/ / BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində olub
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində olub
13.03.2014 [14:41]
Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov martın 12-də BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) ölkəmizdəki nümayəndəliyinin rəhbəri Daq Siqurdson ilə görüşüb.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən AzərTAc-a bildiriblər ki, QAK-ın Azərbaycandakı nümayəndəliyinin ölkəmizdəki uzunmüddətli və davamlı fəaliyyəti müsbət dəyərləndirilən görüşdə qeyd olunub ki, bu qurum ilə Azərbaycan arasında mövcud səmərəli əməkdaşlıq bu gün də uğurla davam etdirilir. Azərbaycanın belə bir nüfuzlu qurumun İcraiyyə Komitəsinin üzvü olması da bunu təsdiqləyir.
Görüşdə Azərbaycan Hökumətinin digər ölkələrə də humanitar dəstək sahəsində göstərdiyi fəaliyyət, bu baxımdan görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub. Bildirilib ki, Azərbaycan Hökuməti Ermənistanın torpaqlarımıza təcavüzü nəticəsində yaranmış bir milyondan çox qaçqın və məcburi köçkünün problemlərinin həllində böyük layihələr həyata keçirib və bu sahəyə əhəmiyyətli dərəcədə vəsait xərcləyib. Hökumətin bu addımı BMT QAK-ın və digər nüfuzlu beynəlxalq qurumların rəhbərləri tərəfindən də müsbət qiymətləndirilib.
Görüşdə, həmçinin BMT QAK-ın Azərbaycandakı nümayəndəliyinin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Hökumətinin dəstəyi ilə 2005-ci ildən başlayaraq hər il ölkəmizə səfər edərək qaçqın, məcburi köçkün və sığınacaq axtaran şəxslərə oftalmoloji xidmət göstərən Yaponiyanın “Fuci Optikal” Ltd. şirkətinin doktoru Akio Kanainin rəhbərlik etdiyi nümayəndə heyətinin apreldə ölkəmizə edəcəyi səfər, məcburi köçkünlərin problemlərinin öyrənilməsi, onların həlli yollarının axtarılması məqsədilə QAK-ın ölkəmizdəki nümayəndəliyi tərəfindən Azərbaycan hökuməti və bir sıra beynəlxalq və milli QHT-lərlə əməkdaşlıq şəraitində 2013-cü ildə məcburi köçkünlər arasında keçirilmiş “Yaş, gender və müxtəlifliyin təşviqi müştərək qiymətləndirilmə”nin nəticələri də müzakirə edilib.
Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə digər məsələlərlə yanaşı, BMT QAK-ın Azərbaycandakı nümayəndəliyi tərəfindən həyata keçirilən layihələr və qarşıda duran vəzifələr, nümayəndəliyin perspektiv planları, Azərbaycan hökumətinin beynəlxalq humanitar təşkilatlara dəstəyi, onların fəaliyyətinin Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası tərəfindən məqsədyönlü şəkildə istiqamətləndirilməsi və s. məsələlər də müzakirə olunub, müvafiq rəy və təkliflər səsləndirilib.
Xəbər lenti
Hamısına baxDünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
İqtisadiyyat
03 İyul 18:28
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08

