Siyavuş Novruzov: İnsan hüquqları ilə bağlı Azərbaycana qarşı ədalətsiz mövqe nümayiş etdirilir
05.03.2014 [09:48]
“İki dələduz gedib hardasa şuluq salır, onun hüquqları əsas olur, amma Dağlıq Qarabağdan didərgin düşənlərin hüquqları əsas olmur”. Trend xəbər verir ki, bunu millət vəkili, Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini Siyavuş Novruzov Milli Məclisin dünən keçirilən plenar iclasında ombudsmanın hesabatı ilə bağlı müzakirələr zamanı bildirib.
Onun sözlərinə görə, insan hüquqları ilə bağlı mütəmadi olaraq Azərbaycana qarşı ədalətsiz mövqe nümayiş etdirilir: “Bundan istifadə edərək Azərbaycana təhdidlər, müdaxilələr edilir və məqsəd təbii sərvətlərdən güzəştli şəkildə bəhrələnməkdir. Necə ki, İraqda, Liviyada, Əfqanıstanda bundan bəhrələnirlər. Misal üçün “Taliban” narkotik dövriyyəni 3 faizə endirmişdi, Amerika oranı işğal edəndən sonra isə bu dövriyyə 65 faiz oldu”.
ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Azərbaycanla bağlı hesabatına da münasibət bildirən deputat deyib ki, ABŞ-da seçkilər zamanı bu təşkilat heç ölkə ərazisinə belə buraxılmayıb: “Eləcə də Rusiyada eyni hal təkrarlandı. Bu orqan öz seçkilərinə buraxılmadığı halda, nəyə görə onun verdiyi hesabata əsasən Azərbaycanı tənqid edirlər. Bu hesabatda Azərbaycan insanı barədə, eləcə də Xocalıda hüquqları pozulan, Dağlıq Qarabağda didərgin düşərək bütün hüquqlarından mərhum olan insanlar barədə məlumat yoxdur”.
Millət vəkili bəzi qüvvələrin ölkənin daxil işlərinə qarışmaq istədiklərini deyib: “Sən hakimsən, prokurorsan, məhkəməsən? Sənin nə hüququn var ki, istintaq qurtarmamış adamın azadlığa buraxılmasını tələb edirsən?! Bunların iğtişaş törətmək üçün hazırladığı adamlar bir-bir ortaya çıxır”.
Belə hesabatların daxildən ötürülən “donos”lara əsasən hazırlandığını deyən S.Novruzovun fikrincə, ilk növbədə, ölkə daxilindəki düşmənlərlə məşğul olmaq lazımdır: “Hansı təşkilata qrantlar verirlərsə, o təşkilatlar da özlərinə lazım olan informasiyanı “donos” kimi hazırlayıb onlara ötürürlər. Bunlar ölkənin düşmənləridir”.
Xəbər lenti
Hamısına baxDünya
10 Avqust 21:45
Dünya
10 Avqust 21:19
Dünya
10 Avqust 20:55
Dünya
10 Avqust 20:30
Dünya
10 Avqust 20:10
Dünya
10 Avqust 19:55
Dünya
10 Avqust 19:30
Dünya
10 Avqust 19:16
Dünya
10 Avqust 18:52
Dünya
10 Avqust 18:30
İdman
10 Avqust 18:26
Dünya
10 Avqust 18:10
İdman
10 Avqust 17:54
Elm
10 Avqust 17:53
İqtisadiyyat
10 Avqust 17:50
Sosial
10 Avqust 17:45
Elm
10 Avqust 17:37
Siyasət
10 Avqust 17:35
Mədəniyyət
10 Avqust 17:23
İdman
10 Avqust 17:13
Sosial
10 Avqust 16:48
Turizm
10 Avqust 16:47
Mədəniyyət
10 Avqust 16:40
İdman
10 Avqust 16:31
Elm
10 Avqust 16:30
İqtisadiyyat
10 Avqust 16:28
Sosial
10 Avqust 16:27
Sosial
10 Avqust 16:25
Sosial
10 Avqust 16:22
İqtisadiyyat
10 Avqust 16:15
Elm
10 Avqust 16:03
İdman
10 Avqust 15:43
Elm
10 Avqust 15:29
İqtisadiyyat
10 Avqust 15:29
Mədəniyyət
10 Avqust 15:28
Mədəniyyət
10 Avqust 15:17
Sosial
10 Avqust 15:07
Mədəniyyət
10 Avqust 15:04
Elm
10 Avqust 14:45
İqtisadiyyat
10 Avqust 14:45
Elm
10 Avqust 14:38
Mədəniyyət
10 Avqust 14:26
Sosial
10 Avqust 14:19
İqtisadiyyat
10 Avqust 14:13
Elm
10 Avqust 13:59
Siyasət
10 Avqust 13:52
Siyasət
10 Avqust 13:51
Siyasət
10 Avqust 13:50
Siyasət
10 Avqust 13:49
Sosial
10 Avqust 13:34
İdman
10 Avqust 13:22
Mədəniyyət
10 Avqust 13:07
İqtisadiyyat
10 Avqust 12:45
Sosial
10 Avqust 12:44
Sosial
10 Avqust 12:08
İqtisadiyyat
10 Avqust 12:06
Elm
10 Avqust 11:53
Sosial
10 Avqust 11:50
İdman
10 Avqust 11:50
Dünya
10 Avqust 11:30
Dünya
10 Avqust 10:53
Dünya
10 Avqust 10:20
Dünya
10 Avqust 09:50
Dünya
10 Avqust 09:30
Dünya
10 Avqust 08:55
Sosial
10 Avqust 08:30
Dünya
10 Avqust 08:15
Dünya
09 Avqust 23:19
Maraqlı
09 Avqust 22:26
Dünya
09 Avqust 21:35

