratdığını bildirib. Qeyd edib ki, heç bir gələcək strategiyası olmayan, iqtisadi baxımdan tənəzzülə uğrayan Ermənistanın rəhbərliyi sifarişli siyasət yürüdür.
İ.Hacıyev bildirib ki, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasət sayəsində Azərbaycan beynəlxalq miqyasda böyük nüfuz qazanıb, Cənubi Qafqazın lider dövlətinə çevrilib.
Milli Məclisin deputatı, Rumıniya ilə parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri Azay Quliyev Cənubi Qafqazın geosiyasi vəziyyəti haqqında danışıb, bu həssas regionun dünyanın diqqət mərkəzində olduğunu bildirib.
Qeyd edilib ki, Azərbaycan istər ərazisinə, istər əhalisinə, istərsə də iqtisadiyyatına görə Cənubi Qafqaz regionunun ən böyük və ən inkişaf etmiş dövlətidir. Təsadüfi deyil ki, Cənubi Qafqaz regionunun ümumi daxili məhsulunun 80 faizi Azərbaycanın payına düşür.
A.Quliyev Azərbaycanın enerji resurslarının Avropa bazarlarına çatdırılmasının Rumıniya üçün böyük əhəmiyyətə malik olduğunu vurğulayıb. Azərbaycanın demokratik Avropanın bir hissəsi olduğunu söyləyən deputat, ölkəmiz ilə Avropa İttifaqı arasında viza rejiminin sadələşdirilməsi haqqında Sazişin imzalandığını xatırladıb. Bildirilib ki, Azərbaycan ərazi bütövlüyünün pozulması problemi ilə üzləşib. Bu problem Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Münaqişə nəticəsində Azərbaycan ərazisinin 20 faizi Ermənistan tərəfindən hərbi yolla işğal olunub. Bu məsələdə Avropa İttifaqının mövqeyini ortaya qoymasına ehtiyac var.
Azərbaycan ilə Rumıniya arasında münasibətlərin inkişaf etdiyini deyən Milli Məclisin deputatı rəsmi Buxarestin Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib.
Türkologiya və Şərqi Araşdırmalar İnstitutunun direktoru, Rumıniyanın Azərbaycandakı ilk səfiri Tasin Cəmil Azərbaycan-Rumıniya əlaqələrinin tarixindən danışıb. O bildirib ki, Rumıniya Azərbaycanın müstəqilliyini tanıyan ikinci dövlət olub. Keçmiş sovet ölkələrindən ilk olaraq məhz Rumıniyanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb. Bu gün ölkələrimiz arasında əlaqələr yüksək səviyyədədir.
Milli Məclisin deputatı Qənirə Paşayeva Azərbaycan ilə Rumıniya arasında əlaqələrin tarixi köklərinin XV əsrə gedib çıxdığını bildirib. O, Azərbaycanda rumın şirkətlərinin sayının çoxaldığını, ölkəmiz tərəfindən Rumıniyaya sərmayə qoyuluşunun artdığını diqqətə çatdırıb. ARDNŞ-in Rumıniya bazarına qoyduğu investisiyaların iki ölkə arasında iqtisadi əlaqələrin daha da güclənməsinə təkan verdiyi vurğulanıb. Deputat mədəniyyət, gənclər sahələrində əməkdaşlığın inkişafına da ehtiyacın olduğunu söyləyib.
Q.Paşayeva Avropanın enerji təhlükəsizliyində vacib rol oynayan Azərbaycanın həm enerji resurslarının hasilatçısı, həm də tranzit ölkə olduğunu vurğulayıb.
Dağlıq Qarabağ münaqişəsindən danışan deputat torpaqlarımızın 20 faizinin işğalı nəticəsində bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyini bildirib. O, münaqişənin ən böyük regional problemlərdən biri olduğunu söyləyib.
ARDNŞ-in Rumıniya nümayəndəliyinin direktoru Həmzə Kərimov bildirib ki, Prezident İlham Əliyevin apardığı uğurlu xarici siyasət nəticəsində Azərbaycan dünyanın enerji sektorunda əsas oyunçuya və neft-qaz ixracatçısına çevrilib. Qeyd edilib ki, Avropanın enerji təhlükəsizliyinin təmini üçün nəzərdə tutulmuş layihələrdə aparıcı rol oynayan Azərbaycan enerji nəqliyyatı infrastrukturuna milyardlarla dollar sərmayə yatırmaqla, dünyada böyük nüfuz qazanan ölkədir.
H.Kərimov Azərbaycanın təbii qazını Avropa bazarlarına çatdıracaq TAP, TANAP kimi layihələr haqqında danışıb, gələcəkdə boru kəmərlərinin Balkan ölkələrinə doğru genişləndirilməsi planının olduğunu bildirib, Rumıniya və Mərkəzi Avropaya qaz nəqlini nəzərdə tutan AGRİ layihəsinin perspektivlərindən söhbət açıb. O, həmçinin ARDNŞ-in Rumıniyadakı fəaliyyətindən də bəhs edib. Bildirilib ki, indiyədək Rumıniyaya təxminən 50 milyon avro həcmində sərmayə qoyulmaqla bu ölkədə 25 yanacaqdoldurma məntəqəsi açılıb, nəticədə 300-dək yeni iş yeri yaradılıb. Yaxın zamanlarda ARDNŞ-in yanacaqdoldurma məntəqələrini Rumıniyanın bütün regionlarında görmək mümkün olacaq.
“AGRİ LNG Project” şirkətinin direktoru Mitika Savu iştirakçılara AGRİ layihəsi barədə məlumat verib. O, layihənin texniki-iqtisadi əsaslandırmasının son mərhələsinin nəticələrinin aprelin sonu, mayın əvvəlində hazır olacağını diqqətə çatdırıb.
“Geopolitika” jurnalının baş redaktoru Vasile Simileanu isə çıxışında beynəlxalq təşkilatları Cənubi Qafqazdakı problemlərə laqeyd qalmamağa çağırıb.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48

